"Əsas suallardan biri “Fukidid tələsi”ndən qaçmağın mümkün olub-olmayacağıdır"
ABŞ Prezidenti Donald Tramp cümə axşamı səhər Pekində Çin lideri Si Cinpin ilə görüşərək ticarət, tariflər, Tayvan və İran məsələlərinin müzakirə olunmasının gözlənildiyi və cümə gününə qədər davam edəcək yüksək səviyyəli danışıqlara start verib.
Marja xəbər verir ki, rəsmi yayımlanan görüntülərə görə, Tramp açılış çıxışında Si-yə ABŞ ilə Çin arasındakı münasibətlərin “indiyə qədər olduğundan daha yaxşı olacağını” bildirib.
Tramp, 2017-ci ildə ilk prezidentlik dövründə Çinə səfər etdiyini xatırladaraq, iki liderin bir-birini ABŞ və ya Çin prezidentləri arasında ən uzun müddətdir şəxsi olaraq tanıyan liderlər olduğunu deyib.
Trampdan az əvvəl çıxış edən Si isə görüşün qlobal miqyasda diqqətlə izlənildiyini qeyd edib və iki ölkə üçün əsas suallardan birinin “Fukidid tələsi”ndən qaçmağın mümkün olub-olmayacağı olduğunu bildirib. Onun Çin dilində səsləndirdiyi fikirlərin rəsmi ingilis tərcüməsi CCTV tərəfindən yayımlanıb.
“Fukidid tələsi” (Thucydides Trap) anlayışı tarixdə yüksələn güc ilə mövcud hakim (hegemon) güc arasında yaranan gərginliyin çox vaxt müharibə ilə nəticələndiyini ifadə edir. Bu anlayışı populyarlaşdıran Harvard professoru Qraham Allison CNBC-nin “Squawk Box Asia” proqramına açıqlamasında bildirib ki, o, Tramp və Sinin ötən payız Cənubi Koreyada keçirilən görüşdə əldə etdikləri ticarət barışığının rəsmi razılaşmaya çevriləcəyini gözləyir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Si həmçinin bildirib ki, Tayvan ABŞ–Çin münasibətlərində ən mühüm məsələdir və bu məsələ düzgün idarə olunmasa, ikitərəfli münasibətləri “təhlükəli” bir vəziyyətə gətirə bilər. Dövlət mediasının məlumatına görə, Pekin demokratik şəkildə özünü idarə edən Tayvan adasını öz ərazisinin bir hissəsi hesab edir. Adanın hakim partiyası isə bu iddianı rədd edir.
Si ABŞ və Çinin “Fukidid tələsi”ndən qaça bilib-bilməyəcəyi ilə bağlı sualı səsləndirməklə yanaşı, iki ölkənin qlobal sabitlik naminə böyük çağırışlarla birlikdə mübarizə aparıb-apara bilməyəcəyini və bəşəriyyət üçün “daha parlaq gələcək” qurmaq istiqamətində əməkdaşlıq edib-etməyəcəyini də gündəmə gətirib. Bu fikirlər onun açılış çıxışının CCTV tərəfindən yayımlanan rəsmi görüntülərində yer alıb.
Cümə axşamı səhər keçirilən görüş yalnız sıx proqramın başlanğıcı idi. Trampın günortadan sonra tarixi abidə olan Göy Məbədini ziyarət etməsi, axşam isə dövlət ziyafətində iştirak etməsi gözlənilir. İki liderin cümə gününün günortasına qədər bir neçə dəfə görüş keçirməsi planlaşdırılır.
Bu səfər ABŞ-da vəzifədə olan prezidentin təxminən on ildən sonra Çinə etdiyi ilk səfərdir. Bu müddət ərzində bir çox şey dəyişib, o cümlədən ticarət gərginliyinin artması və ABŞ-ın Çin texnologiyalarına tətbiq etdiyi məhdudiyyətlər.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Çin Biznesi və İqtisadiyyatı üzrə baş məsləhətçisi Skott Kennedi bildirib:
“Çin bu görüşə 2017-ci illə müqayisədə daha böyük özünəinamla gəlir. Həmin dövrdə Çin ABŞ tariflərinin kiçik artımından belə ehtiyat edirdi. Son bir ildə isə Si Trampın bir çox addımlarına qarşılıq verə və onların təsirini neytrallaşdıra bilib.”
Çin 2025-ci ilin aprelində Trampın “Azadlıq Günü” adlandırdığı tariflərə qarşı cavab tədbirləri görən ilk böyük iqtisadiyyat olmuşdu.
Kennedi əlavə edib:
“Gözləntilər aşağı olsa da və böyük bir razılaşma ehtimalı az görünsə də, qarşılama mərasimi və açılış sessiyasında səsləndirilən ilkin fikirlər bu münasibətlərin dünya üçün nə qədər mühüm olduğunu göstərir. Məhz buna görə hamı diqqətlə izləyir və ticarət və təhlükəsizlik məsələlərində nələrin müzakirə ediləcəyini gözləyir.”
Gözlənilir ki, Si Trampın səfərinə cavab olaraq ABŞ-a səfər edəcək. Həmçinin iki lider ilin sonlarında Çin və ABŞ-da keçiriləcək APEC və G20 tədbirləri çərçivəsində də görüşə bilərlər.
Cümə axşamı səhər rəsmi yayımlanan görüntülərə görə, Si Pekindəki Böyük Xalq Salonunun pilləkənlərindən enərək Tramp ilə əl sıxıb. ABŞ Prezidenti əvvəlcə Çin rəsmiləri ilə görüşüb, daha sonra Si ABŞ nümayəndə heyətini salamlayıb.
Görüntülərdə Çin tərəfini ölkənin baş diplomatı Van Yi və iqtisadi planlaşdırma agentliyinin rəhbəri Çjen Şanjie təmsil edib.
ABŞ nümayəndə heyətində isə dövlət katibi Marko Rubio ilə yanaşı, Tesla şirkətinin rəhbəri İlon Mask, Apple şirkətinin baş direktoru Tim Kuk və Nvidia şirkətinin rəhbəri Censen Huanq kimi biznes rəhbərləri də yer alıb. Görüşün ilkin görüntülərində ABŞ-ın müdafiə naziri Pit Heqset və onun çinli həmkarı Donq Cunun da iştirak etdiyi görülüb.
Fukidid tələsi: Müasir beynəlxalq münasibətlərdə geniş istifadə olunan, yüksələn bir gücün mövcud hegemon güc üçün yaratdığı təhlükəni və müharibə riskini ifadə edən nəzəriyyə.
Fukidid (Thucydides, e.ə. 460–400) qədim yunan tarixçisi, hərbçisi və siyasi düşüncə tarixinin ən mühüm fiqurlarından biridir. Onun ən məşhur əsəri “Peloponnes müharibəsinin tarixi” kitabıdır. O, tarixə sadəcə keçmişin təsviri kimi deyil, gələcəkdə təkrar olunacaq siyasi davranışların modeli kimi baxırdı. Buna görə də Fukidid bu gün həm tarix elminin, həm də müasir geopolitikanın əsas düşüncə mənbələrindən biri hesab olunur.
“Fukidid Tələsi” (ing. Thucydides Trap) beynəlxalq münasibətlərdə çox məşhur bir anlayışdır.
Bu anlayışa görə yüksələn bir güc mövcud dominant dövləti qorxutduqda, böyük müharibə riski yaranır. Bu anlayışın əsası Fukididin məşhur cümləsindən gəlir. O, Peloponnes müharibəsini izah edərkən yazırdı: “Afinanın yüksəlişi və bunun Spartada yaratdığı qorxu müharibəni qaçılmaz etdi”.
Harvard professoru Graham Allison bu anlayışı yenidən məşhurlaşdırdı. O, tarixi analiz edərək yazırdı ki, son 500 ildə yüksələn güclə dominant güc arasında 16 böyük qarşıdurmadan 12-si müharibə ilə nəticələnib. Misal kimi aşağıdakı müharibələr göstərilir:
Müasir dövrdə bu termin daha çox ABŞ – Cin münasibətlərinə tətbiq olunur. Çinin sürətlə iqtisadi, texnoloji və hərbi gücə çevrilir, ABŞ isə mövcud hegemon gücdür.
Yüksələn gücün (Çin) artan ambisiyaları, Mövcud gücün (ABŞ) qorxusu, qarşılıqlı etimadsızlıq, geosiyasi paranoya iki ölkəni tarixlərinin ən ciddi qarşıdurması ilə üz-üzə qoyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
-
33 d. əvvəl
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
-
1 saat əvvəl
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
-
3 saat əvvəl
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
Ən çox oxunanlar
25 auditor subyektinin icazəsi dayandırılıb
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!
Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb
Prezident Naxçıvan üçün 1000 MVt-a qədər Günəş enerjisi potensialını açıqladı – Elektrik Avropaya qədər gedə bilər
Prezidentdən Naxçıvan üçün 258 milyon manatlıq SƏRƏNCAM























