Geosiyasi gərginlik artdıqca neft bahalaşır
ABŞ-ın Yəməndəki Husilərin hədəflərinə qarşı yeni zərbələr endirməsi Yaxın Şərqdə gərginliyi artırdığı üçün neft qiymətləri yüksəlib.
Marja.az xəbər verir ki, çərşənbə günü enişlə bağlandıqdan sonra, Brent neftinin qiyməti 78 dolları, ABŞ xam nefti 73 dolları keçib.
Bakı vaxtı ilə saat 11:00-da Brent nefti 0,7% bahalaşama ilə 78,40 dollardan, ABŞ xam nefti isə 0,9% bahalaşma ilə 73,20 dollardan ticarət olunub.
ABŞ Mərkəzi Komandanlığının bildirdiyinə görə, Birləşmiş Ştatlar İranın dəstəklədiyi husilərin raket buraxılış qurğusunu vurub. Husilər bu qurğu ilə gəmilərə hücumlar edirdi.
Yəmən böhranı Qırmızı dəniz və Süveyş kanalı üzərindən tranzitin kəsilməsinə səbəb olub, gəmilərin bölgədən uzaqlaşması və daha uzun, alternativ yollardan istifadə etməsi ilə ticarət axını pozulub. Bayden administrasiyası qrupu yenidən terrorçular siyahısına salacaq.
Xam neft 2024-cü ilin ilk həftələrində bu il tələb artımının yavaşlayacağı və FED-in faiz dərəcələrini gözlənildiyindən gec azaldacağı ilə bağlı narahatlıqlar ilə əlaqədar olaraq düşmüşdü.
Analitiklər bildirir ki, Qırmızı dənizdəki vəziyyət genişlənərsə, qiymətlərdə qısamüddətli artım ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat əvvəl
Bakı Aeroportu: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
2 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
3 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Ən çox oxunanlar
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























