PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Bakı Fond Birjasında (BFB) ticarət olunan “PAŞA Bank” ASC-nin səhmlərinin qiymətində oktyabr ayında yüksəliş müşahidə olunub.
Marja.az xəbər verir ki, 20 oktyabr 2026-cı il tarixinə olan açıq bazar məlumatına əsasən, bankın bir səhminin ortaçəkili qiyməti (istinad qiyməti) 54,92 manat təşkil edib. “PAŞA Bank” ASC-nin səhmləri orta istinad qiyməti (İQ) Oktyabr ayının ötən dövrü ərzində təxminən 5 faiz bahalaşıb. Oktyabrın 1-də orta istinadən qiyməti 52,33 manat təşkil etmişdi.
Qeyd edək ki, PAŞA Bank səhmlərinin iyun ayında keçirilmiş ilkin kütləvi təklif (IPO) zamanı yerləşdirmə qiyməti 55 manat olub. Səhmlərin istinad qiyməti İyulun 7-də isə bu göstərici 55,65 manata yüksəlmişdi, 28 sentyabrda 52,28 manatadək düşmüşdü.
Dünən “PAŞA Bank” səhmlərinin alış qiyməti 54,10 manat, satış 55 manat təşkil edib.
PAŞA Bank səhmləri 19 oktyabr 2026-cı il tarixi ilə müqayisədə 20 oktyabr 2026-cı il tarixində təxminən 0.79 faiz bahalaşıb.
Son məlumatlar qiymət göstəricisi bankın səhmlərinin ilkin yerləşdirmə qiymətinə yaxınlaşdığını göstərir.
Dividend ödənişi investorların diqqət mərkəzindədir
PAŞA Bank-ın səhmləri üzrə ticarətə təsir göstərə biləcək mühüm amillərdən biri bankın növbəti dividend ödənişidir. Bank 2025-ci ilin maliyyə nəticələri üzrə dividend ödənişinin ikinci mərhələsini elan edib. Hər səhmə təxminən 2,86 manat dividend düşür. Ödənişin 30 oktyabr 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulur. 54,57 manatlıq istinad qiyməti əsasında hesablandıqda, bir səhmə düşən 2,86 manat dividend təxminən 5,24 faizlik dividend gəlirliliyinə bərabərdir.
Lakin bu göstərici səhmin gələcək ümumi investisiya gəlirliliyi demək deyil. Dividend ödənişindən sonra səhmin bazar qiyməti dəyişə bilər. Həmçinin investorun faktiki gəlirliliyi səhmi hansı qiymətə əldə etməsindən, sonradan hansı qiymətə satmasından və əməliyyat xərclərindən asılıdır.
PAŞA Bank-ın IPO-suna 66 milyon manatdan çox sifariş verilmişdi
Xatırladaq ki, PAŞA Bank-ın səhmlərinin ilkin kütləvi təklifi 19 iyun 2026-cı ildə (listinq tarixi) başa çatıb. IPO çərçivəsində hər biri 55 manat olmaqla 932 min 926 ədəd adi səhm yerləşdirilib. Yerləşdirmənin ümumi məbləği 51 milyon 310 min 930 manat təşkil edib. Bankın rəsmi məlumatlarına əsasən, IPO çərçivəsində ümumilikdə 66 milyon 296 min 120 manatlıq sifariş daxil olub. Abunə yazılışında 17 min 960 investor iştirak edib. Bu isə təklif olunan səhmlərin dəyərindən təxminən 29,2 faiz artıq tələbin formalaşdığını göstərir.
PAŞA Bank səhmləri üzrə təkrar bazar ticarəti investorların bankın gələcək maliyyə nəticələri, dividend siyasəti və səhmlərin bazar qiyməti ilə bağlı gözləntilərinin formalaşması baxımından əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
13 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 6 saat sonra
- 3 saat əvvəl
-
2 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
2 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in faiz dərəcəsini dəyişməyəcəyi gözlənilir
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
























