Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Pirallahı Sənaye Parkında şpris istehsal ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pirallahı Sənaye Parkında şpris istehsal ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Pirallahı Sənaye Parkının yeni rezidenti qəbul edilib.

 

Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Pirallahı Sənaye Parkının yeni rezidenti - “Diamed Co” MMC tərəfindən Sənaye Parkında qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur. Zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır.

 

Zavod tam gücü ilə işə düşdükdən sonra Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, daxili tələbat yerli istehsal hesabına keyfiyyətli birdəfəlik şprislə təmin edəcək, bu məhsullara idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır.

 

Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 50 yeni iş yeri açılacaq.

12.07.2017 10:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ