Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Bank Silk Vey” zərərin nə olduğunu bilmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Silk Vey” zərərin nə olduğunu bilmir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi vəziyyətin daha çətin olduğu 2015-2016-cı illərdə də xalis mənfəət açıqlayan “Bank Silk Vey” ASC 2017-ci ilin 1-ci yarısını da xalis mənfəət ilə başa vurub.

 

"Marja" “Bank Silk Vey”in maliyyə hesabatlarına istinadən xəbər verir ki, Bank 2017-ci ilin yanvar-iyun aylarını 2 milyon 959 min manat xalis mənfəət ilə başa vurub.

 

“Bank Silk Vey” 2016-cı ili 1 milyon 546 min manat, 2015-ci ili isə 1 milyon 530 min manat xalis mənfəət ilə başa vurmuşdu.

 

Cari ilin 6 ayı ərzində Bankın cəmi gəlirləri 21 milyon 630 min manat təşkil edib. Xərcər çıxıldıqdan sonra Bankın 4 milyon 509 min manat əməliyyat mənfəəti qalıb və bu mənfəətdən 1 milyon 414 min manatı ehtiyatlara ayrılıb, 136 min manat isə mənfəət vergisi ödənilib.

 

30 İyun 2017-ci il tarixində “Bank Silk Vey” 411 milyon 349 min manat cəmi aktivlərə, 292 milyon 617 min manat cəmi öhdəliklərə, 118 milyon 731 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 392 milyon 532 min manat cəmi aktivlərə, 287,5 milyon manat cəmi öhdəliklərə və 104 milyon 990 min manat cəmi kapitala malik idi.

 

İyunun sonunda Bankın müştərilərə verdiyi kreditlər 375 milyon 649 min manat, depozitlər isə 174 milyon 91 min manat təşkil edib. Ötən ilin sonunda bu rəqəmlər müvafiq olaraq 388 milyon 332 min manat və 170 milyon 44 min manat idi.

 

12.07.2017 13:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ