Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Mayda 17 bankomat ləğv olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mayda 17 bankomat ləğv olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-may aylarında 9 bank filialı fəaliyyətini dayandırıb.
 


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya görə, yanvar ayından mayın 31-dək bankların ümumilikdə 9 filialı fəaliyyətini dayandırıb.

Reklam_3_11


 
Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, mayın sonuna bu göstərici 560-a qədər azalıb. May ayında isə Aprel ilə müqayisədə filialların sayı dəyişməyib.

 

Bundan başqa, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, mayın sonuna şöbələrin sayı 141-ə yüksəlib. Mayda 1 bank şöbəsi açılıb.


 
May ərzində bankomatların sayında azalma qeydə alınıb. Belə ki, mayın sonuna ATM-lərin sayı 17 ədəd azalaraq 2476-ya düşüb. Aprelin sonunda bankların 2493 bankomatı var idi.

 

Qeyd edək ki, hazırda ölkədə 31 bank fəaliyyət göstərir.

 

© APA

12.07.2017 15:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ