Nisyə satışla məşğul olan şirkətlərə verilən kreditlərlə bağlı yeni tələb
Mərkəzi Bank kreditlərin verilməsi qaydalarını sərtləşdirdi – Zaminlərə və borcalanların gəlirlərinə yeni tələblər. Mərkəzi Bank kredit risklərinə nəzarəti gücləndirir – Üç qaydada dəyişiklik. Kreditə zamin duranlarla bağlı yeni qərar – 70 faiz həddi müəyyən edildiAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası"nda, "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda"da və 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, banklarda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilmiş kredit üzrə həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka təqdim etdiyi məlumatlarla kredit bürolarına təqdim etdiyi müvafiq məlumatların bank tərəfindən müqayisəsi nəticəsində hər hansı göstərici üzrə uyğunluğun 90 %-dən az olduğu müəyyən edildikdə həmin aktiv qeyri-qənaətbəxş hesab olunacaq.
Bundan başqa, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə, zaminin BGN əmsalı (Borcun Gəlirə Nisbəti) 70 %-dən artıq olmamalıdır.
Həmçinin, borcalanın gəlirləri müvafiq sənədlərlə (əməkhaqqı barədə iş yerindən arayış, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə sahəsində idarəetməni həyata keçirən qurum tərəfindən borcalana pensiya və müavinətlərin ödənilməsi haqqında arayış, borcalanın mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank arayışı və ya gəlirlərini təsdiq edən digər sənədlər) və ya dövlət informasiya ehtiyat və sistemlərindən əldə olunan məlumatlar əsasında müəyyən edilə bildiyi hallarda həmin borcalan üzrə davranış modeli əsasında proqnozlaşdırılmış gəlirin istifadəsinə yol verilmir. Bu tələb həmin bəndin qüvvəyə mindiyi tarixdən sonra yaranmış kredit tələblərinə şamil edilir.
Qərar 1 aydan sonra qüvvəyə minəcək.
BGN əmsalı — Borcun Gəlirə Nisbəti (beynəlxalq təcrübədə DTI və ya DSTI) deməkdir. Şəxsin aylıq xalis gəlirinin nə qədər hissəsinin mövcud və ya yeni kredit öhdəliklərinin ödənilməsinə sərf olunduğunu göstərən vacib maliyyə göstəricisidir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
11 saat sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
2 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
2 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























