Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Ozon" Azərbaycan sakinləri üçün satışa başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ozon" Azərbaycan sakinləri üçün satışa başlayır

Rusiyanın məşhur elektron ticarət saytı "Ozon" Azərbaycan sakinlərinə malların satışına başlayıb.

Marja xəbər verir ki, bu barədə Şirkətdən bildirilib. 

Beləliklə, Azərbaycan MDB məkanında şirkətin biznesini inkişaf etdirdiyi 6-cı ölkə olub.

"Ozon.com vitrinində respublikadan olan alıcılar artıq uşaq mallarından tutmuş məişət texnikasına qədər müxtəlif kateqoriyalı 30 milyondan çox məhsul tapa bilirlər. Çatdırılma təxminən 10 gün davam edəcək. Yaxın vaxtlarda malların çeşidi 10 dəfədən çox genişləndiriləcək.Şirkət həmçinin ölkədə logistika infrastrukturunu - anbar komplekslərini, özünün çatdırılma xidmətini və françayzinq çərçivəsində sifarişlərin qəbulu və verilməsi üçün brend məntəqələr şəbəkəsini inkişaf etdirməyi planlaşdırır”, - "Ozon" bildirib.

“Ozon”un MDB-də  Əməliyyatlar və İnkişaf üzrə direktoru Aleksey Sapon qeyd edib ki, Azərbaycan elektron ticarətin artım tempinə görə ən dinamik inkişaf edən ölkələrdən biridir.

“Biz respublikanın sakinlərinə milyonlarla maldan hər hansı birini ən yaxşı qiymətə, sürətli və rahat çatdırılma ilə sifariş etmək imkanı təklif etmək üçün biznesə başlayırıq”, - deyə o qeyd edib.

Gələcəkdə şirkət yerli sahibkarları platformada satışa cəlb etməyi və Azərbaycandan Rusiya və digər MDB ölkələrinə mal axınını həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, Ozon.ru 1998-ci ildə Rusiyanın Reksoft proqram evi tərəfindən onlayn kitab satıcısı kimi yaradılıb. Sonra şirkət geyimdən tutmuş elektronikaya qədər geniş çeşiddə malların satışına başlayıb. 

Ozon Azərbaycan mallar onlayn
08.08.2024 11:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ