Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya sualtı kabelin çəkilməsi üçün şirkət yaradacaq
![Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya sualtı kabelin çəkilməsi üçün şirkət yaradacaq](/storage/thumbnail/cover/cdn/2024/mart/02/kabel.jpg)
Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniyanın hakimiyyət orqanları Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirir.
Marja.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti Bakıda yaşıl enerji məsələləri üzrə nazirlərin görüşünün yekunlarına dair məlumat yayıb.
“Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan hökumətlərinin nümayəndələri Bakıda yaşıl enerjinin inkişafı üzrə nazirlərin görüşü formatında Qara dəniz sualtı kabel layihəsinin həyata keçirilməsini və onunla bağlı əsas məsələləri müzakirə ediblər. Müştərək şirkətin yaradılmasının təfərrüatları və layihənin inkişafı üçün növbəti addımlar da müzakirə olunub”, - məlumatda deyilir.
Bakıda Gürcüstan nümayəndə heyətinə rəhbərlik edən Gürcüstan Baş nazirinin birinci müavini, İqtisadiyyat Nazirliyinin rəhbəri Levan Davitaşvili bildirib ki, sualtı elektrik kabelini davamlı enerji ötürülməsi zəncirinin təmin edilməsində həlledici rol oynayacaq, iki ölkə və layihədə iştirak edən ölkələr arasında əməkdaşlığı inkişaf etdirəcək iddialı təşəbbüs adlandırıb. Mətbuat xidməti əlavə edib ki, Qara dəniz kabel layihəsi enerji təhlükəsizliyinin yaradılması istiqamətində mühüm addımdır.
İclasda Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson və Bolqarıstan hökumətinin nümayəndəsi də iştirak edib.
Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 2022-ci il dekabrın 17-də Buxarestdə yaşıl enerjinin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Bu, 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi boyunca kabel çəkilməsini nəzərdə tutur. Xətt 1195 km uzunluğunda olacaq və Azərbaycanda istehsal edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Keçən iyun ayında Bolqarıstan layihəyə qoşulmaq niyyətində olduğunu bəyan edib. Kabelin quraşdırılmasının üç-dörd il çəkəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
SUP.VC Azərbaycanın süni intellekt sahəsində irəliləyişə töhfə verir
-
-
12 saat əvvəl
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
-
13 saat əvvəl
Naxçıvanda Fondla Rabitəbank əməkdaşlıq müqaviləsi imzalayıb
-
13 saat əvvəl
TKTA ilə “Russo Group” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
13 saat əvvəl
"10,1 milyon manat kredit borclarının geri qaytarılması təmin edilib"
-
14 saat əvvəl
Azərbaycandakı minik avtomobillərinin 85 faizə yaxını qocalıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO
- 14 saat əvvəl
-
15 saat əvvəl
Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
!["Azərsun"dan "Saville" makaronu ilə bağlı görüntülərə reaksiya - "Hüquq-mühafizə orqanlarına müraciət ediləcək"](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/azərsunholdinq.png)
"Azərsun"dan "Saville" makaronu ilə bağlı görüntülərə reaksiya - "Hüquq-mühafizə orqanlarına müraciət ediləcək"
![SUP.VC Azərbaycanın süni intellekt sahəsində irəliləyişə töhfə verir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/SUP.VC-suni-intellekt/SUP.VC-süni-intellekt.jpg)
SUP.VC Azərbaycanın süni intellekt sahəsində irəliləyişə töhfə verir
![Naxçıvanda Fondla Rabitəbank əməkdaşlıq müqaviləsi imzalayıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/emekdasliq-muqavilesi.jpg)
Naxçıvanda Fondla Rabitəbank əməkdaşlıq müqaviləsi imzalayıb
![Azərbaycanda işçilər üçün ilk Fintech kartı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/23/perkskit.png)
Azərbaycanda işçilər üçün ilk Fintech kartı
Ən çox oxunanlar
![Dolların Bazar ertəsinə olan rəsmi məzənnəsi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/dollar-55231254-612x612.jpg)
Dolların Bazar ertəsinə olan rəsmi məzənnəsi
![Azərbaycanda Haval avtomobillərinin sayı 33% artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/haval.jpg)
Azərbaycanda Haval avtomobillərinin sayı 33% artıb
![Azərbaycanda Tesla-ların sayı 2,5 dəfə artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/tesla.jpg)
Azərbaycanda Tesla-ların sayı 2,5 dəfə artıb
![Azərbaycanda Changan avtomobillərinin satışı kəskin artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/changan-unik.jpg)
Azərbaycanda Changan avtomobillərinin satışı kəskin artıb
![Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırdı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/rmb.jpg)
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırdı
![SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/videozeng-sima.jpg)
SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi
![Gömrükdə 6 ayda 670 cinayət faktı - 18 NƏFƏR HƏBS EDİLİB](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/26/gomruk-post.jpg)