Facebook-un reklam gəlirləri 31%, istifadəçilərinin sayı 11% artıb
Facebook-un bu ilin ikinci rübündə xalis mənfəəti, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 31 faiz artım göstərib.
Dünyanın ən böyük sosial media saytı Facebook, Nyu-York Birjasının bağlanmasının ardından, bu ilin ikinci rübünə dair balansını açıqlayıb.
"Marja" xəbər verir ki, Facebook-dan verilən açıqlamada, xalis mənfəətin bu ilin ikinci rübündə 5,11 milyard dollara çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz artım olduğu bildirilib. Şirkət, 2017-nin aprel-iyun dövründə 3,89 milyard dollar xalis gəlir əldə etmişdi.
Şirkətin bir səhmə düşən mənfəəti də ötən ilin ikinci rübündəki 1,32 dollardan bu ilin eyni dövründə 1,74 dollara yüksəlib.
Ötən ilin ikinci rübündə 9,32 milyard dollar gəlir əldə edən Facebook-un bu ilin eyni dövründə mədaxilinin 41,9 faiz artaraq 13,23 milyard dollara çatdığı məlumatı verilib. Şirkətin reklam gəlirlərinin 42,4 faiz artaraq 13,04 milyard dollara çatdığı qeyd edilib.
AKTİV İSTİFADƏÇİLƏRİNİN SAYI ARTIB
Facebookun gündəlik və aylıq aktiv istifadəçilərinin sayında da bu ilin aprel-iyun dövründə artım görülüb.
Açıqlamada, 2018-ci ilin İyun ayına olan məlumata görə, Facebook-un gündəlik aktiv istifadəçilərinin sayının 1,47 milyard olduğu, bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artım göstərdiyi bildirilib.
Bundan başqa, Facebookun aylıq aktiv istifadəçilərinin sayının 2,23 milyarda çatdığı və bu rəqəmin də 11% artdığı məlumatına yer verilib.
Digər tərəfdən, Facebook-un gəlirlərinin və istifadəçilərinin sayının bazar gözləntilərindən aşağı olması ilə əlaqədar olaraq şirkətin səhmləri ucuzlaşıb.
Nyu-York birjasının bağlanmasının ardından aparılmış məhdud əməliyyatlarda Facebookun səhminin dəyəri 8,9 faiz azalma ilə 198,13 dollara qədər geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
53 d. sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
7 d. əvvəl
“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub
- 16 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR ABŞ-nin qaz yataqlarında pay sahibi oldu – 1,65 milyard dollarlıq müqavilə
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qızıl bahalaşır – 1 unsiyasının qiyməti 4130 dolları keçib
Azərbaycan neftinin qiyməti düşüb
Ən çox oxunanlar
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
Rəsmi məzənnələr açıqlandı
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
İldə 4 ton şərab istehsal edən ailə təsərrüfatına dəstək göstərilib - “Mistika”nın istehsalı genişləndiriləcək


























