Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Prezident bu dəfə məni bağışlamadı...” - Oğluna görə işdən çıxarılan general

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Prezident bu dəfə məni bağışlamadı...” - Oğluna görə işdən çıxarılan general
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyevin dünən verdiyi sərəncamla vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucov açıqlama verib.

 

Reklam_3_11

Sabiq rəis müavini dünəndən müzakirələrə səbəb olan oğlu Rüstəm Orucovun hərəkətlərinə münasibət bildirib:

 

“Mən 6 yaşımda atamı itirmişəm. Ailəmiz çox kasıb vəziyyətdə yaşayıb. Fəhlə də işləmişəm, günü 2 manat pula işləyirdim ki başsız ailəmizi dolandırım. Çətinliklərlə yaşayıb böyümüşəm. Öz gücümə təhsil almışam. Birincə dəfə cənab Prezident “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini Mübariz Mədətovu oğlu Xalid Mədətovun əməllərinə görə işdən çıxaranda mənə dəymədi. Xidmətlərimi nəzərə aldı. Bu dəfə bağışlamadı.Oğlum dünya paraşutdan tullanma üzrə rekordçudur, general Dadaş Rzayevlə bərabər tullanıb. Nə edək olmamalı idi oldu... Oğlum Polis akademiyasında oxuyurdu. Adam vurduqdan sonra ordan çıxartdılar”.

 

N. Orucov oğluna görə peşman olduğunu da qeyd edib:

 

“Çox peşmanam. Gərək onu cəzalandıraydım, döyərdim.Cənab prezidentdən çox razıyam dediyim kimi birinci dəfə mənə dəymədi. Allah onun balalarını saxlasın. Bu dəfə bağışlamadı.Qoy bu hadisədən bütün genarallarımız, zabitlərimiz, yüksək rütbəli məmurlarımız ibrət dərsi alsınlar. Məmurlar uşaqlarını boş buraxmasınlar. Bu hadisə onlara dərs olsun. Cənab prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, bu dəfə də cəzalandırdı”.

 

© “Qafqazinfo”

12.07.2017 09:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ