Azərbaycanın daha 8 kəndi turizm mərkəzinə çevriləcək
Regionlarda 8 yeni turizm məntəqəsinə yol çəkiləcək. Naftalanda 5 yeni turizm məhsulu yaradılacaq. Üç milli parkda yeni turizm xidmətləri istifadəyə veriləcək. İki ov təsərrüfatı beynəlxalq standartlara uyğun qurulacaqAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda “Turizm kəndi” konsepsiyasının tətbiqinə başlanılması və turizm potensialına malik 8 kənddə yeni infrastrukturun yaradılması nəzərdə tutulur.
Kəndlər üzrə ayrıca Tədbirlər Planı hazırlanacaq. Avtomobil yolları, kommunal xidmətlər, turizm obyektləri, məlumatlandırma və digər zəruri infrastrukturun inkişaf etdirilməsi planlaşdırılır. Əsas hədəflərdən biri turizm xidməti göstərən ailə təsərrüfatlarının orta illik gəlirlərinin artırılmasıdır.
Dövlət Proqramı çərçivəsində azı 4 dövlət qoruğunda və ya abidə ərazisində yeni dayanıqlı turizm xidmətləri yaradılacaq. Üç milli parkda və ya digər təbiət ərazisində ekoloji turizm infrastrukturu inkişaf etdiriləcək.
Ov turizminin inkişafı məqsədilə ən azı 2 ov təsərrüfatının beynəlxalq standartlara uyğun yenidən qurulması və istifadəyə verilməsi planlaşdırılır.
Regionlarda yerləşən 8 yeni turizm məntəqəsinin avtomobil, avtobus və dəmir yolu əlaqələri yaxşılaşdırılacaq. Ən azı 3 ərazidə hibrid turist informasiya mərkəzləri yaradılacaq.
Naftalanda ayrıca turizm strategiyası hazırlanacaq, Regional Turizm Şurası yaradılacaq və ən azı 5 yeni turizm məhsulu istifadəyə veriləcək. Şəhər infrastrukturunun “yaşlılar üçün turizm” prinsiplərinə uyğunlaşdırılması da nəzərdə tutulur.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
4 d. əvvəl
Azərbaycan daxil 4 ölkə arasında təmiz enerji sazişi imzalanıb
-
10 d. əvvəl
“Qala Sığorta” 9 ayı 5 milyon manatdan çox xalis mənfəətlə başa vurub
-
20 d. əvvəl
Azərbaycanın premium qida istehsalçısı kolbasa istehsalına hazırlaşır
-
1 saat əvvəl
Trampın “müharibə bitə bilər” mesajı nefti ucuzlaşdırdı — Brent 90 dollardan aşağı düşdü
-
1 saat əvvəl
Nvidia rəhbəri ətrafında qalmaqal: 4%-dən çox enən səhmlər yenidən yüksəlir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Dünyanın ən yaxşı restoranı seçilib – Nüfuzlu reytinq ətrafında mübahisələr böyüyür
-
3 saat əvvəl
“Meqa Sığorta”nın yığımları artıb, mənfəəti azalıb – Depozitləri 2,5 dəfə böyüyüb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan daxil 4 ölkə arasında təmiz enerji sazişi imzalanıb
“İpək Yolu Sığorta”nın yığımları 75%, mənfəəti 53% artıb
Ən çox oxunanlar
“Meqa Həyat Sığorta”nın yığımları 84%, mənfəəti 41% artıb
Dünyanın ən yaxşı restoranı seçilib – Nüfuzlu reytinq ətrafında mübahisələr böyüyür
“Azsığorta” 2026-cı ilin 9 ayını xalis mənfəət ilə başa vururb





























