Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

3 mart 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin (ABB) istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 04.03.2026-cı il tarixində başlayıb, 17.03.2026-cı il tarixində bitəcəkdir.

AZ2004004589 İSİN kodlu istiqrazların yerləşdirilməsi 19 mart 2026-cı il tarixində həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2004004589

İstiqrazların növü və forması:  Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı:  50 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  5 000 000 manat

İllik gəlirlilik faizi:  10%

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  1 il

Ticarətə buraxılma tarixi:  19.03.2026

Anderrayter:  ABB-İnvest İnvestisiya Şirkəti” QSC

İş elanları AzVak.az-da

XXX

Həmçinin 3 mart 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 04.03.2026-cı il tarixində başlayıb, 17.03.2026-cı il tarixində bitəcəkdir.

AZ2003004580 İSİN kodlu istiqrazların yerləşdirilməsi 19 mart 2026-cı il tarixində həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2003004580

İstiqrazların növü və forması:  Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı:  50 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi: 5 000 000 manat

İllik gəlirlilik faizi: 11%

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  2 il

Ticarətə buraxılma tarixi:  19.03.2026

Anderrayter:  ABB-İnvest İnvestisiya Şirkəti” QSC

İş elanları AzVak.az-da

XXX

Xəbər verdiyimiz kimi, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) istiqraz yerləşdirilməsi yolu ilə 100 milyon manat cəlb edəcək. Bank hər birinin nominal dəyəri 100 manat olan 1 milyon ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxıb.

İstiqrazların əldə edilməsində fiziki şəxslər (əhali) üstünlük hüququna malikdir. 

Bildirilmişdi ki, buraxılış üzrə istiqrazların illik faiz dərəcəsi, kupon ödəniş tezliyi, tədavül müddəti və istiqrazlar haqqında digər qaydalar Yekun Şərtlərlə müəyyən olunacaq:

"Baza emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edildikdən sonra hər bir istiqraz buraxılışı üzrə yerləşdirilmənin başlanma və başa çatma tarixlərinin təyin olunma qaydası Yekun Şərtlərdə təqdim olunacaq. Yekun Şərtlər qeydiyyata alındıqdan sonra abunə yazılışı 1 həftə ərzində başlanacaq, abunə yazılışının müddəti isə Yekun şərtlər ilə müəyyən ediləcəkdir. Abunə yazılışı başa çatdıqdan sonra istiqrazların yerləşdirilməsinə 5 iş günü ərzində başlanılacaq və istiqrazların yerləşdirilməsi başlandığı tarixdən etibarən 7 iş günü ərzində həyata keçiriləcəkdir. Ümumi kağızların yerləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən tamamlanacaqdır. Abunə yazılışının başlanması və bitmə tarixləri, habelə istiqrazların yerləşdirilməsi tarixləri ictimaiyyətə Emitent, Bakı Fond Bijası və buraxılışın anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-ni rəsmi saytı və ya KİV-lər vasitəsilə açıqlanacaqdır". 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

03.03.2026 17:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18