Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Lizinq şirkətinə maya qoyulur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lizinq şirkətinə maya qoyulur

Lizinq bazarında fəaliyyət göstərən "Level Leasing" ASC nizamnamə kapitalını 50 min manat artırır.

Marja.az xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 0,50 manat olan 100 min ədəd adi, adlı, sənədsiz səhm buraxıb. Yerləşdirmə uğurla yekunlaşarsa "Level Leasing" ASC-nin nizamnamə kapitalı 1 milyon manatdan 1 milyon 50 min manata yüksələcəkdir. 

Səhmlərin yerləşdirilməsindən əldə olunacaq gəlir dövriyyə kapitalının artırılmasına yönəldiləcəkdir. Cəlb ediləcək xalis məbləğ 47 min 340 manat olacaqdır. 

2021-ci və 2022-ci illərdə fəaliyyəti olmayan "Level Leasing" ASC 2023-cü ili 422 min manat xalis mənfəət ilə başa vurub. 31 dekabr 2023-cü il tarixində Şirkət 8 milyon 757 min manat cəmi aktivlərə, 7 milyon 334 min manat cəmi öhdəliklərə və 1 milyon 422 min manat cəmi kapitala malik olub. 

2023-cü ildə "Level Leasing" ASC tərəfindən avtomobil lizinqi üzrə 9 milyon 511 min manat dəyərində 210 sayda, daşınmaz əmlak lizinqi üzrə 130 min manat dəyərində 1 sayda xidmət göstərilib. Şirkət satışdan 1 milyon 265 min manat gəlir götürüb. 

"Level Leasing" ASC-nin səhmdarları Qarayeva Mənzər İsrail qızı (52%), Rzayeva Elmira Xəlil qızı (19%), Quliyeva Solmaz Hüseyn qızı (19%) və Məmmədova Rəqsanə Abdulla qızıdır (10%). Şirkətin Müşahidə Şurasının üzvü olan Mənzər Qarayeva Elm və Təhsil Nazirliyinə tabe olan İqtisadiyyat İnstitutunun kiçik elmi işçisidir. Digər 3 səhmdar işləmirlər. 

"Level Leasing" ASC-nin Müşahidə Şurasının sədri Quliyev Kamran Vaqif oğlu, İdarə Heyətinin sədri isə Xıdırlı Fəhmin İlqar oğludur.

Level Leasing lizinq Qarayeva Mənzər Quliyeva Solmaz Məmmədova Rəqsanə Quliyev Kamran Xıdırlı Fəhmin Rzayeva Elmira
02.07.2024 09:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ