Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı

25 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında təlim və inkişaf sahəsi üzrə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Sənəd hər iki dövlət qurumunun intensiv əməkdaşlıq münasibəti qurmaqla əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təcrübə mübadiləsini nəzərdə tutur.

Reklam_3_11

Memorandum tərəflərin birgə və ya SOCAR-a aid müxtəlif mövzularda keçirilməsi nəzərdə tutulan təlim və inkişaf tədbirlərinin DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkilini, qurumların əməkdaşlarının qarşılıqlı təlimlərdə iştirakını, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) müvafiq infrastrukturunun DVX tərəfindən istifadəsini və TTSİ təlimlərində DVX əməkdaşlarının müvafiq şərtlərlə iştirakını, elektron təlim materiallarının qarşılıqlı mübadiləsini və digər məsələləri əhatə edir.

Əməkdaşlıq haqqında Memorandumu DVX-nın rəis müavini Samirə Musayeva və SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva imzalayıblar.

Tədbirdə çıxış edən Ziba Mustafayeva, Samirə Musayeva, SOCAR-ın kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova, DVX İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova, DVX rəisinin müşaviri Sərxan Həşimov əməkdaşlıq istiqamətlərinin əhəmiyyətindən danışıb və kommunikasiyanın qurulmasından məmnunluq ifadə ediblər.

Qeyd edilib ki, əməkdaşlığın uzun müddət davam etdirilməsi və gələcəkdə insan kapitalının davamlı inkişafı istiqamətində əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.

25.04.2024 17:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ