Ən yuxarı statik reklam_3

Expressbank-dan ikiqat bayram!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Expressbank-dan ikiqat bayram!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni il Expressbank-ın plastik kart sahibləri üçün ikiqat bayramdır. Çünki onlar gündəlik alış-verişlərini Expressbank-ın ödəniş kartları ilə etməklə həm xərclədikləri vəsaitin bir hissəsini geri alır, həm də lotereyada iştirakçı olaraq dəyərli hədiyyələr qazanmaq şansı əldə edirlər.

 

Yeni il lotereyasının şərtlərinə görə, POS-terminallar vasitəsi ilə ölkə daxilində Expressbank-ın plastik kartları ilə minimal olaraq 20 AZN və daha çox həcmdə nağdsız ödəniş edən bütün müştərilər hər alış-veriş zamanı hədiyyə qazanmaq üçün 1 şans əldə edirlər. Aksiya 6 dekabr 2016-cı il - 6 yanvar 2017-cı il tarixləri aralığında bütün alış-veriş məntəqələrində aparılmış nağdsız ödənişlərə şamil olunur.

 

Uduş fondu 3 smartfon və 1 planşetdən ibarətdir. Belə ki, müştərilər 2 ədəd Samsung Galaxy Note Edge, 1 ədəd Samsung Galaxy S5 mini və 1 ədəd Samsung Galaxy Tab 4 uğrunda mübarizə aparacaqlar.

 

Xatırladaq ki, “Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (Cashback). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.

 

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

 

20.12.2016 07:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ