Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

"40,6 milyard dollar ehtiyatımız var, Manat da sabitləşib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"40,6 milyard dollar ehtiyatımız var, Manat da sabitləşib"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin ilk 6 ayı ərzində Azərbaycanın qeyri-neft iqtisadiyyatı 1,7%, qeyri-neft sənayesi isə 4,4% artıb. Ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub.

 

"Marja" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

“Hazırda artan valyuta ehtiyatlarımız 40,6 milyard dollar təşkil edir. Bu ilin yanvar-iyun ayları ərzində 122 min yeni iş yeri açılıb, onlardan 101 mini daimidir. Birinci yarımildə ixrac 36% artıb, idxal 15% azalıb, müsbət saldo 1,9 milyard dollar təşkil edir”,- dövlətimizin başçısı bildirib.

 

Prezident qeyd edib ki, mövcud iqtisadi sabitlik qorunub-saxlanmalı, istehlak qiymətlərinə daim nəzarət olunmalı, süni qiymət artımına imkan verilməməlidir.

 

İlham Əliyev, makro-iqtisadi sabitliyin təmin olunduğunu, manatın məzənnəsinin sabitləşdiyini, təlabatın daha çox yerli istehsal hesabına ödənildiyini də deyib.

12.07.2017 12:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ