Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ neft qiymətləri proqnozunu aşağı saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ neft qiymətləri proqnozunu aşağı saldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə olan neft qiymətləri proqnozunu aşağı salıb.


 
"Marja" xəbər verir ki, EIA-nın iyul ayı hesabatında, Liviya və Nigeriyada xam neft hasilatının iyun ayında artdığına diqqət çəkilib, ABŞ-ın kommersiya xam neft ehtiyatlarının ötən ay və bu ayın əvvəlində artdığı qeyd edilib.
 

Reklam_3_11


Hesabatda, sözügedən səbəblərə görə, 2017-ci ilə dair neft qiymətləri proqnozunun 2 dollar aşağı salındığı bildirilib.


 
Hesabata görə, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin orta hesabla barrel qiymətinin bu il 49 dollar olmasının gözləndiyi,  Brent tipli xam neftin orta hesabla barrel qiymətinin bu il 51 dollar səviyyəsində olmasının nəzərdə tutulduğu məlumatına yer verilib.


 
EIA, keçən ay yaydığı hesabatında, WTI növü xam neftin builki orta hesabla barrel qiymətinin 51 dollar, Brent tipli xam neftin builki orta hesabla barrel qiyməti də 53 dollar olaraq təxmin edildiyini bildirmişdi.


 
Bundan başqa, gələcək ilə dair WTI növü xam neftin barrel qiyməti təxmini də 54 dollardan 50 dollara, Brent tipli xam neftin barrel qiyməti proqnozu da 56 dollardan 52 dollara endirilib.


 
ABŞ-IN NEFT İSTEHSAL PROQNOZUNU DƏYİŞMƏDİ


 
EIA, iyul ayı hesabatında ABŞ-ın bu ilə dair xam neft istehsal proqnozunu gündəlik orta hesabla 9,3 milyon barreldə sabit qaldığını açıqlayıb.


 
Digər tərəfdən, hesabatda, ABŞ-ın gələn ilki xam neft hasilat proqnozunun gündəlik orta hesabla 10 milyon bareldən sutkada orta hesabla 9,9 milyon barelə endirildiyi bildirilib.


 
Ölkədə ötən il xam neft istehsalı gündəlik orta hesabla 8,9 milyon, keçən ay isə gündəlik orta hesabla 9,2 milyon barrel olmuşdu.

 

QLOBAL NEFT İSTEHLAKI PROQNOZU DA AŞAĞI SALINIB


 
Qlobal neft istehlakına dair proqnozunu da dəyişən EIA, dünya üzrə neft hasilatı proqnozunu bu il və gələn il üçün gündəlik orta hesabla 0,1 milyon barrel aşağı salıb.
 


Qlobal neft istehlakının bu il gündəlik orta hesabla 98,5 milyon barel əvəzinə 98,4 milyon barel, gələn il də gündəlik orta hesabla 100,1 milyon barel əvəzinə 100 milyon barel olması ehtimal edilir.


 
 EIA, bu il və gələcək ilə dair qlobal neft istehsalı proqnozlarını isə sabit  saxlayıb.


 
Hesabatda, dünya üzrə neft istehsalının 2017-də gündəlik orta hesabla 98,3 milyon barrel, 2018-də də gündəlik orta hesabla 100,2 milyon barrel olacağı gözləndiyi məlumatı verilib.

12.07.2017 11:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ