Böyük bankdan qızılın qiymətilə bağlı proqnoz: 5 min dollar üçün tarix verdi və investorlara xəbərdarlıq etdi
HSBC, geosiyasi risklərin davam etməsi, qlobal miqyasda artan dövlət borcu və investorların təhlükəsiz aktivlərə yönəlməsi səbəbindən qızılın qiymətlinin 2026-cı ilin ilk yarısında 1 unsiya üçün 5 min dollara qədər yüksələ biləcəyini proqnozlaşdır. Bank investorları 5 min dollar səviyyəsindən sonra kəskin ucuzlaşma riski barədə xəbərdar edib.Böyük Britaniyanın iri qlobal maliyyə xidmətləri şirkəti HSBC, geosiyasi risklərin davam etməsi, qlobal miqyasda artan dövlət borcu və investorların təhlükəsiz aktivlərə yönəlməsi səbəbindən qızılın qiymətinin 2026-cı ilin ilk yarısında 1 unsiya üçün 5 min dollara qədər yüksələ biləcəyini proqnozlaşdırır. Lakin bank xəbərdarlıq edib ki, bu güclü bahalaşmadan sonra ucuzlaşma riski də nəzərə alınmalıdır.
Qısamüddətli dövrdə bahalaşma və kiçik qiymət düşməsi
Marja xəbər verir ki, HSBC, mümkün qiymət yüksəlişlərinə baxmayaraq, 2026-cı il üçün qızılın qiyməti üzrə orta qiymət proqnozunu cüzi bir düzəlişlə 4600 dollardan 4587 dollara endirib. Bank qeyd edib ki, güclü "rallilər" adətən düzəliş riskini də (qiymətlərin geriləməsini) özü ilə gətirir.
FED və geosiyasi risklər həlledici olacaq
Hesabatda geosiyasi gərginliklərin azalması və ya ABŞ Mərkəzi Bankı (FED) faiz endirim dövrünü dayandırması halında qızılın yüksəliş tempinin zəifləyə biləcəyi barədə xəbərdarlıq edilib. HSBC, bu qeyri-müəyyənliklər səbəbilə 2026-cı il üçün 3950 – 5050 dollar arasında geniş bir qiymət aralığı proqnozlaşdırır.
Ortamüddətli və uzunmüddətli dövrdə bahalaşacaq
Qısamüddətli risklərə baxmayaraq, HSBC qızılın qiyməti barədə ortamüddətli və uzunmüddətli proqnozlarını yuxarı yönlü olaraq yeniləyib. Bank bildirib ki, struktur amillər – yüksək borclanma, geosiyasi həssaslıqlar və rezerv diversifikasiyası – qızıl tələbinə dəstək verməyə davam edəcək.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Bu çərçivədə HSBC:
2027-ci il üzrə orta qiymət proqnozu: 3950 dollardan 4625 dollara,
2028-ci il üzrə orta qiymət proqnozu: 3630 dollardan 4700 dollara,
2029-cu il üçün isə ilk dəfə 4775 dollar orta hesabla qiymət proqnozu açıqlayıb.
HSBC hesabatında qeyd edib ki, qısamüddətli dalğalanmalara baxmayaraq, qızıl qlobal qeyri-müəyyənlik şəraitində strateji təhlükəsiz aktiv olaraq qalacaq və uzunmüddətdə investor portfellərindəki əhəmiyyətini qoruyacaq.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















