Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Dünyada bu xidməti ilk dəfə Azərbaycanda yaratdıq” – “EY İlin İş Adamı 2023”ün qalibi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Dünyada bu xidməti ilk dəfə Azərbaycanda yaratdıq” – “EY İlin İş Adamı 2023”ün qalibi

(®) “EY” şirkəti dünya üzrə iqtisadiyyat və icmalar üçün uzunmüddətli dəyər yaradan, hədəflərə doğru inamla irəliləyən və ətrafdakıları ilhamlandıran sahibkarları mükafatlandırır. Bu təşəbbüskar və uzaqgörən sahibkarlar bir neçə gün bundan öncə Monakoda Dünya üzrə İlin İş adamı adı uğrunda mübarizə aparıblar. Azərbaycanı müsabiqənin beynəlxalq mərhələsində “Simbrella” şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov təmsil edərək dünyanın ən qətiyyətli və yenilikçi iş adamları sırasında yer alıb. “EY” şirkətinin Azərbaycanın iş adamları arasında artıq dördüncü ildir ki, keçirdiyi “İlin İş Adamı” müsabiqəsinin bu ilki qalibi Seymur Məmmədov “Simbrella”nın uğurlu tarixçəsindən danışır. Ilk öncə ondan Monakodakı tədbirlə bağlı təəssüratları haqqında soruşduq.  

Çox maraqlı və dolğun bir təcrübə oldu, əslində. Bu cür miqyaslı tədbirdə iştirak etmək doğrudan da böyük şərəfdir. Dünyanın müxtəlif yerlərindən gəlmiş və biznesin müxtəlif sahələri ilə məşğul olan insanlarla tanış olmaq olduqca düşündürücü və ilhamverici idi. Mən hələ də təəssüratlarımı həzm edirəm və bu təcrübə üzərində düşünürəm, amma artıq deyə bilərəm ki, bu bir neçə gün ərzində çox şey öyrəndim. Mən də ümid edirəm ki, bir neçə nəfər məndən nəsə öyrənib. 

Reklam_3_11

- Seymur bəy, təsisçisi olduğunuz “Simbrella”nın uğurlu biznes hekayəsi var. Bəs “Simbrella”nın hədəfləri nədir?

- Dünyada ilk dəfə SimKredit xidmətini “Simbrella” şirkəti olaraq, Azərbaycanda 2005-ci ilin dekabrında yaratdıq.  “Simbrella” uzun illər bir məhsul şirkəti kimi fəaliyyət göstərirdi. Daha sonra araşdırmalar apardıq və belə bir qənaətə gəldik ki, bizim işlətdiyimiz texnologiyalar banklarda mövcud deyil. Təklifimiz kiçik kreditlərin alınması qərarının avtomatlaşdırılması və rəqəmsallaşdırılmasını aparmaq, yəni operatorlardakı texnologiyanı banka gətirməkdir. Bu, banklarda maraq doğurur. Həmçinin mobil cüzdan şirkətlərinin bizim bu xidmətə ehtiyacı var. Digər tərəfdən biz Big Data istiqamətinə yönəlmişik. Mütəxəssislərimiz operatorlarda toplanmış həddindən artıq verilənlər bazasını emal edib ondan müəyyən məhsul hazırlayıb bazara çıxarmaq və satmaq üçün xidmət yaradıb. Bu xidməti hələ ki, bir operatorda – 45 milyon abonenti olan Nigeriya operatorunda qurmuşuq.

- “Simbrella”nı yaratmağa sizi ruhlandıran kim və ya nə olub?

- “Simbrella”ya əsas ilham verən şəxs banqladeşli sosial sahibkar, bankir və iqtisadçı Məhəmməd Yunus olub. O, Nobel sülh mükafatına layiq görülüb. Məhəmməd Yunus ənənəvi bank kreditlərini ala bilməyəcək qədər yoxsul sahibkarlara 1-2 dollar kredit verməyə başlayıb. O, krediti sadəcə məqsədli şəkildə verib. Məsələn, krediti verəndə soruşub ki, sən bu krediti nə edəcəksən, sahibkar da cavab verib ki, mən pomidor toxumu alacağam. Məhəmməd Yunusun yaratdığı sistem yavaş-yavaş o səviyyəyə gəlib çatıb ki, indi artıq sosial həyata təsir edir. Məhəmməd Yunus işi ilə göstərib ki, hətta ən yoxsul təbəqə belə, öz inkişafını təmin etmək üçün çalışa bilər. O, indi Banqladeşdə kredit bankı açıb və bu bankın müştərilərinin 98%-i qadındır. Bununla qadınların da biznesə cəlb olunmasına təsir edir.

“Simbrella” indi Məhəmməd Yunusun gördüyü işi rəqəmsallaşdırır. Bizim hazırda Nigeriyada əməkdaşlıq etdiyimiz bankın 30 milyonluq portfelinin demək olar ki, 90%-ni kiçik və orta biznes sahibləri təşkil edir. Bu biznes nədir? Hazırda Azərbaycanda da kiçik və orta sahibkarların sayı ildən-ilə artır. Şirkətimiz dövlət qurumları ilə əməkdaşlıq münasibətlərini müzakirə edir. Nigeriyada artıq yeni sistemimizi tətbiq etmişik. Biz indi çalışırıq ki, o sistemi ölkəmizdə də quraq. Bu sistem nədir? Məsələn, baqqalın hansısa məhsulu almaq üçün 2 həftəlik 200 manata ehtiyacı olanda biz mobil telefondan və ya digər mənbələrdən onun haqqında məlumatları əldə edirik və ona imkan yaradırıq ki, telefonu vasitəsilə həmin 200 manatı alsın və 2 həftə ərzində qaytarsın. Nə baş verir? Baqqalın dövriyyə vəsaiti 200 manat artır və daha çox əlavə gəlir əldə etmiş olur. Bizim modelin əsası odur ki, riskləri riyazi olaraq dəyərləndiririk. Qayıtmayan kreditlər bizim üçün düsturun sadəcə bir rəqəmidir və sistemi quranda həmin rəqəmi nəzərə alırıq. Həm də insanlar kiçik kreditləri daha tez qaytarırlar. Çünki kiçik borcu qaytarmaq daha asandır. Digər məsələ isə indiyə qədər heç bir bankın kredit vermədiyi kasıb insanlara pul verdikdə onlar bunu çox yüksək dəyərləndirir və daha tez qaytarmaq üçün çalışırlar. Nəhayət, siz 1000 nəfərə kredit verərkən onun 100 nəfəri sizə krediti qaytarmazsa, siz qalan 900 nəfər üçün kredit tarixi açmaq imkanı yaradırsınız və o 900 nəfər gələcəkdə müştərinizə çevriləcək. Bu sistemin qurulmasının sosial təsiri böyük ola bilər. “Simbrella” şirkəti olaraq, biz bu sistemləri yaradırıq və inkişaf etdiririk.

- Bəs “Simbrella” necə uğurlu beynəlxalq brendə çevrilə bildi?

- Biz ilk illərdə GSM sferasında işləyirdik. Bu bazar beynəlxalq olduğundan, hansısa maneələrlə qarşılaşmadıq. Digər tərəfdən bu xidməti ilk dəfə ölkəmizdə qurmuşduq və müəyyən uğurlara nail olmuşduq deyə, bizə inam var idi. Bunun nəticəsidir ki, xidməti göstərməyə başlayanda bir neçə gün ərzində artıq 700 mindən çox insan bizim xidmətdən istifadə etmişdi. Bu xidmət sayəsində SimSim abonentləri balansına pul yatırır və həmin pul bitənə kimi mobil xidmətdən istifadə edə bilirdi. Balansda pul bitən kimi xidmət dayandırılırdı. Biz həmin anda müştəriyə təklif edirdik ki, o, SMS göndərərək balansına borc pul yatırsın. Sonradan balansını artıranda həmin borc pul balansdan silinəcək. Bu təklifə görə müəyyən xidmət haqqı alırdıq. Hansı müştəriyə nə qədər kredit verilməsini isə bizim sistemimiz dəyərləndirirdi. Bu məhsulu təklif etməklə ilk növbədə abonentin xidmətdən istifadəsinə davam etməyini təmin edirdik. Həmçinin müştəri tərəfindən operatora qayıtmayan borcu da biz həll edirdik. Nəticə etibarilə qazanan tərəflər həm operator, həm istehlakçı, həm də biz olurduq. Beləliklə, Azərbaycanda əldə etdiyimiz nailiyyətlər bizim beynəlxalq brendə çevrilməyimizə təkan verdi.

- Seymur bəy, “Simbrella” insan kapitalının inkişafına necə dəstək olur?

- “Simbrella” kifayət qədər geniş coğrafiyaya malikdir. Şirkətin ofisləri Azərbaycan, Hollandiya, Kanada, Qana, Macarıstan, Özbəkistanda yerləşir. Bizim yüksək biliyə malik mütəxəssislərimiz artıq ölkə xaricində xidmətlər təklif edirlər. Bu, nəinki “Simbrella”nın, həm də Azərbaycanın nailiyyəti hesab oluna bilər. “Simbrella” şirkətinin tarixi peşəkar mütəxəssislərin zəhməti və istedadı sayəsində əldə edilən uğur hekayəsidir.

“EY İlin İş Adamı” müsabiqəsi haqqında

“EY” şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Müsabiqənin münsiflər heyəti “EY” şirkətinə aid olmayan və ölkənin ən nüfuzlu şirkətlərinin rəhbərləri və biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarətdir.

Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri sayılan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır və sağlam rəqabəti təşviq edir. Onların yenilikçi fəaliyyəti və məqsədlərə sadiqliyi ətrafdakıları həvəsləndirərək daha yaxşı iş dünyasının qurulmasına töhfə verir.

EY İlin İş Adamı 2023 Simbrella Seymur Məmmədov
13.06.2023 15:38

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ