Tramp Zelenskini sərt tənqid etdi: “O, müharibəni bitirmək istəmir və yəqin ki, heç vaxt istəməyib”
Trampdan Zelenskiyə ağır ittihamlar – “O, müharibəni bitirmək istəmir!”, “İki il əvvəl daha yaxşı razılaşma əldə edə bilərdi”. ABŞ ilə Ukrayna arasında gərginlik artırABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında böyük irəliləyiş əldə edildiyini bəyan edib. O, eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına hücum etməklə dünya dizel yanacağı bazarına ciddi zərər vurmaqda və müharibəni başa çatdırmaq istəməməkdə ittiham edib.
Marja.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti bildirib ki, Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılması üçün danışıqları davam etdirir və Moskvanı danışıqlar masasından uzaqlaşdıra biləcək addımlardan çəkinir.
Trampın sözlərinə görə, sülh danışıqlarında, o cümlədən girovlarla bağlı müzakirələrdə mühüm irəliləyiş əldə olunub. O, sülh sənədini istədiyi vaxt imzalaya biləcəyini iddia edib.
ABŞ Prezidenti Rusiyanın İrana kömək etmək üçün çox az iş gördüyünü, hətta heç bir dəstək vermədiyini bildirib.
Tramp qeyd edib ki, mövcud vəziyyətin dəyişməsini istəmir və danışıqlara müdaxilənin qarşısını almağa çalışır.
“Zelenski bu müharibəni bitirmək istəmir”
Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edərək bildirib ki, Kiyevin Rusiyadakı neft emalı müəssisələrinə hücumları qlobal dizel yanacağı bazarına, o cümlədən ABŞ iqtisadiyyatına ciddi zərər vurur.
Onun sözlərinə görə, bu hücumlar nəticəsində xüsusilə fermerlər və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr böyük itkilərlə üzləşirlər.
Tramp Rusiyanın buna baxmayaraq, dünya bazarına nisbətən aşağı qiymətlə milyonlarla barel dizel yanacağı göndərməyə davam etdiyini vurğulayıb.
“Zelenski buna əhəmiyyət vermir. Açığı, Avropanın və fırıldaqçı Co Baydenin keçmişdə ona verdiyi bütün pullara baxmayaraq, o, bu müharibəni bitirmək istəmir və yəqin ki, heç vaxt istəməyib. İki il əvvəl indikindən daha yaxşı razılaşma əldə edə bilərdi”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti iddia edib ki, Ukrayna ağır vəziyyətdədir, ölkə ərazisinin əhəmiyyətli hissəsini itirib və müharibə nəticəsində çoxsaylı insan tələfatı ilə üzləşib.
Tramp Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə başa çatmasını istədiyini təkrarlayıb.
ABŞ ilə Ukrayna arasında dizel yanacağına görə fikir ayrılığı dərinləşir
Trampın açıqlaması Vaşinqtonla Kiyev arasında enerji siyasəti və Rusiyaya qarşı sanksiyalarla bağlı fikir ayrılıqlarının gücləndiyi dövrə təsadüf edir.
ABŞ Prezidenti oktyabrın 9-da Rusiya ilə dizel yanacağı tədarükünə dair razılaşma əldə olunduğunu açıqlayıb. Razılaşma çərçivəsində Rusiya mənşəli 300 min tondan çox dizel yanacağının ABŞ və dünya bazarlarına çıxarılması nəzərdə tutulur.
Ukrayna rəhbərliyi isə bu qərarın Rusiyanın enerji gəlirlərini artıraraq müharibəni maliyyələşdirmək imkanlarını genişləndirəcəyini bildirir.
Zelenski Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını dayandıracağı təqdirdə Kiyevin də Rusiya neft emalı müəssisələrinə zərbələri dayandırmağa hazır olduğunu açıqlayıb.
Ukrayna Prezidenti bildirib ki, ölkəsi sülhə və atəşkəsə hazırdır, lakin enerji obyektlərinə hücumların dayandırılması qarşılıqlı xarakter daşımalıdır.
Trampın sülh danışıqlarındakı irəliləyiş barədə bəyanatına baxmayaraq, Rusiya və Ukrayna arasında enerji obyektlərinə hücumlar davam edir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 19 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
21 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
22 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
22 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
22 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
22 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi






















