Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Lotereya və idman mərc oyunlarının vergiyə cəlb edilməsi qaydaları dəyişə bilər

Mərc oyunları və lotereya operatorlarına yeni vergi rejimi seçmək hüququ veriləcək. Azərbaycanda vergi borclarına möhlət verilməsi qaydaları sadələşdirilə bilər. Vergi bəyannamələrinin avtomatik təsdiqi üçün yeni mexanizm hazırlanır. Vergi orqanlarına ƏDV depozit hesablarını monitorinq etmək səlahiyyəti verilə bilər. Lotereya və mərc oyunlarında 6%-lik mövcud rejimə alternativ təklif olunur. Vergi inzibatçılığında yeni qaydalar – Bəyannamə, borc və ƏDV depozit hesabları
AzVak-mobil_resmin_ustu_31
Lotereya və idman mərc oyunlarının vergiyə cəlb edilməsi qaydaları dəyişə bilər
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda lotereya və idman mərc oyunları operatorlarına ümumi oyun gəliri (GGR – gross gaming revenue) modeli üzrə vergitutma rejimini seçmək hüququnun verilməsi təklif olunur.

Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış dəyişikliklər layihəsinin təqdimatında bildirilir.

MƏRC VƏ LOTEREYA OPERATORLARINA YENİ VERGİ REJİMİ

Təqdimata əsasən, lotereya və idman mərc oyunlarında GGR modeli üzrə vergi rejiminin tətbiqi nəzərdə tutulur. Operatorlar üçün dövriyyədən 6 faiz vergi rejimi saxlanılmaqla, onlara ümumi oyun gəlirindən vergitutma modelini seçmək hüququ veriləcək. Yeni modelə əsasən, vergi bazası toplanan məbləğdən ödənilmiş uduşlar çıxıldıqdan sonra qalan gəlir əsasında müəyyən ediləcək.

Təqdimatda GGR modeli üzrə hesablama aşağıdakı kimi göstərilir:

Toplanan məbləğ – Ödənilmiş uduşlar = GGR – vergi bazası.

Beləliklə, lotereya və idman mərc oyunları operatorlarına mövcud dövriyyədən 6 faiz vergi rejimi ilə yanaşı, GGR modelini seçmək hüququnun verilməsi nəzərdə tutulur.

VERGİ BƏYANNAMƏLƏRİNİN AVTOMATİK TƏSDİQİ

Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində əvvəlcədən doldurulmuş bəyannamələrin avtomatik təsdiqi prosesinin hüquqi mexanizmlərinin müəyyən edilməsi təklif olunur.

Təqdimatda bu istiqamət “Pre-filling” mexanizmi kimi göstərilib.

VERGİ BORCLARINA MÖHLƏT VERİLMƏSİ SADƏLƏŞDİRİLİR

Layihədə vergi borclarına möhlət verilməsi hüququnun avtomatlaşdırılması və tətbiq şərtlərinin sadələşdirilməsi nəzərdə tutulur. Bu çərçivədə əlavə sənədlərin təqdim edilməsinə dair tələbin aradan qaldırılması təklif edilir.

ƏDV DEPOZİT HESABLARI ÜZRƏ NƏZARƏT

Vergi inzibatçılığı sahəsində nəzərdə tutulan digər dəyişiklik vergi orqanına ƏDV depozit hesabı üzrə aparılan əməliyyatları monitorinq etmək səlahiyyətinin verilməsidir.

Dövlət Vergi Xidmətinin təqdimatında bu dəyişikliklərdən gözlənilən nəticələr kimi borcların könüllü ödənilməsi, hesabatlılığın təkmilləşdirilməsi və mərc bazarında şəffaf vergitutma göstərilir.

lotereya vergisi idman mərc oyunları mərc oyunlarının vergiyə cəlb edilməsi GGR modeli gross gaming revenue 6 faiz vergi lotereya operatorları mərc operatorları vergi bəyannaməsi Pre-filling avtomatik bəyannamə təsdiqi vergi borclarına möhlət ƏDV depozit hesabı vergi inzibatçılığı Dövlət Vergi Xidməti 2027-ci il vergi dəyişiklikləri
12.11.2026 13:33
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19