Çin Azərbaycandan daha çox aqrar məhsullar almaq istəyir – Yeni razılaşma
Azərbaycan və Çin aqrar sahədə böyük əməkdaşlığa hazırlaşır – Memorandum imzalandı. Azərbaycandan Çinə kənd təsərrüfatı məhsullarının ixracı 2 dəfə artıb. Çin Azərbaycandan kənd təsərrüfatı və qida məhsullarının idxalını artırmaq istəyir: Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu, Çinin Azərbaycanla kənd təsərrüfatı və emal olunmuş məhsullar üzrə ticarət dövriyyəsini artırmaq istədiyini, Azərbaycandan Çinə məhsul ixracının çoxalmasını təmin etmək məqsədilə Azərbaycan şirkətlərinin Çində keçirilən sərgi və yarmarkalarda daha fəal iştirakının əhəmiyyətli olduğunu vurğulayıb.Pekində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Çində səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb.
Sənəddə birgə investisiya layihələrinin həyata keçirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə və texnologiyaların transferi, biznes subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də ixrac imkanları barədə məlumat mübadiləsi yolu ilə ticarət əlaqələrinin genişləndirilməsi öz əksini tapıb. Bununla yanaşı, Memorandum kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatı məhsullarının sığortalanması sahəsində təcrübə mübadiləsi, birgə tədqiqatların aparılması və potensialın artırılması istiqamətlərində əməkdaşlığı əhatə edir. Sənəddə nəzərdə tutulan tədbirlərin səmərəli icrasını təmin etmək məqsədilə Fəaliyyət Planının hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi üçün Birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulur.
İmzalanmadan əvvəl keçirilən görüşdə nazirlər Azərbaycan Prezidenti İlham Əliyevin və ÇXR Sədri Si Cinpinin siyasi iradəsi və rəhbərliyi ilə iki ölkə münasibətlərinin dinamik inkişaf etdiyini qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri zamanı aparılan danışıqlar nəticəsində qəbul olunan qərarlar, imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Çin münasibətlərində daha bir yeni tarixi səhifə açıb. İki ölkənin qurumları dövlət başçılarının ikitərəfli münasibətlərin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq müvafiq işlər görür. Bu konteksdə kənd təsərrüfatı sahəsində əməkdşalığın irəli aparılmasının hər iki ölkə üçün faydalı olacağına əminlik ifadə edilib.
Azərbaycan ilə Çinin dost və tərəfdaş dövlətlər olduğunu bildirən Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu iki ölkənin kənd təsərrüfatının müxtəlif istiqamətləri, o cümlədən, pambıqçılıq, üzümçülük, şərabçılıq, müasir texnologiyalar və elmi-tədqiqatlar üzrə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb. O, Çinin Azərbaycanla kənd təsərrüfatı və emal olunmuş məhsullar üzrə ticarət dövriyyəsini artırmaq istədiyini, Azərbaycandan Çinə məhsul ixracının çoxalmasını təmin etmək məqsədilə Azərbaycan şirkətlərinin Çində keçirilən sərgi və yarmarkalarda daha fəal iştirakının əhəmiyyətli olduğunu vurğulayıb.
Çinli nazir iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanmasının müvafiq sahədə əməkdaşlığın dərinləşməsini təmin edəcəyinə əminliyini ifadə edib.
Azərbaycanda kənd təsərrüfatı sektorunda görülən işlər və əldə olunan uğurlar barədə məlumat verən nazir Məcnun Məmmədov ölkəmizdə aqrar sahənin müasir çağırışlara uyğun inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini deyib. Əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi prioritetlər kimi müəyyənləşdirilib
Nazir Məcnun Məmmədov iki ölkə arasında kənd təsərrüfatı və emal olunmuş qida məhsulları üzrə ticarət əlaqələrinə toxunub, cari ilin 7 ayında ticarət dövriyyəsinin 37,9 milyon ABŞ dolları təşkil etdiyini, Çindən idxalın 25,5 faiz artdığını, Azərbaycandan bu ölkəyə ixracın isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 102,4 faiz çoxaldığını deyib. O, Azərbaycanın artan istehsal potensialını nəzərə alaraq, bu sektorda ticarət əlaqələrinin daha da inkişafı və şaxələndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi ilə yanaşı, ticarət dövriyyəsinin artırılması imkanlarını birgə araşdırmaq məqsədilə mütəxəssislər arasında daha sıx əməkdaşlığın təşviq edildiyini deyib.
Çin ilə Azərbaycan arasında baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikasının təchizatı və digər sahələrdə əməkdaşlığın artıq səmərəli nəticələr verdiyini bildirən nazir Məcnun Məmmədov Çin şirkətlərini Azərbaycandakı əlverişli və etibarlı investisiya mühitindən yararlanmağa, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla kənd təsərrüfatı sektorundakı investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib. O, həmçinin ölkəmizdə hər il keçirilən “Caspian Agro” sərgisində Çindən daha çox şirkətin iştirakının müvafiq sahədə əməkdaşlığa müsbət təsir edəcəyini deyib.
Nazir Məcnun Məmmədov Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə kənd təsərrüfatı və qida məhsulları üzrə ticarətin şaxələndirilməsini, ağıllı kənd təsərrüfatı, aqrotexnologiyalar, dron texnologiyaları və süni intellektin aqrar sahədə tətbiqi üzrə əməkdaşlığın gücləndirilməsini, eləcə də kənd təsərrüfatı mütəxəssisləri üçün texniki təlimlərin və təcrübə mübadiləsinin genişləndirilməsini təklif edib.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasına, Pekin Kənd Təsərrüfatı və Meşəçilik Elmləri Akademiyasına baş çəkib, onların tədqiqatları, əldə etdiyi uğurlu nəticələr barədə məlumatlandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
2 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
21 d. əvvəl
AFB bank mikrokedit sahəsi üzrə kütləvi vakansiya elan edir!
-
27 d. əvvəl
Dövlət Gömrük Komitəsi “AVTOMATİKAAZ” şirkətinə 2,4 milyon manatlıq sifariş verdi
-
40 d. əvvəl
Azərbaycan Asiya-Sakit okean regionunun nüfuzlu pərakəndə ticarət federasiyasına üzv qəbul edilib
-
53 d. əvvəl
Çin Azərbaycandan daha çox aqrar məhsullar almaq istəyir – Yeni razılaşma
- 56 d. əvvəl
-
1 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Xəzər rayonunun bir sıra vəzifəli şəxsləri cəzalandırılıb
Azərbaycanda orta maaş bir ildə 79 manat artıb
Dövlət qurumu inzibati binasını 7,15 milyon manata təmir etdirir
Xınalıqda tarixi evlərin bərpası “QARA QAYA” şirkətinə həvalə edilib - 628 min manatlıq müqavilə
Rəsmi məzənnələr açıqlandı




























