Çinin ən keyfiyyətli avtomobil brendi Azərbaycan bazarına rəsmi olaraq daxil oldu - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çinin ən keyfiyyətli avtomobil brendi Azərbaycan bazarına rəsmi olaraq daxil oldu - FOTOLAR

(®) Çin avtomobil istehsalçıları arasında daim ilk üçlükdə olan GAC brendi rəsmi olaraq Azərbaycan bazarına daxil olub.

Marja.az xəbər verir ki, GAC brendi Azərbaycanda tanınmış və böyük təcrübəyə sahib "Auto Azərbaycan" şirkətini özünə rəsmi distributor seçib.

Distributorluq müqaviləsi Çinin Guangzhou şəhərində GAC şirkətinin baş qərargahında imzalanıb.

Rəsmi distributorluq müqaviləsini "Auto Azərbaycan" şirkəti tərəfindən şirkətin baş direktoru Emil İsmayilov, GAC şirkəti tərəfindən isə Baş direktor Vei Haigang imzalayıb.

"Auto Azərbaycan" şirkətinin Marketinq departamentinin müdiri Vasif Əliyevdən aldığımız məlumata əsasən, GAC brendinin Azərbaycana 7 modeli idxal olunacaq. Bunlardan 5 model benzin mühərrikli, 2 model isə tam elektrikli avtomobillər olacaq. Rəsmi distributor Azərbaycan avtomobil alıcılarına GAC brendinin Empow, Emzoom, Emkoo, GS8, M8, Aion S və Aion Y modellərini təklif edəcək. Avtomobillərə 5 il / 250 000 km zəmanət veriləcək. GAC rəsmi satış və servis mərkəzi Babək prospekti 61C ünvanında fəaliyyət göstərəcək. Mart ayında brendin təqdimat mərasimi baş tutacaq. 

GAC avtomobil brendi 1997-ci ildə yaradılıb və "GAC Group" şirkətlər qrupuna daxildir. "GAC Motor" premium sinifə aid olan avtomobillər, mühərriklər, avtomobil hissələri və avtomobil aksessuarları istehsal edir. Son 5 ildə GAC motor ardıcıl olaraq Çin avtomobil istehsalçıları arasında keyfiyyət göstəricilərinə görə 1-ci yerdə qərarlaşır. 

Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu lider mövqeyini hər zaman qorumağı bacaran "Auto Azərbaycan" şirkəti 1996-cı ildən fəaliyyət göstərir. "Auto Azərbaycan" şirkəti ölkəmizdə dünyaca məşhur Hyundai avtomobil markasının rəsmi distributorudur. 

İstər paytaxtdakı, istərsə də, bölgələrdəki müştərilər üçün tam əlçatan olmağı hədəf  götürən şirkət Hyundai markasının ölkə üzrə 10 satış və servis mərkəzindən ibarət diler şəbəkəsini formalaşdırıb.

"Auto Azərbaycan" bir şirkət olaraq bugünə kimi qazandığı biznes uğurları ilə Azərbaycan iqtisadiyyatına dəyər qatması və ölkənin ən mühüm sərvəti olan insan kapitalına dəyər verməsi ilə hər zaman qürur duyur.

GAC motor AutoAzərbaycan Emil İsmayilov Vei Haigang Vasif Əliyev Empow Emzoom Emkoo GS8 M8 Aion S Aion Y avtomobillər mühərriklər hissələr aksessuarlar distributorluq müqavilə
12.02.2024 09:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 6-ci-2_29
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
21.02.2024 12:25
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ -18_18
InvestAZ