Azərbaycanda tarixi hadisə: ITMF və ATA-nın birgə seminarı ilk dəfə Bakıda
Azərbaycan Tekstil Assosiasiyası qlobal tekstil sektorunun ən nüfuzlu qurumu ilə birgə seminar keçirəcək. Azərbaycan tekstil sənayesinin gələcəyində rol oynamaq istəyən bütün sahibkarları, investorları və sənaye nümayəndələrini bu yüksək səviyyəli biznes yönümlü tədbirin bir hissəsi olmağa dəvət olunurlar.
(®) Azərbaycan Tekstil Assosiasiyası (ATA) qlobal tekstil sektorunun ən nüfuzlu qurumlarından biri olan Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF) ilə əməkdaşlıq çərçivəsində, AZPROMO-nun tərəfdaşlığı, eləcə də GiLTEX və Prime Cotton şirkətlərinin sponsorluğu ilə ölkəmizdə ilk dəfə yüksək səviyyəli seminar təşkil edir.
Bu seminarın ITMF-nin 120 ildən artıq təcrübəsində Azərbaycanda keçirilən ilk tədbir olması ilə yanaşı, ölkəmizin tekstil sənayesinin beynəlxalq arenaya inteqrasiyasında da mühüm rol oynayacaq.
Seminar 7 oktyabr 2025-ci il tarixində Hyatt Regency Hotel-də baş tutacaq. Tədbirdə qanunvericilik islahatları, dayanıqlılıq, məhsul izləniləbilənliyi və ixrac imkanlarının genişləndirilməsi kimi strateji mövzular müzakirə ediləcək.
ATA-nın İcraçı direktoru Fəridə Axundova tədbirlə bağlı fikirlərini belə ifadə edir:
“ITMF-nin Azərbaycanda ilk seminarını təşkil etmək bizim üçün həm qürurverici, həm də strateji əhəmiyyət daşıyan hadisədir. Bu tədbir beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, qlobal tərəfdaşlıqların qurulması və sənayemizin gələcəyinin formalaşdırılması baxımından unikal fürsətdir.”
Seminarda ITMF-in Baş Direktoru Dr. Kristian Şindler “Qlobal Tekstil Trendləri: Qanunvericilik, İzləniləbilənlik və Dayanıqlılıq” mövzusunda çıxış edəcək. Bununla yanaşı, beynəlxalq qurumların, dövlət orqanlarının və sənaye liderlərinin iştirakı ilə strateji dialoq və əməkdaşlıq üçün unikal platforma yaradılacaq.
Azərbaycan tekstil sənayesinin gələcəyində rol oynamaq istəyən bütün sahibkarları, investorları və sənaye nümayəndələrini bu yüksək səviyyəli biznes yönümlü tədbirin bir hissəsi olmağa dəvət olunurlar.
Qeydiyyat linki: https://textile.az/itmf-azerbaycan-tekstil-assosiasiyasi-seminari-2025/
Tarix: 7 oktyabr 2025-ci il, saat 09:00 - 17:30
Məkan: Hyatt Regency Hotel, Bakı, Azərbaycan
Azərbaycan Tekstil Assosiasiyası (ATA)
2018-ci ildə yaradılan ATA ölkənin tekstil sektorunun inkişafını dəstəkləməyə həsr olunmuş yeganə qeyri-kommersiya təşkilatıdır. ATA pambıq və tekstil istehsalı üzrə fəaliyyət göstərən şirkətləri birləşdirərək beynəlxalq standartlara uyğunlaşmanı təşviq edir və Azərbaycan tekstilinin qlobal rəqabət qabiliyyətinin artırılmasına dəstək olur.
Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF)
1904-cü ildə qurulan ITMF hazırda dünyanın 40-dan çox ölkəsində bütün tekstil dəyər zəncirini birləşdirən aparıcı qlobal forumdur. ITMF sənaye üzrə zəruri məlumatlar və analitik təhlillər təqdim etməklə qlobal investisiya və siyasət qərarlarına istiqamət verir. Federasiya dayanıqlılıq, rəqəmsal transformasiya və dairəvi iqtisadiyyata keçidin təşviqində mühüm rol oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
27 d. əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
-
36 d. əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
43 d. əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bu il 71 min unsiyadan bir qədər çox qızıl hasil etməyi planlaşdırırıq "
-
3 saat əvvəl
"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb
Ən çox oxunanlar

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
