970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ azərbaycanlı mütəxəssisə “Eynşteyn vizası” verib

Oruc İbrahimov ABŞ-nin xüsusi istedad vizasını əldə edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ azərbaycanlı mütəxəssisə “Eynşteyn vizası” verib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Oruc İbrahimov peşəkar uğurları və fəaliyyətinə görə ABŞ-nin xüsusi istedada malik şəxslər üçün nəzərdə tutulan “EB1 - Extraordinary Ability” (ictimaiyyət arasında “Eynşteyn vizası”) vizasını əldə edib.

Oruc İbrahimovun Marja-ya verdiyi məlumata görə, bu, Amerika Birləşmiş Ştatları-da ən üst kateqoriya viza hesab olunur və öz sahəsində ən yüksək peşəkarlıq və beynəlxalq tanınma qazanmış mütəxəssislərə ABŞ-də daimi yaşamaq və fəaliyyət göstərmək hüququ verir.

Karyerası ərzində Azərbaycanda bir sıra özəl şirkətlərdə müşavir və departament rəhbəri kimi çalışan, eləcə də yerli və xarici şirkətlərə konsultasiya xidmətləri göstərən O.İbrahimov fəaliyyətini ABŞ-də davam etdirir.

O, hazırda müharibədən zərər çəkmiş insanlara dəstək göstərmək və onların ehtiyaclarını qarşılamaq məqsədilə sosial yönümlü rəqəmsal platforma (startup) üzərində işləyir.

Qeyd edək ki, Oruc İbrahimov Birinci Qarabağ müharibəsində Daşaltı əməliyyatı zamanı qəhrəmancasına şəhid olmuş Cavanşir İbrahimovun oğludur. O, fəaliyyəti ilə həm ölkəsini xaricdə təmsil etməyi, həm də sosial layihəsi vasitəsilə müharibədən əziyyət çəkən şəxslərə fayda verməyi hədəfləyir.

 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Oruc İbrahimov EB1 EB1 Extraordinary Ability Eynşteyn vizası ABŞ vizası xüsusi istedad vizası Extraordinary Ability Azərbaycanlı mütəxəssis ABŞ-də azərbaycanlı startup sosial startup rəqəmsal platforma ABŞ-də daimi yaşayış peşəkar uğur beynəlxalq tanınma Cavanşir İbrahimov Daşaltı əməliyyatı Birinci Qarabağ müharibəsi sosial layihə müharibədən zərər çəkənlər
23.09.2026 10:15
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19