“Pole Çudes”in aparıcısı reklam çəkilişi üçün Azərbaycanda!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Pole Çudes”in aparıcısı reklam çəkilişi üçün Azərbaycanda!

“Azərçay”ın yeni reklam çarxının çəkilişi üçün ölkəmizə gəlmiş Rusiyanın ən məşhur televiziya layihələrindən olan “Pole Çudes”in aparıcısı Leonid Yakuboviç Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutmuş “Qarabağ”-“Samtredia” görüşünü izləyənlər arasında olub.

 

Reklam_3_11

"Azərsun Holdinq"dən "Marja"ya daxil olmuş məlumata görə, oyundan öncə jurnalistlərlə görüşən, 25 ildir ki, Rusiya efir məkanının ən reytinqli verilişlərindən birinin aparıcısı olan məşhur sima, onların suallarını cavablandırıb. Media mənsublarının “Azərçay” barədə sualına cavab verən Leonid Yakuboviç bu çayı çox bəyəndiyini söyləyib:

 

“Mən çox nadir hallarda reklam təkliflərinəə müsbət cavab verirəm və bu işə çox ciddi yanaşıram, çünki bu cür məsələlərə görə məsuliyyətin bir hissəsi də mənim üzərimə düşür. Mən ancaq çay içirəm və bu içki barədə çox geniş biliklərə sahibəm. Burada istehsal olunan çayın dadına baxdıqdan sonra ailəmiz evdə ancaq “Azərçay” içir və bütün tanışlarıma da bunu tövsiyyə edirəm. Hər dəfə onlara deyirəm ki, sizin içdiyiniz çay deyil, siz bir “Azərçay”ın dadına baxın, əsl çayın necə olduğunu başa düşəcəksiniz. Bu çay möhtəşəm dada malikdir, bu məhsul sevgi ilə hazırlanan məhsullar kateqoriyasına aiddir. Bilirsiniz, kulinariyada bir resept var, mən bunu özüm üçün illər öncə müəyyən etmişəm. Bu ən vacib və yeganə reseptdir - hazırladığın məhsulun istehlakçısını sevmək. “Azərçay”ı istehsal edənlər də məhz bu cür davranırlar”. Qeyd edək ki, ötən 6 ay ərzində “Pole Çudes” verilişi “Azərçay”ın dəstəyi ilə yayımlanıb və buraxılışlarda Azərbaycan mədəniyyətinin, tarixinin və incəsənətinin tanıdılmasına xüsusi diqqət ayırılıb.

12.07.2017 10:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ