Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Sentyabrda Caspian Energy Transport Forum və Caspian Energy ICT Forum təşkil olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sentyabrda Caspian Energy Transport Forum və Caspian Energy ICT Forum təşkil olunacaq

 

"Caspian European Club və Caspian American Club 2017-ci il sentyabrın 20-də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə Caspian Energy Transport Forum və Caspian Energy ICT Forum keçirəcək”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

 

Onun sözlərinə görə, forumun açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı gözlənilir.

 

Telman Əliyev forumun birinci hissəsinin nəqliyyat sektoruna, ikinci hissəsinin isə İKT sahəsinə həsr olunacağını deyib.

 

Sözügedən forum Caspian European Club və Caspian American Club-un üzvlərinin çoxsaylı xahişləri əsasında baş tutacaq. Bundan əlavə, tədbirdə iştirak etməyi planlaşdıran xarici şirkət nümayəndələri də foruma böyük maraq göstəriblər.

 

Telman Əliyev forumun təşkilinin əlamətdar hadisə sayılan “Əsrin müqaviləsi”nin imzalandığı tarixə - sentyabrın 20-nə planlaşdırıldığını və neft sektorunun inkişafından qeyri-neft sektorunun, xüsusi nəqliyyat və İKT sahələrinin inkişafına keçidlə assosiasiya olunduğunu vurğulayıb.

 

 Caspian Energy Transport Forum-un əsas mövzusu regionun nəqliyyat infrastrukturunun inkişafı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin perspektivləri və Azərbaycanın bu dəhlizdəki rolu, Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması, Azərbaycanla digər dövlətlər arasında aviamarşrutun açılması, dəmiryol stansiyalarının tikintisi, Xəzər dəniz gəmiçiliyinin inkişafı olacaq. Forumda AZAL, Azərbaycan Dəmir yolları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkənin digər nəhəng nəqliyyat şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.

 

Caspian Energy İCT Forum çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinin, həmçinin Azərbaycan şirkətləri tərəfindən ölkəmizin hüdudlarından kənarda uğurla istifadə olunan proqram təminatının istehsalı məsələsinin müzakirəsi planlaşdırılır.  

 

Forumda iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçin: http://www.caspianenergy.org/index.php/registration/item/123-caspian-energy-ict-forum-caspian-energy-transport-forum-20-09-2017 


Telman Əliyev həmçinin qeyd edib ki, tədbirin keçirildiyi ərəfədə Caspian Energy jurnalının nəqliyyat və İKT forumlarına həsr olunmuş xüsusi buraxılışı işıq üzü görəcək.  

 

Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.

12.07.2017 14:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ