Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Air India", 8 milyard dollar borcla satılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Air India", 8 milyard dollar borcla satılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hindistanın Baş naziri Narendro Modi dövlət nəzarətindəki hava yolu şirkəti "Air India"nın hamısının və ya bir hissəsinin satılaraq özəlləşdirilməsinə razılıq verib. 1946-ci ildə yaradılan "Air India"nın London "Heathrow" Hava Limanı yaxınlığında bir mülkü, Tokio, Honq Konq və Nairobidə də əraziləri var.


 
"Air India" eyni zamanda borc bataqlığındadır. 27 min işçiyə sahib olan "Air India" davamlı zərər edir və ümumi borcu 8 milyard dollara çatıb.


 

Hindistan Mülki Aviasiyasının keçmiş baş direktoru Kanu Gohain  "Air India"nı alacaq birini tapmaq yığılmış borc üzündən çox çətindir",- deyib.


 
 BƏS AİR INDİA-NI KİM, NƏ ÜÇÜN ALMAQ İSTƏSİN?


 
Ekspertlərə görə, ən böyük səbəb şirkətin beynəlxalq marşrutları və ən izdihamlı hava limanlarındakı hüquqlarıdır.  

 

İNVESTORLARIN MƏNFİ REAKSİYASI


 
Ölkənin ən böyük kommersiya hava yolu şirkəti  "Indigo" ötən günlərdə "Air India"ya satışa çıxdığı an talib ola biləcəyini açıqlamışdı, ancaq investorları bu istəyə o qədər də yaxşı reaksiya göstərmədi. "Indigo" səhmləri 8 faiz düşərək şirkətin bazar dəyəri 500 milyon dollar azaldı.
 

"Indigo"nun sahiblərindən iki milyarder Rahul Bhatia və Rakesh Gangwal, investorları razı salmaq üçün "Air India"ya olan maraqlarının qitələrarası tariflərdə ucuz uçuş planı çərçivəsində olduğunu bildirmiş və bunu mühüm bir fürsət kimi qiymətləndirmişdi. 

12.07.2017 11:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ