Türk İnvestisiya Fondu 170 milyon dollarlıq beynəlxalq kreditə qoşulub
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib. Türk İnvestisiya Fondu “Şekerbank”a 10 milyon dollar ayırıb.Türk İnvestisiya Fondu (TİF) kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələrin maliyyə vəsaitlərinə çıxışını genişləndirmək, qadın sahibkarları dəstəkləmək, dayanıqlı kənd təsərrüfatını və yaşıl investisiyaları təşviq etmək məqsədilə Niderland İnkişaf Bankının (FMO) təşkil etdiyi 170 milyon ABŞ dolları məbləğində beşillik maliyyələşdirmə çərçivəsində 10 milyon ABŞ dolları ayırmağı öhdəsinə götürüb.
Məlumata görə TİF "Şekerbank"a verilən beynəlxalq sindikatlaşdırılmış kreditə qoşularaq Fondun təsisçi üzv dövləti olan Türkiyədə ilk maliyyələşdirmə əməliyyatını həyata keçirib. Fondun öhdəliyi "Şekerbank"ın inklüziv və dayanıqlı bankçılıq fəaliyyətini dəstəkləmək üçün FMO-nun təşkil etdiyi beşillik prioritetli kredit xəttinin hissəsidir. Ümumilikdə 7 iştirakçıdan ibarət kredit sindikatı, inkişafın maliyyələşdirilməsi üzrə beynəlxalq qurumları, təsiryönümlü investorları bir araya gətirir. Sindikatda Türk İnvestisiya Fondu ilə yanaşı FMO, Fransa İnkişaf Agentliyi (AFD) qrupunun özəl sektorun maliyyələşdirilməsi üzrə qurumu olan Proparco, Avstriya İnkişaf Bankı (Oesterreichische Entwicklungsbank AG, OeEB), Finlandiyanın Sənaye Əməkdaşlığı Fondu (Finnfund), BlueOrchard Mikromaliyyə Fondu (BOMF) və "responsAbility Investments AG" iştirak edir.
"Şekerbank" 1953-cü ildə Əskişəhərdə şəkər çuğunduru kooperativlərinə üzv olan fermerlərin yığımları hesabına yaradılıb. Baş ofisi İstanbulda yerləşən, səhmləri "Borsa İstanbul"da alınıb-satılan bank 68 vilayətdə 239 filialla fəaliyyət göstərir. "Şekerbank" cəlb etdiyi vəsaitlə kənd yerlərində fəaliyyət göstərən, transsərhəd ticarət və xidmətlərlə məşğul olan mikro, kiçik və orta müəssisələrə, qadınlara məxsus və yaxud qadınların rəhbərlik etdiyi müəssisələrə, eləcə də dayanıqlı kənd təsərrüfatı və yaşıl keçid sahələrində investisiya layihələrinə kredit verəcək.
TİF-in baş direktoru Ramil Babayev bildirib: "Bu kreditlə Türkiyədə ilk maliyyələşdirmə əməliyyatımızı həyata keçiririk. "Şekerbank"la əməkdaşlıqdan məmnunuq. Bankın 73 illik bankçılıq təcrübəsi və kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələri geniş əhatə etməsi bu əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Bu əməliyyatda iştirakımız Fondun mandatının iki əsas istiqamətini bir araya gətirir. Bunlar maliyyə inklüzivliyi vasitəsilə özəl sektorun inkişafı və regional iqtisadi inteqrasiyadır. Fondun ayırdığı vəsait üzv dövlətlərimizdəki tərəfdaşlarla transsərhəd ticarət və xidmət fəaliyyəti həyata keçirən, biznesini genişləndirən və ya birgə müəssisələr yaradan "Şekerbank" müştəriləri üçün nəzərdə tutulub. Bu ortaq məqsədlərə sadiqliyinə görə "Şekerbank"a, kredit sindikatını formalaşdırdığına görə isə FMO-ya təşəkkür edirik."
TIF Türk dünyasında iqtisadi əməkdaşlığı gücləndirmək, regiondaxili ticarəti artırmaq və dayanıqlı inkişafı dəstəkləmək məqsədilə türk dövlətlərinin birgə yaratdığı ilk beynəlxalq maliyyə institutudur. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qərarı ilə yaradılan Fond mikro, kiçik və orta müəssisələrin dayanıqlı inkişafı və maliyyə inklüzivliyi, fiziki və rəqəmsal infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı, nəqliyyat və logistika, eləcə də transsərhəd ticarət kimi prioritet sahələrdə layihələri maliyyələşdirir. Fond öz mandatını həyata keçirərkən aparıcı çoxtərəfli inkişaf bankları və inkişafın maliyyələşdirilməsi üzrə qurumlarla birgə maliyyələşdirmə və birgə investisiya mexanizmlərindən fəal istifadə edir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
-
4 d. əvvəl
Kiçik sahibkarlara 25%, səhm və istiqraz gəlirlərinə 50% vergi güzəşti təklif olunur
-
12 d. əvvəl
Türk İnvestisiya Fondu 170 milyon dollarlıq beynəlxalq kreditə qoşulub
-
23 d. əvvəl
Qeyri-neft ixracı 3,6 milyard dollara yüksəlib – Hansı məhsullar daha çox ixrac olunur?
- 30 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda hər ay mindən çox yeni şirkət qeydiyyata alınır
-
1 saat əvvəl
Hökumət mədəniyyət, media və gənclər siyasətinə ayrılacaq milyonları açıqladı
-
1 saat əvvəl
Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları”nın rəhbərləri saxlanılıb
-
1 saat əvvəl
Azərbaycan kinosunun inkişafına 9 milyon manat, iki qurumun saxlanılmasına 3,1 milyon mana
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Noyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycanda hər ay mindən çox yeni şirkət qeydiyyata alınır
Ən çox oxunanlar
Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları”nın rəhbərləri saxlanılıb
Azərbaycan kinosunun inkişafına 9 milyon manat, iki qurumun saxlanılmasına 3,1 milyon mana
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
"Ermənistanın yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq, Müstəqillik Bəyannaməsinə istinad sənəddən çıxarılacaq"
Hindistanın avtomobil nəhəngi Azərbaycanda nəqliyyat vasitələri istehsal edə bilər - Danışıqlar aparılır
Qızılın qiyməti 4 min dollardan aşağı düşdü — bazar FED-in dekabrda faiz artıracağına hazırlaşır





















