"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Fermer: "Əvvəllər bir hektarın əkilib-becərilməsi 5 min manata başa gəlirdisə, indi 10 min manata yaxın vəsait lazım gəlir"Aqrar sahədə böyük potensiala malik rayonlardan olan Masallıda kartofçuluğun inkişafına diqqət yetirilir. 2021-ci ildə rayonda 894 hektar, 2022-ci ildə 900 hektar, 2023-cü ildə 903 hektar, 2024-cü ildə 911 hektar, ötən il isə 922 hektar sahədə kartof əkilib. 2021- ci ildə rayonda 15 min 530,76 ton, 2025-ci ildə isə 16 min 319 ton kartof istehsal olunub. Bu, 5,1 faizə yaxın artım deməkdir. Hektardan orta məhsuldarlıq 17-18 ton olub, lakin bəzi fermerlər hər hektardan 30- 35 ton məhsul götürüblər.
Masallıda kartof əsasən Təklə, Təzə Alvadı, Köhnə Alvadı, Banbaşı, Çaxırlı və Öncəqala inzibati ərazilərində əkilir. Son illər rayonun digər kəndlərində də kartofçuluğa diqqət artıb. Fermerlər daha çox “arizona”, “razarya”, “udaçi”, “qırmızıgöz” kartof sortlarına üstünlük verirlər. Təklə inzibati ərazi vahidliyi 5 kəndi birləşdirir. Keçən il ərazidə 279 hektarda kartof yetişdirilib, 4 min 743 ton məhsul yığılıb. Hektarın orta məhsuldarlığı 20-25 ton olub.
"Dərman və gübrələrin qiymətləri, nəqliyyat xərcləri ilbəil qalxır, Kartofun kilosu ən yaxşı halda 50-60, bəzən 20-30 qəpiyə satılır"
Təcrübəli təsərrüfatçı Hakim Bayramov kartofçuluğun gəlirli sahə olduğunu, 1993-cü ildən kartof becərdiyini bildirdi:
"Əvvəllər toxumu Gədəbəydən alırdıq. Sonralar Rusiya, Ukrayna, Türkiyə və İrandan gətirilən kartof toxumlarını yerli şəraitə uyğunlaşdırıb əkməyə başladıq. Rusiyanın “udaçi” sortu daha məhsuldardır, keyfiyyətli və şaxtaya dözümlüdür. Keçən il ailə təsərrüfatımız 5 hektarda “udaçi” sortundan əkib, 125 ton məhsul götürüb. Hektarın məhsuldarlığı 25 ton olub. Bu sahə gəlirli olsa da, çoxlu zəhmət tələb edir. Bir hektarın əkilib-becərilməsinə 8-10 min manat vəsait xərclənir. Hektarda 4 tona yaxın toxum əkilir. Əkin və yığım zamanı 150 nəfər işçi qüvvəsi tələb olunur. Fəhləyə gündəlik 20-25 manat zəhmət haqqı ödənilir. Dərman və gübrələrin qiymətləri, nəqliyyat xərcləri ilbəil qalxır. Kartofun kilosu ən yaxşı halda 50-60, bəzən 20-30 qəpiyə satılır. Məhsulu yerindəcə alıb əsasən Rusiyanın şəhərlərinə aparırlar. Ailəmizin ruzisi torpaqdan çıxır. Bu günlər 2,5 hektar sahədə kartof əkinini başa çatdırdıq. Əlavə olaraq avqust ayının əvvəllərində təkrar əkin keçirəcəyik. Bir hektar sahədə taxıl, 1 hektar çiyələk və 1 hektarda da göy-göyərti əkmişik. Havalar əlverişli keçsə, yaxşı məhsulumuz olacaq.
"Dərman və gübrələrin qiymətləri isə çox bahadır"
Əli Məmmədov artıq 30 ildir ki, kartofçuluqla məşğuldur. Təklə kəndində 30 hektar məhsuldar torpağı icarəyə götürüb. Ailə üzvləri ilə kartof, taxıl, paxlalı bitkilər əkib-becərir. Keçən il hektardan 25-30 ton olmaqla, 140 tona yaxın kartof istehsal edib. Cari ilin məhsulu üçün 5 hektarda kartof əkib. "Kartof gübrəyə tələbkar bitkidir", –deyə təcrübəli fermer Əli Məmmədov söhbətə başladı: "Eyni sahədə hər il təkrar kartof əkdikdə bitki xəstəliyə tez tutulur, yumru toxumlar məftil qurdları və başqa zərərvericilər tərəfindən zədələnir. Üzvi və mineral gübrələr verməklə məhsuldarlığı artırmaq mümkündür. Fosfor və kalium gübrəsi əsasən şum altına, azot və fosforun bir hissəsi səpin zamanı verilir. Dərman və gübrələrin qiymətləri isə çox bahadır. Bəzən hektara normaya uyğun gübrə verməyə maddi cəhətdən imkan olmur. Problemi aradan qaldırmaq üçün növbəli əkin sisteminin tətbiqinə üstünlük veririk. Ləngan kəndində kartofçuluq təsərrüfatın əsas sahəsi hesab olunur".
"1 hektarın əkilib-becərilməsi 5 min manata başa gəlirdisə, indi 10 min manata yaxın vəsait lazım gəlir"
Füzuli Məmmədovun başçılıq etdiyi ailə fermer təsərrüfatının 2 hektar məhsuldar sahəsi vardır. Torpağın 1,6 hektarında “arizona” sortlu kartof əkib. Deyir ki, bu sort tez yetişir və bazarda təzə kartofa ehtiyac olur. Düzgün aqrotexniki qulluq göstərəndə hektardan 25-30 ton məhsul götürmək mümkündür. Lakin son illər kartofçuluqda xərclər iki dəfəyə yaxın qalxıb:
"Əvvəllər bir hektarın əkilib-becərilməsi 5 min manata başa gəlirdisə, indi 10 min manata yaxın vəsait lazım gəlir. Tədarük olunmuş kartof əsasən Rusiya bazarlarına ixrac olunur. Rayonda saxlama kameralarının və emal müəssisələrinin olmaması məhsulun qiymətinin aşağı düşməsinə gətirib çıxarır. Kartofçuluqda vacib məsələlərdən biri də fermerlərin yüksək reproduksiyalı toxumla təchiz edilməsidir. Artıq bu məsələdə irəliləyiş nəzərə çarpır. Xaricdən gətirilən toxumluq kartofa gömrük rüsumları alınmır. Lakin tələbatın böyük hissəsi idxal hesabına ödənildiyindən milli kartof toxumçuluq sisteminin qurulmasına ehtiyac vardır. Kartof əkinlərinə aqrotexniki qulluq göstərilməsi üçün müasir tələblərə cavab verən texnikalar çatışmır. “Aqroservis” ASC-nin Masallı-Yardımlı bölməsində şum və becərmə üçün texnika və aqreqatlar olsa da, kartof çıxaran və kartof yığan aqreqatlar yoxdur. Bu yığım zamanı əl əməyindən istifadəni artırmaqla məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur. Kartofçuluq məhsuldar və gəlirli sahədir. Fermerlərin əkin vasitələrinə, saxlanma kameralarına ehtiyacları, məhsulun satışı ilə bağlı məsələlər həll olunsa, rayonda kartof əkinlərini genişləndirmək, Masallı brendli ixracyönümlü keyfiyyətli kartof istehsalını artırmaq mümkündür".
© "Xalq" qəzeti
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
10 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
10 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
12 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"













.jpg)






