"Azərbaycanda 2022-ci ildən 2 milyard dollar vəsait sterilizasiya olunub" - MÜSAHİBƏ

2022-ci ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankı (AMB) 2 milyard ABŞ dolları həcmində vəsait sterilizasiya edib.
Bunu AMB-nin sədri Taleh Kazımov “Global Finance”a müsahibəsində deyib.
Onun sözlərinə görə, dünyanın əksər ölkələri kimi Azərbaycan da 2021-ci ilin ortalarından yüksək inflyasiya şokları ilə üzləşib:
“Bu dəfə inflyasiya təzyiqlərinin xarakteri tamamilə fərqli idi. Ötən ilin əvvəlindən AMB-nin sədri vəzifəsinə təyin olunduğum ilk günündən ikirəqəmli illik inflyasiya ilə mübarizə mənim gündəliyimin əsas hissəsi olub. İlk addım kimi pul-kredit siyasətinin səmərəliliyini yenidən qiymətləndirdik. Sonra pul transmissiyasının müvafiq kanalları arasında əlaqəni yaxşılaşdırmaq üçün əsaslı islahatlar apardıq”.
T. Kazımov əsas fəaliyyətlər sırasında banklararası pul bazarı üçün lazımi infrastrukturun yaradılmasını, banklararası pul bazarı əməliyyatlarında bankların fəal iştirakını stimullaşdırılmasını qeyd edib.
"Bundan başqa, daimi kredit alətlərini fəaliyyətə keçirdik, açıq bazar əməliyyatlarının sayını və tezliyini artırdıq və müqayisəli analiz üçün müxtəlif pul bazarı indeksləri təqdim etdik.
Həmçinin pul siyasətini də sərtləşdirməyə başladıq. Məcburi ehtiyat normaları artırılaraq bankların öhdəliklərinin həcminə görə differensiallaşdırılıb", - Mərkəzi Bankı sədri qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 gün sonra
Xaricdə təhsil almaq istəyənlərin və maraqlananların diqqətinə!
-
6 saat əvvəl
Azərbaycan - İtaliya memarlıq və dizayn şirkətinin Milanda ofisi açıldı - VİDEO/FOTO
-
-
7 saat əvvəl
SOCAR-ın prezidenti Dubayda görüşlər keçirib, vacib sənədlər imzalayıb
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Masdar” üçün Azərbaycanda “Yaşıl hidrogen” və “yaşıl ammonyak”la bağlı bazar araşdırmaları aparılır
-
9 saat əvvəl
Şirkət işlənmiş avtomobillərini hərrac yolu ilə satışa çıxarır - MODELLƏR, QİYMƏTLƏR
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl

Aylıq 604 AZN-dən premium mənzilə sahib olmaq imkanı

Xaricdə təhsil almaq istəyənlərin və maraqlananların diqqətinə!

Ceyhun Bayramov Rusiyaya işgüzar səfər edib

Şirkət işlənmiş avtomobillərini hərrac yolu ilə satışa çıxarır - MODELLƏR, QİYMƏTLƏR

Tam istədiyiniz ulduz, Tam DigiCard-la!
Ən çox oxunanlar

Unicapital bazarların həftəlik analitikasını təqdim edir

Rubl yenidən ucuzlaşır

Azərbaycanda son 1 həftədə koronavirus ilə bağlı vəziyyət

Spotify, işçilərinin təxminən 17 faizini işdən çıxarmağa hazırlaşır

"Naxçıvan Bank"ın kredit portfeli "Kapital Bank"a ötürüldü
