970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Süni intellekt hakatonunun qalibləri elan edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Süni intellekt hakatonunun qalibləri elan edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə keçirilən “Building with AI: From Idea to Working Product” birgünlük innovasiya hakatonu uğurla başa çatıb.

23 may 2026-cı il tarixində keçirilən hakatona iştirak üçün 600-dən çox müraciət daxil olub. Müraciətlər arasından seçilən 60 iştirakçı süni intellekt texnologiyalarından istifadə etməklə öz ideyalarını qısa müddət ərzində işlək məhsul və prototiplərə çevirmək imkanı əldə edib.

Hakaton çərçivəsində iştirakçılar komandalar şəklində çalışaraq ChatGPT, Claude, Cursor, Lovable, Replit, Zapier, müxtəlif API-lər və digər müasir AI platformalarından istifadə etməklə innovativ həllər hazırlayıb və günün sonunda münsiflər heyəti qarşısında təqdim ediblər. Komandalar proses boyunca təcrübəli mentorların dəstəyi ilə təmin olunub.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən hakatonun qalibləri aşağıdakı komandalar olub:

I yer — Rufina Rəhimli, İbrahim Hüseynov, Nuray Qasımzadə

II yer — Emil Qallacov, Məhəmməd Babayev

III yer —Elçin Yusubov, İmran Hacıyev, Hüseyn Həsənzadə

Qeyd edək ki, “Building with AI: From Idea to Working Product” hakatonunun ümumi mükafat fondu 5 000 AZN təşkil edib. Qaliblərə aşağıdakı məbləğlərdə pul mükafatları təqdim olunub:

I yer — 2 500 AZN

II yer — 1 500 AZN

III yer — 1 000 AZN

Hakatonun əsas məqsədi Azərbaycanda süni intellekt və innovasiya ekosisteminin inkişafına töhfə vermək, gənclərin və texnologiya həvəskarlarının praktiki bacarıqlarını artırmaq, eləcə də innovativ məhsulların yaranmasını təşviq etmək olub. Tədbir iştirakçılar üçün həm öyrənmək, həm də şəbəkələşmək baxımından mühüm platforma rolunu oynayıb.

AmCham Azerbaijan AccessBank Neurotime AI hakaton Azərbaycan Building with AI hakaton süni intellekt hakaton innovasiya ekosistemi Azərbaycan AI startup Azərbaycan ChatGPT Cursor Replit Zapier AI prototip hazırlama hakaton 2026 Bakı texnologiya müsabiqəsi Azərbaycan 600 müraciət hakaton 60 iştirakçı seçimi AI layihələr Azərbaycan gənclər üçün hakaton texnologiya tədbiri Azərbaycan innovasiya tədbiri Bakı AI məhsul inkişafı prototip hazırlama yarışması AmCham tədbiri AccessBank tərəfdaşlıq Neurotime AI AI mentorluq proqramı AI komandalar Azərbaycan hakaton qalibləri
25.05.2026 18:00
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19