Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mənzillərin və ikinci əl avtomobillərin satışında ƏDV qaydaları dəyişir

Gözəllik salonlarına nağd ödənişlər üçün 8%, nağdsız ödənişlər üçün 6% vergi təklif olunur. Ölkədaxili yükdaşıma ilə məşğul olanlara 8%-lik yeni vergi rejimi. Azərbaycanda istehsal edilən traktorlara 6 illik vergi güzəşti təklif olunur. Otellərə əcnəbi müştərilər üzrə 50%-dək mənfəət vergisi güzəşti. Sökülən binaların mülkiyyətçilərinə verilən kompensasiya sahələri ilə bağlı yeni vergi qaydası.
AzVak-mobil_resmin_ustu_31
Mənzillərin və ikinci əl avtomobillərin satışında ƏDV qaydaları dəyişir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda 2027-ci ildən ayrı-ayrı sektorların dəstəklənməsi məqsədilə kənd təsərrüfatı texnikasının istehsalı, turizm, ikinci əl avtomobil satışı, mənzillərin təkrar satışı, gözəllik xidmətləri və ölkədaxili yükdaşıma üzrə yeni vergi mexanizmlərinin tətbiqi təklif edilir.

Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış dəyişikliklər layihəsinin təqdimatında bildirilir.

İKİNCİ ƏL AVTOMOBİLLƏRİN SATIŞINDA ƏDV TİCARƏT ƏLAVƏSİNDƏN HESABLANACAQ

Təklifə əsasən, rəsmi dilerlər tərəfindən fiziki şəxslərdən nağdsız qaydada alınmış və istehsal tarixi 5 ildən çox olmayan ikinci əl avtomobillərin satışı zamanı ƏDV-nin 3 il müddətinə ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.

MƏNZİLLƏRİN TƏKRAR SATIŞINA YENİ VERGİ MEXANİZMİ

Hüquqi şəxslər, o cümlədən tikinti şirkətləri tərəfindən vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin təkrar satışı zamanı ƏDV-nin 3 il müddətinə ticarət əlavəsindən hesablanması təklif edilir.

SÖKÜLƏN BİNALARIN MÜLKİYYƏTÇİLƏRİNƏ VERİLƏN SAHƏLƏRLƏ BAĞLI GÜZƏŞT

Layihədə sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə yeni binadan verilən kompensasiya xarakterli yaşayış və qeyri-yaşayış sahələrinin vergi tutulan gəlirlərə aid edilməməsi nəzərdə tutulur. Artıq sahə verildiyi halda isə 20 faiz həddində artıq sahənin də vergi tutulan gəlirlərə aid edilməməsi təklif edilir.

Eyni zamanda, çəkilmiş məsrəflərin gəlirdən çıxılması, habelə bu dövriyyələrin ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

GÖZƏLLİK XİDMƏTLƏRİ ÜZRƏ YENİ VERGİ DƏRƏCƏLƏRİ

Gözəllik xidmətləri sektorunda 5 il müddətinə nağd dövriyyə üzrə 8 faiz, nağdsız dövriyyə üzrə isə 6 faiz sadələşdirilmiş vergi dərəcəsinin tətbiqi hüququnun verilməsi təklif edilir. Bundan əlavə, ƏDV ödəyiciləri üçün POS-terminal vasitəsilə formalaşan nağdsız dövriyyənin 50 faizinin ƏDV tutulan dövriyyədən çıxılması nəzərdə tutulur.

YÜKDAŞIMA SAHƏSİNDƏ 8 FAİZ SADƏLƏŞDİRİLMİŞ VERGİ

Ölkədaxili yükdaşıma ilə məşğul olan şəxslərə 5 il müddətinə gəlir (mənfəət) vergisi ilə yanaşı dövriyyədən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəmək hüququnun verilməsi təklif olunur.

OTELLƏRƏ ƏCNƏBİ MÜŞTƏRİLƏR ÜZRƏ VERGİ GÜZƏŞTİ

Otellərin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərdiyi xidmətlər üzrə dövriyyəsinin ümumi dövriyyədəki payına mütənasib olan mənfəətinin 2027-ci il yanvarın 1-dən 5 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur. Bu güzəştin yuxarı həddi 50 faiz müəyyən edilib.

YERLİ İSTEHSAL TRAKTORLARA 6 İLLİK VERGİ GÜZƏŞTİ

2027-ci il yanvarın 1-dən 6 il müddətinə ölkədə istehsal olunan kənd təsərrüfatı təyinatlı traktorların satışının ƏDV-dən azad edilməsi təklif edilir. İstehsal məqsədilə həmin traktorların ehtiyat hissələrinin idxalının isə ƏDV-dən və gömrük rüsumundan azad olunması nəzərdə tutulur.

Dövlət Vergi Xidmətinin təqdimatında bu dəyişikliklərdən gözlənilən nəticələr kimi yerli istehsalın təşviqi, yükdaşımada sadə uçot, turizm ixracının artımı, ikinci əl avtomobil və mənzil bazarında şəffaflıq, nağdsız ödənişlərin genişlənməsi göstərilir.

mənzillərin təkrar satışı mənzil satışında ƏDV ikinci əl avtomobil ƏDV avtomobil dilerləri tikinti şirkətləri söküntü kompensasiyası gözəllik salonlarının vergisi gözəllik xidmətləri 6 faiz sadələşdirilmiş vergi 8 faiz sadələşdirilmiş vergi ölkədaxili yükdaşıma otellərə vergi güzəşti traktor istehsalı kənd təsərrüfatı texnikası 2027-ci il vergi dəyişiklikləri
12.11.2026 13:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19