Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dollar Yellendən sonra daha da ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar Yellendən sonra daha da ucuzlaşdı

Dollar, ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen-in çıxış mətninin nəşr olunmasının ardından daha da ucuzlaşıb. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Yellen gələcək illərdə əlavə mərhələli faiz artımlarına ehtiyac duyulduğunu bildirərək, faiz artırmaqda ləng hərəkət ediləcəyinə işarə edib. Bununla yanaşı, Yellen, inflyasiyanın iqtisadiyyata olan reaksiyasının əhəmiyyətli bir qeyri-müəyyənlik olduğunu bildirib.


 
Yellenin bu açıqlamalarının ardından Bloomberg Dollar Spot İndeksi,  0.35% kəskin azalma nümayiş etdirib. Dollar, bütün mühüm valyutalar qarşısında dəyər itirib. Avro/Dollar məzənnəsi 1.1470 səviyyəsinə qalxıb.

 

ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yelenin Bakı vaxtı ilə saat 18:00-da ABŞ Nümayəndələr Palatasında çıxış edəcək. və sualları cavablandıracaqdır.  Mütəxəssislər sual-cavab hissədəki açıqlamaların bazarlar üçün əhəmiyyətli ola biləcəyini qeyd edirlər.

 

Dollar bu gün səhər Fed-in İdarə Heyətinin üzvü Lael Brainard-ın "göyərçin" açıqlamalarının ardından ucuzlaşmağa başlamışdı. Dollar 3 gündür dəyərdən düşür. 

 

Digər tərəfdən ABŞ Prezidenti Donald Trumpın oğlunun ortaya çıxardığı, Rusiyanın prezidentlik kampaniyasını dəstəklədiyi barədə sənədlər də Dolların ucuzlaşmasına təsir edib.

12.07.2017 14:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ