Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın ixrac missiyası Əfqanıstanda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ixrac missiyası Əfqanıstanda

Azərbaycanın ixrac missiyası Əfqanıstanın Kabul şəhərindədir. Missiyaya ölkəmizdə meyvə şirələri, ət və ət məhsulları, təbii mineral sular, un və un məmulatları, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 9 şirkətin nümayəndəsi daxildir.

 

 Səfərin ilk günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Əfqanıstan Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan və əfqan şirkətləri arasında görüş keçirilib. Tədbirdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev iştirakçılara Azərbaycan iqtisadiyyatı, qeyri-neft sektorunun inkişafı, ixracın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, rəqabətqabiliyyətli Azərbaycan məhsulları barədə məlumat verib. Görüş çərçivəsində AZPROMO ilə Əfqanıstan Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Sonra Azərbaycan və Əfqanıstan şirkətləri arasında ikitərəfli görüşlər keçirilib. 60-dan çox əfqan şirkətinin iştirak etdiyi ikitərəfli görüşlərdə Azərbaycan və Əfqanıstan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Əfqanıstana ixrac imkanlarına dair müzakirələr aparılıb, şirkətlərimiz istehsal etdikləri keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriblər.

 

Qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş ixrac missiyasının Əfqanıstana səfəri fevralın 8-dək davam edəcək. 9-11 fevral tarixlərində isə Azərbaycanın ixrac missiyası Pakistana səfər edəcəkdir.

06.02.2017 15:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ