Tramp: "Ən böyük hücum hələ qarşıdadır və o başa çatanda İrandan çox az şey qalacaq"
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə genişmiqyaslı hücumların həyata keçirildiyini açıqlayıb və İranın cavab verməsi halında daha ağır zərbələrin endiriləcəyi ilə hədələyib.
Marja xəbər verir ki, Tramp sosial media hesabında yaydığı açıqlamada ABŞ-nin Hörmüz boğazı yaxınlığındakı İran hədəflərini vurduğunu bildirib.
Hücumların genişmiqyaslı və güclü olduğunu qeyd edən Tramp, əməliyyatın İranın Hörmüz boğazında yenidən dəniz minaları yerləşdirmək cəhdinə və İordaniyadakı ABŞ hərbi bazasına raket hücumuna cavab olaraq həyata keçirildiyini deyib.
Tramp hazırda Hörmüz boğazında mina olmadığını, minaların tamamilə təmizləndiyini və ya zərərsizləşdirildiyini iddia edib.
ABŞ ordusunun hücumlara başladığını açıqlamasından sonra İran mediası Keşm adası, Bəndər-Abbas, Sirik, Çabahar və Konarakda partlayış səslərinin eşidildiyini bildirib.
Tramp İranın İordaniyadakı ABŞ hərbi bazasına 8 raket atdığını bildirib və həmin raketlərin hamısının uğurla zərərsizləşdirildiyini iddia edib.
ABŞ Prezidenti İranın son hücumlara cavab verməsi halında Tehranın yenidən və daha ağır şəkildə hədəfə alınacağını bildirib.
Tramp ABŞ-nin daha böyük hücum variantını da hazır vəziyyətdə saxladığına qeyd edərək, mümkün növbəti hücumun belə planlaşdırılan ən böyük əməliyyat olmayacağını deyib.
O bildirib ki, İrana qarşı daha böyük hücum “gözləmə rejimindədir” və proses başa çatdıqda İran İslam Respublikasından “çox az şey qalacaq”.
Tramp "Truth" hesabında yazıb:
"ABŞ hazırda, elə bu dəqiqələrdə Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə zərbələr endirir. Zərbələr genişmiqyaslı və güclüdür.
Bu hücumlar İranın Hörmüz boğazına yenidən dəniz minaları yerləşdirmək cəhdin qarşı keçirilib. Onların bu cəhdi uğursuzluğa düçar olub— hazırda boğazda heç bir mina yoxdur, onların hamısı tamamilə təmizlənib və ya partladılıb. Həmçinin hücumlar iranlıların İordaniyadakı hərbi bazamıza atdığı səkkiz raketə cavab olaraq həyata keçirilir. Həmin raketlərin hamısı uğurla vurularaq zərərsizləşdirilib.
Əgər uğursuz İran dövləti bu tam əsaslandırılmış hücuma cavab olaraq əks-zərbə endirsə, onlar yenidən, bu dəfə daha sərt və daha yüksək səviyyədə vurulacaqlar. Ən böyük hücum hələ qarşıdadır və o başa çatanda İran İslam Respublikasından çox az şey qalacaq!
Prezident DONALD J. TRAMP"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
2 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
-
9 d. əvvəl
Mərkəzi Bank yoxladı, məhkəmə cərimələdi – Valyuta mübadiləsi şirkətində pozuntu
-
49 d. əvvəl
"Bir Kredit BOKT" 2 milyon manatlıq istiqrazlarını yerləşdirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Rusiyadan idxal 1 milyard dollar azalıb – Çin liderliyini gücləndirib
-
1 saat əvvəl
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızıl xaric, Azərbaycanın qeyri-neft ixracında artım cəmi 8,3% təşkil edib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Oktyabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
Azərbaycan xaricdən ərzaq alışını artırıb – 9 ayda 187 milyon dollarlıq artaraq 2 milyard dolları keçib
Buğda idxalı 1 milyon tonu ötüb
ABB-dən "Uşaq yığım" əmanəti ®
Azərbaycanda səhiyyə sistemində böyük dəyişiklik – TƏBİB Səhiyyə Nazirliyinə verildi, nazir dəyişdi
Azərbaycana avtomobil idxalında böyük geriləmə – Hibrid və elektromobillərin gətirilməsi çöküb



























