ABŞ-İran gərginliyi artır
ABŞ ilə İran arasında qarşılıqlı hücumlar davam edir. ABŞ İrana qarşı yeni hava zərbələri endirib, İran isə bəzi nöqtələrə cavab hücumları həyata keçirib.
ABŞ ilə İran arasında qarşılıqlı hücumların intensivləşdiyi bir vaxtda ABŞ ordusu İran ərazisinə yeni hava zərbələri endirib.
Marja xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ardıcıl doqquzuncu gecə həyata keçirilən əməliyyatlar zamanı İranın komanda mərkəzlərinin, dəniz qüvvələrinə aid obyektlərin, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinin, eləcə də rabitə şəbəkələrinin hədəfə alındığını açıqlayıb.
CENTCOM bildirib ki, hücumların məqsədi İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə hücum imkanlarını daha da zəiflətməkdir.
ABŞ ordusunun məlumatına görə, şənbə günü Şimali İraqda partlamamış İran istehsalı pilotsuz uçuş aparatının məhv edilməsi zamanı bir hərbçi həlak olub, digəri isə yaralanıb.
Cümə günü İordaniyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun həyata keçirdiyi bildirilən hücum nəticəsində iki ABŞ hərbçisi həlak olmuş, dörd hərbçi yaralanmış, daha bir hərbçi isə itkin düşmüşdü.
Son itki ilə fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başladığı müharibədə həlak olan amerikalı hərbçilərin sayı 17-yə çatıb.
Hərbi obyektlərlə yanaşı, mülki infrastruktur da hədəfə alınır
ABŞ Prezidenti Donald Tramp bazar günü verdiyi açıqlamada həlak olan hərbçilərin “İranın nüvə silahına sahib olmaması üçün mübarizə apardıqlarını” deyib.
Tramp İrana qarşı son zərbələrin də həlak olan hərbçilərin xatirəsinə həsr edildiyini bildirərək deyib:
“Bu gecə İranı yenidən çox sərt vurduq və bunu onların şərəfinə etdik”.
Tərəflər arasında bir həftədir davam edən qarşılıqlı hücumlar artıq yalnız hərbi obyektlərlə məhdudlaşmır. Zərbələr körpüləri, infrastruktur obyektlərini və limanları da əhatə edir. Bu vəziyyət ötən ay imzalanmış kövrək atəşkəsə qayıdış ehtimalını daha da azaldır.
İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü verdiyi açıqlamada ölkənin nüvə proqramı ilə bağlı bəzi tələblərin “həll olunmadan qala biləcəyini” bildirib.
“Bloomberg Economics”in analitikləri Dina Esfandiari və Bekka Vasser tərəflərin getdikcə dərinləşən münaqişə spiralına düşdüklərini bildiriblər. Onlar qarşıdakı günlərdə daha çox qarşılıqlı hücumun həyata keçiriləcəyini və neft qiymətlərinin daha da yüksələcəyini gözləyirlər.
Analitiklərin fikrincə, münaqişə dərinləşdikcə həm İran, həm də ABŞ üçün geri addım atmaq daha çətin olacaq.
ABŞ-ın dövlət katibi Marko Rubio isə İranın danışıqlar aparmaq istədiyinə dair mesajlar verməyə davam etdiyini, lakin ABŞ-nin raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlara hərbi cavab verməyi də davam etdirdiyini bildirib.
Rubio Tehran rəhbərliyində razılaşmanın tərəfdarı olan daha praqmatik şəxslərlə münaqişəni davam etdirmək istəyən sərt xətt tərəfdarları arasında fikir ayrılıqlarının olduğunu deyib. O, ABŞ-nin Hörmüz boğazında kommersiya gəmilərinə qarşı hücumlarda istifadə olunan İran hərbi qüvvələrini hədəfə aldığını vurğulayıb.
“İran beynəlxalq su yoluna nəzarət etməkdə israr etdiyi müddətdə buna cavab vermək məcburiyyətindəyik”, – Rubio bildirib.
Müştərilərin xəbərləri
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
33 d. əvvəl
Paşinyan Ermənistanın Azərbaycana ilk ixracını həyata keçirdiyini bildirib
-
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın gəlirləri 29% azalıb – şirkət zərərdən mənfəətə keçib
-
1 saat əvvəl
Mərkəzi Bank 2 ödəniş sektoru şirkəti barəsində tədbir görüb
-
1 saat əvvəl
İlin əvvəlindən fantastik məbləğlər qazanıblar - Bu il sərvətini ən çox artıran milyarderlər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan Ermənistana 1 000 tona yaxın dizel yanacağı göndərilib
-
2 saat əvvəl
AzInTelecom bulud xidmətləri ilə növbəti beynəlxalq uğura imza atıb!
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank sədri: "Artıq 10 milyon yox, 50 milyona yaxın müştəriyə xitab edəcəyik"
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sentyabrın 4-də gözlənilən hava şəraiti
Audit hesabatı problem yaratdı – lisenziyası ləğv edildi
Ən çox oxunanlar
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Yeni Pajero təqdim edildi — Əfsanəvi SUV 20 ildən sonra tamamilə yeni nəsillə geri qayıdır
Tramp Putinlə görüş üçün əsas şərti açıqlayıb
Rəsmi məzənnələr açıqlandı
Meta “Muse Spark 1.3” süni intellekt modelini istifadəyə verib




























