AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
Beynəlxalq investorlar və mikromaliyyə təşkilatları Antalyada bir araya gələcək. Azərbaycan Mikromaliyyə Assosiasiyası COP31-də iqlim maliyyələşdirilməsinə dair seminar keçirəcək. İqlim maliyyəsi ucqar bölgələrə necə çatdırılacaq? – Azərbaycan COP31-də həll yolları axtaracaq. Kiçik fermerlər və aztəminatlı ailələr üçün maliyyə imkanları – COP31-də müzakirə olunacaq.Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) 11 noyabr 2026-cı il tarixində, saat 11:00–12:30-da Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Azərbaycan Pavilyonunda “İqlim dəyişikliklərinə uyğunlaşma üçün maliyyə resurslarının ən ucqar və həssas əhali qruplarına çatdırılması” mövzusunda seminar təşkil edəcək.
Seminarda beynəlxalq iqlim maliyyəsi institutlarının, inkişaf tərəfdaşlarının, investorların, mikromaliyyə təşkilatlarının və digər maraqlı tərəflərin nümayəndələri iştirak edərək, aztəminatlı ailələr, kiçik fermer təsərrüfatları və mikro sahibkarlar üçün iqlim dəyişikliklərinə uyğunlaşma məqsədli maliyyə resurslarının daha əlçatan və sərfəli olmasına yönəlmiş praktik həll yollarını müzakirə edəcəklər.
Müzakirələr qlobal iqlim maliyyəsi ilə yerli maliyyə institutları arasında əlaqələrin gücləndirilməsi, innovativ maliyyələşdirmə mexanizmləri, qarışıq maliyyələşdirmə modelləri, risklərin bölüşdürülməsi alətləri və iqlim dəyişikliklərinə uyğunlaşmanın təsirinin qiymətləndirilməsi istiqamətlərini əhatə edəcək.
Seminarın əsas məqsədi mikromaliyyə təşkilatları və digər inklüziv maliyyə xidmətləri göstərən qurumlar vasitəsilə iqlim maliyyəsinin həssas əhali qruplarına çatdırılmasını təmin edən dayanıqlı və geniş miqyasda tətbiq oluna bilən maliyyələşdirmə modellərinin müəyyən edilməsidir.
Bu təşəbbüslə AMFA maliyyə inklüzivliyinin, dayanıqlı maliyyələşdirmənin və iqlim dəyişikliklərinə qarşı davamlılığın gücləndirilməsinə sadiqliyini bir daha nümayiş etdirir, eyni zamanda beynəlxalq iqlim maliyyəsi təminatçıları ilə yerli maliyyə institutları arasında əməkdaşlığın inkişafına töhfə verməyi hədəfləyir.
AMFA bütün maraqlı tərəfləri seminarda iştirak etməyə və iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsi üzrə praktik həll yollarının müzakirəsinə qoşulmağa dəvət edir.
Tədbir haqqında məlumat:
- Tarix: 11 noyabr 2026-cı il
- Saat: 11:00–12:30 (Türkiyə vaxtı ilə)
- Məkan: Azərbaycan Pavilyonu, COP31, Antalya, Türkiyə
- Təşkilatçı: Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA)
Əlavə məlumat üçün:
Veb-sayt: https://amfa.az/
E-poçt: [email protected]
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
21 d. sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
10 d. əvvəl
Zeekr 001 yenilənir – 496 at gücü və 8 dəqiqəyə sürətli enerji doldurma imkanı
- 19 d. əvvəl
-
31 d. əvvəl
“Toyota”nın avtomobil satışları düşüb, gəlir və avtomobil satışı proqnozlarını azaldıb
-
33 d. əvvəl
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
-
39 d. əvvəl
“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub
- 48 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
Ən çox oxunanlar
Qızıl bahalaşır – 1 unsiyasının qiyməti 4130 dolları keçib
Xalq Bank ağacəkmə aksiyasında iştirak edib ®
Azərbaycan neftinin qiyməti düşüb
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI























