Prezident: "Bəziləri velosiped zolaqlarının yaradılmasından narazıdır. Amma ..."
"İndi velosiped zolaqlarının yaradılmasına başlanılmışdır. Bilirəm, bəziləri bundan narazıdır. Amma inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, bu da bir çıxış yoludur. Çünki bu, həm sağlamlıqdır, həm də ki, tıxaclara qarşı önəmli bir vasitə olacaq".
Marja xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezident "Azərbaycanın müasir nəqliyyat infrastrukturu, xüsusən də Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində hansı işlər görüləcək, hansı tədbirlər nəzərdə tutulub?" sualına belə cavab verib:
"Bəli, biz Bakıda bir çox önəmli nəqliyyat layihələrini icra etdik, mən onların bəzilərini sadaladım. Bu, bizə imkan verdi ki, müəyyən mərhələdə özümüzü tıxaclardan sığortalayaq. Ancaq inkişaf göz qabağındadır, əhali artır, maşınların sayı artır. Hər il ölkəmizə on minlərlə yeni avtomobil gətirilir. Onların istismar müddəti ilə bağlı indi müəyyən məhdudiyyətlər də qoyulur. Yerli avtomobil istehsalı artır. Ona görə mövcud yol infrastrukturu artıq bizə kifayət etmir.
Onu da bilməliyik ki, biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik. Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. Bu istiqamət üzrə bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir. Artıq Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqləndi. Qeyd etdiyim kimi, 10 yeni metro stansiyasının yeri də müəyyən olundu. O yerlər artıq onların sərəncamına verildi. Bundan başqa, əlavə iki depo da tikiləcək. Mövcud olan metro stansiyalarında optimallaşma layihələri icra edilir. Mən qeyd etdim, son 20 il ərzində yeddi metro stansiyası tikilib. Əgər onlar tikilməsəydi, görün, indi vəziyyət necə olacaqdı?
Mikromobillik, piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələrin ancaq piyadalar üçün təşkili prosesi davam edir və yaxın aylarda ictimaiyyət bunu görəcək. Eyni zamanda, Bakıda yeni ictimai yerlərin yaradılması çox geniş vüsət alıb. Yeni parklar, ictimai zonalar, istirahət zonaları yaradıldıqda mütləq onun nəqliyyat infrastrukturu da paralel olaraq öz həllini tapır. Misal üçün, biz bunu Mərkəzi Parkın timsalında görə bilərik. Vaxtilə çox ensiz, dar küçələr idi. İndi çox geniş küçələr və faktiki olaraq bu istiqamətdə, yəni Heydər Əliyev Sarayından da yuxarı istiqamətə getmək üçün çox geniş imkanlar yaradılıb.
“Sovetski” adlandırılan ərazinin köçürülməsi prosesi davam edir və orada da ancaq ictimai yerlər, parklar salınmalıdır. Süni göllər yaradılacaq və nəqliyyat sistemi qurulacaq, o cümlədən metro stansiyaları, Ağ Şəhərdə metro stansiya. İndi velosiped zolaqlarının yaradılmasına başlanılmışdır. Bilirəm, bəziləri bundan narazıdır. Amma inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, bu da bir çıxış yoludur. Çünki bu, həm sağlamlıqdır, həm də ki, tıxaclara qarşı önəmli bir vasitə olacaq. Təbii olaraq ictimai nəqliyyat istədiyimiz səviyyədə olan zaman, əlbəttə, ictimai nəqliyyatdan istifadə etmək ən yaxşı variant ola bilər. Biz bunu etməyə çalışırıq. Yenə də deyirəm, hər il Bakıya yüzlərlə yeni avtobus gətirilir. Hazırda havanı çirkləndirməyən elektrobuslar istehsal olunur. Həm dövlət, həm də özəl şirkətlər tərəfindən hər il yüzlərlə yeni avtobus gətiriləcək. Biz Bakının tıxac problemini belə həll edə bilərik.
Təbii ki, dəmir yolları da öz rolunu oynamalıdır. Bu gün Bakı-Sumqayıt dəmir yolu fəal işləyir. Əgər o yol olmasa, indi təsəvvür edin, nə ola bilərdi? Yaxud da ki, Bakıda 50 tunel, ya 50-yə yaxın körpü tikilməsəydi. Vaxtilə o dairələr var idi, yadınızdadır, neçə dairə idi?! Elə buradan şəhərə gedəndə bəlkə üç-dörd dairə var idi. İndi onların hamısı yox olub, əvəzinə yol ötürücüləri yaradılıb.
Yəni bu, ciddi məsələdir və biz ciddi məşğuluq, proqram qəbul edilib, vəsait səfərbər olunub. Hesab edirəm ki, növbəti beş il ərzində bu əsas problemlər öz həllini tapmalıdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 58 d. əvvəl
- 58 d. əvvəl
-
2 saat əvvəl
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
-
3 saat əvvəl
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
-
4 saat əvvəl
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
25 auditor subyektinin icazəsi dayandırılıb
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!




















