970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb

2026-cı ilin yanvar-aprel aylarında körfəz ölkələrindən gələnlərin sayı 27,8 faiz azalaraq 85,1 min nəfər təşkil edib.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikasından xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumatları aıqlayıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 175 ölkəsindən 658,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Reklam_3_11

Gələnlərin 26,7 faizi Rusiya Federasiyası, 22,4 faizi Türkiyə, 8,7 faizi İran, 5,3 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 3,0 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,2 faizi Çin, 2,1 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,5 faizi Türkmənistan, 1,4 faizi İsrail, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 12,5 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 70,9 faizini kişilər, 29,1 faizini qadınlar təşkil etmişdir.

2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,1 faiz artaraq 32,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 faiz artaraq 251,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 27,8 faiz azalaraq 85,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,7 faiz azalaraq 289,3 min nəfər təşkil etmişdir.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,1 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                                                                             

2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 4,8 faiz azalaraq 602,4 min nəfər olmuşdur. Vətəndaşlarımızın 40,8 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çox), 16,8 faizi Rusiya Federasiyasına (1,0 faiz az), 10,8 faizi Gürcüstana (7,1 faiz az), 7,9 faizi İrana (31,4 faiz az), 23,7 faizi isə digər ölkələrə (12,1 faiz az) getmişdir. Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil etmişdir.   

2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,7 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

İş elanları AzVak.az-da

Azərbaycan turizmi Azərbaycana gələn turistlər Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidməti 2026 turist statistikası Azərbaycana gələn əcnəbilər Azərbaycan turizm xəbərləri Azərbaycan turist sayı Azərbaycana səfər edənlər Azərbaycan sərhəd statistikası Azərbaycan turizm sektoru Rusiya turistləri Türkiyə turistləri İran turistləri Gürcüstan turistləri Qazaxıstan turistləri Hindistan turistləri Pakistan turistləri Çin turistləri Səudiyyə Ərəbistanı turistləri Avropa İttifaqı turistləri MDB ölkələrindən gələnlər körfəz ölkələrindən turistlər Azərbaycan hava nəqliyyatı turist axını Azərbaycana gələnlərin sayı Azərbaycan iqtisadiyyatı turizm bazarı Azərbaycan beynəlxalq turizm Azərbaycanda turizm artımı Azərbaycanda turizm azalması əcnəbilərin Azərbaycana səfəri Azərbaycan vətəndaşlarının xaricə səfəri Azərbaycanlı turistlər Türkiyəyə gedən azərbaycanlılar Rusiyaya gedən azərbaycanlılar Gürcüstana səfər İrana səfər
21.05.2026 11:27
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19