970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Caspian Geo” Xəzərdə yeni neft-qaz kəşfiyyatı layihəsinə başlayıb

Xəzər dənizində yeni seysmik kəşfiyyat işlərinə start verilib – “Qoşadaş” strukturu araşdırılır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Caspian Geo” Xəzərdə yeni neft-qaz kəşfiyyatı layihəsinə başlayıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Caspian Geo" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qoşadaş" perspektiv strukturunda 3D OBN ("Ocean Bottom Node", Dəniz Dibi Nodlar) metodundan istifadə etməklə seysmik kəşfiyyat işlərinə başlayıb.

Bu barədə "SOCAR Exploration" şirkətinin idarəedici direktoru Kamran Zahid öz sosial şəbəkə hesablarında paylaşım edib.

Reklam_3_11

Qeyd olunan işlərin sifarişçisi "SOCAR Exploration" şirkətidir.

K.Zahidin sözlərinə görə, bu, xaricdə uğurla başa çatdırılmış iki çəkilişdən sonra, son 12 ay ərzində şirkətin rəhbərliyi altında həyata keçirilən üçüncü seysmik kəşfiyyat layihəsidir.

"İşlərin aparılması prosesində əldə edilən yeni məlumatlar perspektiv obyektlərin kompleks qiymətləndirilməsini həyata keçirməyə imkan verəcək və gələcək axtarış-kəşfiyyat quyularının planlaşdırılması üçün baza olacaq", - o qeyd edib.

Xatırladaq ki, "Qoşadaş" perspektiv strukturu Abşeron arxipelaqından şimal-qərbdə, Xəzər dənizində Azərbaycanın kontinental şelfində, sahildən təxminən 15 km məsafədə yerləşir. Bu zonada dənizin dərinliyi 10 metrdən 50 metrə qədər dəyişir. Məlumdur ki, 1957-1977-ci illər ərzində bu ərazidə artıq seysmik tədqiqatlar həyata keçirilib.

"SOCAR Exploration" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxili və beynəlxalq geoloji kəşfiyyatın aparılması, karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi və kommersiya fəaliyyəti üçün cavabdeh olan bölməsidir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

12.11.2026 13:36
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19