Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®
AFB Bank neft-qaz sektorunda çalışan şəxslər üçün xüsusi kredit kampaniyasına start verib. Yeni kampaniya çərçivəsində bu sahədə çalışan müştərilər nağd pul kreditini daha sərfəli şərtlərlə və əlavə üstünlüklərlə əldə edə bilərlər.
Neft-qaz sektoru xüsusi iş rejimi, yüksək məsuliyyət və dinamik iş qrafiki ilə seçilir. AFB Bank da bu sahədə çalışan müştərilərin vaxtını və ehtiyaclarını nəzərə alaraq kredit prosesini mümkün qədər rahat və sərfəli edib.
Kampaniya çərçivəsində nağd pul krediti 12,5%-dən başlayan illik faiz dərəcəsi ilə təqdim olunur. Üstəlik, kredit faizinə 3%-dək endirim tətbiq edilir və müştərilər krediti komissiyasız rəsmiləşdirmək imkanından yararlana bilirlər.
Yəni planlar böyükdürsə, onları təxirə salmağa ehtiyac yoxdur. İstər ev üçün nəzərdə tutulan xərclər, istər səyahət, istərsə də uzun müddətdir gözləyən digər planlar olsun – AFB Bank-ın xüsusi kampaniyası əlavə maliyyə ehtiyacını daha əlverişli şərtlərlə qarşılamağa imkan yaradır.
Kampaniyanın digər üstünlüyü isə kredit prosesinin başdan-başa onlayn həyata keçirilməsidir. Müştəri kredit üçün müraciətdən rəsmiləşdirməyədək bütün prosesi banka gəlmədən tamamlaya bilər. Bu isə xüsusilə sıx iş qrafiki olan neft-qaz sektoru əməkdaşları üçün həm vaxta qənaət, həm də əlavə rahatlıq deməkdir.
AFB Bank bu kampaniya ilə bu sektoda çalışan şəxslərə sadəcə kredit deyil, onların həyat ritminə uyğun daha rahat maliyyə həlli təqdim etməyi hədəfləyir.
Neft-qaz sektorunda çalışırsınızsa, fürsəti dəyərləndirməyin əsl vaxtıdır. Daha sərfəli faiz, 3%-dək endirim, komissiyasız rəsmiləşdirmə imkanı və tam onlayn proses – hamısı AFB Bank-da.
Müraciət üçün: https://digital.afb.az/v2/about/120
AFB Bank haqqında
AFB Bank fiziki şəxslər, sahibkarlar və korporativ müştərilər üçün pərakəndə və biznes bankçılıq xidmətləri, eləcə də rəqəmsal həllər təqdim edir. Bank müştərilərinə sadə, etibarlı və əlçatan maliyyə həlləri təklif etməklə onların gündəlik ehtiyaclarına və gələcək planlarına dəstək olmağı hədəfləyir.
Ətraflı məlumat üçün: www.afb.az
Məlumat Mərkəzi: 1545
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
2 saat əvvəl
Azərbaycanda ət idxalı sürətlə artır - 9 ayda 89,4 milyon dollarlıq alış
-
-
2 saat əvvəl
Azərbaycanda 16%-lik yeni istiqrazlar satışa çıxarılacaq – Hərrac tarixi açıqlandı
-
3 saat əvvəl
Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
-
3 saat əvvəl
PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib
-
6 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
6 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
7 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi



























