Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Banklar barədə planlar məlum oldu - Təfərrüatlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklar barədə planlar məlum oldu - Təfərrüatlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb.

 

"Marja" xəbər verir ki, Yol Xəritəsində Azərbaycanın maliyyə sektorunun inkişafı üzrə strateji baxışlar öz əksini tapıb.

 

2020-ci ilədək strateji baxış

 

2020-ci ilədək Azərbaycanın maliyyə sektorunun inkişafı üzrə strateji baxış daxili və xarici şoklara qarşı dayanıqlı, risk idarəetməsi proseslərinə dərindən fokuslanmış, effektiv tənzimləmə və güclü infrastruktur elementləri ilə əhatə olunmuş, inkişaf potensiallı maliyyə sistemi formalaşdırmaqdır.

 

Strateji baxışın şərhi

 

Ötən dövr ərzində maliyyə sistemi üzrə ilkin quruculuq işlərinin başa çatması, sistemin inkişafı istiqamətində aparılmış islahatlar, yaranmış kadr potensialı maliyyə sisteminin yeni inkişaf mərhələsinə keçidinə zəmin yaratmışdır. 2020-ci ilədək olan dövrdə maliyyə institutları, xüsusən də banklar sağlamlaşdırılacaq, maliyyə institutlarının likvidlik və kapitallaşma problemləri həll ediləcək, qeyri-işlək aktivlərin restrukturizasiyası üzrə tədbirlər həyata keçiriləcəkdir. Emitentlərin və investorların qiymətli kağızlar bazarında iştirakı üçün zəruri şərait yaradılacaq, infrastruktur genişləndiriləcək və təşviqedici tədbirlər müəyyənləşdiriləcəkdir. Maliyyə institutlarının effektiv fəaliyyəti üçün kredit büroları kimi yeni infrastruktur elementləri yaradılacaq, hüquqi çərçivə təkmilləşdiriləcəkdir. Maliyyə sistemi daha mütərəqqi risklərin idarə edilməsi proseslərinə istiqamətləndiriləcək, maliyyə xidmətlərində və hesabatlılıqda şəffaflıq artırılacaq, müştəriyönümlü xidmətlər və rəqəmsallaşmanı dəstəkləyən nəzarət mexanizmi formalaşdırılacaqdır. Eyni zamanda, maliyyə xidmətləri sahəsində təhsil səviyyəsi, istehlakçıların maliyyə savadlılığı və hüquqlarının qorunması mexanizmi təkmilləşdiriləcəkdir.

 

2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış

 

Maliyyə xidmətləri üzrə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış səmərəli tənzimləmə və qanunvericilik çərçivəsi ilə dəstəklənən, bütün müştəri qruplarını genişçeşidli maliyyə xidmətləri ilə təmin edən dayanıqlı, sağlam və tarazlaşmış maliyyə sistemi formalaşdırmaqdır.

 

Uzunmüddətli baxışın şərhi

 

2016-2020-ci illərdə likvidlik və kapitallaşma problemlərinin həll edilməsi, hüquqi və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi 2025-ci ilədək olan dövrdə maliyyə sisteminin inkişafı üzrə yeni hədəfləri müəyyənləşdirməyə şərait yaradacaqdır. Bu dövrdə sağlam banklara, tam funksional maliyyə bazarlarına, Bazel III standartlarına uyğunlaşdırılmış risk idarəetməsinə, daha səmərəli və rəqəmsallaşdırılmış proseslərə və yüksəkkeyfiyyətli işçi heyətə malik olan maliyyə sisteminin qurulması nəzərdə tutulur. 2025-ci ilədək maliyyə xidmətləri sektoru güclü və diversifikasiya olunmuş maliyyə institutlarından təşkil olunacaq, davamlı artım və mənfəətlilik nümayiş etdirəcəkdir. Eyni zamanda, bank sektorunda konsolidasiya prosesinin sürətlənməsi, bankların maliyyə nəticələri arasında fərqlərin azalması müşahidə ediləcəkdir. Nəticədə banklar böyüyəcək, xidmət portfeli diversifikasiya olunacaq və bank olmayan yeni maliyyə institutları yaranacaqdır. Bank olmayan yeni maliyyə institutlarının təqdim edəcəyi əlavə kredit məhsulları istehlak kreditlərinə alternativ çıxış imkanları yaradacaq və sektorda rəqabəti gücləndirəcəkdir. Korporativ müştərilər üçün də yeni kredit növləri təklif ediləcəkdir.  2025-ci ilədək Azərbaycanda səhm və istiqraz bazarları artıq səmərəli fəaliyyət mərhələsinə çatacaqdır. Ölkədə fəaliyyət göstərən iri şirkətlərin əhəmiyyətli hissəsi listinqə daxil olacaq, yerli və xarici investorlar bu şirkətlərin emissiya etdiyi qiymətli kağızların böyük hissəsi ilə aktiv ticarət əməliyyatları aparacaqdır. Şəffaflığın artması və texniki infrastrukturun təkmilləşməsi nəticəsində əməliyyatların aparılması asanlaşacaqdır. Şəffaf mühit investorlara riskləri və gözlənilən gəlirləri daha yaxşı qiymətləndirmək və əsaslandırılmış qərarlar vermək imkanı yaradacaqdır. Bu da səhm və istiqraz bazarlarında müxtəlifprofilli yerli və xarici investorların ticarət aparması ilə nəticələnəcəkdir. Eyni zamanda, kredit bürosu infrastrukturun təkmilləşdirilməsini və maliyyə institutlarının kredit məlumatları sisteminə daha sıx inteqrasiyasını təmin etmək məqsədilə informasiya texnologiyaları sahəsində yeniliklərdən istifadə edəcəkdir. Bu da kredit təşkilatlarının sorğularının daha çevik və az xərclə cavablandırılmasına imkan yaradacaqdır. 2025-ci ilədək bank sektoru Bazel III standartlarının tələblərinə tam uyğunlaşacaqdır. Kredit risklərini qiymətləndirmə mexanizmlərinin, skorinq modellərinin, korporativ idarəetmə strukturunun və risklərin idarə edilməsi proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması maliyyə institutlarında risklərin idarə edilməsi bacarıqlarını artıracaqdır. Bazel III standartlarına uyğunlaşma və yüksəkkeyfiyyətli məlumatlar təklif edən kredit bürosunun mövcud olması maliyyə institutlarına qeyri-işlək və gecikdirilmiş kreditlər üzrə potensial itkiləri qabaqcadan qiymətləndirməyə, anderraytinq və monitorinq sistemlərini təkmilləşdirməyə imkan verəcəkdir. Nəticədə, sağlam kredit portfelinin həcmi xeyli artacaq və qeyri-işlək kreditlərin (QİK) xüsusi çəkisi azalacaqdır. Maliyyə institutları səmərəliliyin artırılmasını və rəqəmsallaşmanı 2025-ci ilədək olan dövrdə də davam etdirəcəklər. Bu dövrdə tənzimləmədə dəyişikliklər və texnoloji inkişaf nəticəsində banklar proses və əməliyyatlarını daha çox rəqəmsallaşdıracaqlar. Yüksək nəticə əldə edilməsi, sərf olunan vaxtın və əməyin optimallaşdırılması məqsədilə bir sıra funksiyalar vahid struktur bölmədə cəmləşəcək və bank əməliyyatlarının 90 faizindən çoxu alternativ xidmət kanalları vasitəsilə aparılacaqdır. Filiallar əlavə dəyər yaratmaqla, yeni və daha dərin müştəri münasibətləri quracaqlar. 2025-ci il və ondan sonrakı dövr üzrə nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün ali təhsil müəssisələri, özəl təlim mərkəzləri, tənzimləyici qurumlar və bazar iştirakçıları vasitəsilə yüksək bilik və bacarıqlara malik mütəxəssislər yetişdiriləcəkdir. Bu mütəxəssislərin fəaliyyəti qiymətləndiriləcək və müvafiq təlim-tədris mərkəzlərinin proqramlarında lazımi dəyişikliklər ediləcəkdir. Təlim-tədris proqramlarında iştirak edənlərin sayının artması nəticəsində maliyyə sistemində bilik və bacarıqlar xeyli yüksələcəkdir. Eyni zamanda, müxtəlif sertifikatlaşdırma proqramları vasitəsilə sektor üçün ənənəvi və təkrarlanan əməliyyatların standartlaşması stimullaşdırılacaqdır. Bu təlim-tədris mərkəzləri maliyyə sektorunda rəqəmsallaşma ilə bağlı son meyilləri nəzərə almaqla, iştirakçıların texnoloji biliklərinin artırılmasını təmin edəcəkdir.

 

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış

 

2025-ci ildən sonrakı dövrlə bağlı müəyyən edilmiş hədəf baxış xarici investorlar üçün cəlbedici və regional səviyyədə rəqabətqabiliyyətli maliyyə sektoru formalaşdırmaqdır. Hədəf baxışın şərhi 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışda müəyyən edilmiş məqsədlərə çatmaq üçün yüksək əməliyyat effektivliyinə malik və mənfəətlə fəaliyyət göstərən və əməliyyatları əsasən rəqəmsallaşmış bank sistemi formalaşdırılacaq, investisiya məhsulları daxil olmaqla, daha innovativ müştərini nəzərdə tutan bank məhsulları təklif 14 ediləcəkdir. Bunun nəticəsində Azərbaycan maliyyə sektorunun inkişaf etdirilməsi üzrə qabaqcıl nümunə kimi beynəlxalq səviyyədə tanınacaq, həmçinin xarici investorları cəlb edəcəkdir. Bank əməliyyatları, məhsulları və risk idarəetməsi üzrə sektoral inkişafı təmin etmək üçün 2025-ci ilədək olan dövrdə başlanmış prioritetlərin davamı olaraq, 2025- ci ildən sonrakı dövrdə bank sektorunun rəqəmsallaşdırılması tamamlanacaqdır. Yüksək rəqabət mühitində müştərilərin əksəriyyəti öz əməliyyatlarını mobil rabitə və internet vasitəsilə həyata keçirəcəkdir. Satış və xidmət prosesləri tamamilə rəqəmsallaşdırılaraq, mobil rabitə və internet vasitəsilə müştərilərə əlçatan olacaqdır. Bu dövrdə rəqəmsal bank xidmətlərinin geniş yayılması, onların sosial şəbəkə və real vaxt rejimində (onlayn) ticarət kimi bir sıra digər platformalara inteqrasiyası nəzərdə tutulur. Bu inteqrasiya, həmçinin rəqəmsal ödəniş sistemləri və mobil tətbiqlərin geniş istifadəsi ilə dəstəklənəcəkdir. Bundan əlavə, rəqəmsallaşma geniş məlumat bazası vasitəsilə bankdaxili əməliyyatları da optimallaşdıracaqdır. Banklar məlumat bazalarının yaradılmasına investisiya edərək müştəri barədə daha dolğun məlumatlara malik olacaqlar ki, bu məlumatlar da hədəflənmiş marketinq siyasəti qurmağa, həmçinin kredit risklərini və uzunmüddətli defolt ehtimalını daha dəqiq qiymətləndirməyə imkan verəcəkdir. Fərdi və korporativ müştərilərə təklif edilən məhsul çeşidi genişləndiriləcəkdir. Pərakəndə bankçılıq ənənəvi müddətli depozit modelindən daha mürəkkəb məhsul və peşəkar portfel idarəetməsinə transformasiya olunacaqdır. Bununla bərabər, ipoteka kreditləri, Avropa ölkələrində olduğu kimi, davamlı artacaq və kredit portfelinin əhəmiyyətli hissəsini təşkil edəcəkdir. Korporativ müştərilərə, xüsusilə mikro, kiçik və orta sahibkarlara daha təkmil məhsullar, o cümlədən mürəkkəb kreditlər təklif ediləcəkdir. Kreditə müraciət, kredit riskinin qiymətləndirilməsi və anderraytinqin rəqəmsallaşması hesabına kreditlərin verilməsi prosesi sadələşəcəkdir. Beləliklə, banklar korporativ müştərilərin artan tələbatını çevik və effektiv qaydada qarşılayacaqlar. Maliyyə bazarlarında şəffaflığın artması və sektorun tam formalaşması nəticəsində uzunmüddətli perspektivdə maliyyə xidmətləri sektoruna daha çox xarici investor cəlb ediləcəkdir. Maliyyə sektoruna xarici investisiyaları, əsasən, xarici banklar yatıracaqdır. Maliyyə sektoru və ölkə iqtisadiyyatı xarici bankların investisiyaları ilə yanaşı, qlobal “nou-hau”, xüsusən də məlumatların emalı, təkmil risk idarəetməsi və məhsul çeşidi sahəsində qabaqcıl təcrübələrdən faydalanacaqdır. Əlverişli coğrafi mövqeyini nəzərə alaraq, 2025-ci ildən sonrakı dövrdə Azərbaycanı regionun maliyyə mərkəzinə çevirəcək strategiyanın mümkünlüyü qiymətləndirilə bilər. Bu istiqamətdə qonşu ölkələrlə valyuta əməliyyatlarının həcminin artırılması üçün texniki infrastruktur və tənzimləmə çərçivəsinin inkişafı perspektivlərinə baxılacaqdır (əgər uğurlu olarsa, bu təcrübə anderraytinq və regional istiqraz buraxılışlarının satışına da şamil oluna bilər). 2025-ci ilədək bankların xidmət səviyyəsi qabaqcıl beynəlxalq standartlara tam uyğunlaşacaqdır. Beləliklə, maliyyə xidmətləri sektoru regional miqyasda daha rəqabətqabiliyyətli səviyyəyə yüksələcək və qonşu maliyyə bazarları üçün qabaqcıl nümunəyə çevriləcəkdir.

 

HƏDƏF İNDİKATORLARI

 

Maliyyə xidmətləri sektorunda prioritetlərin həyata keçirilməsi nəticəsində:

 

-2020-ci ildə real ÜDM-in 750 milyon manat dəyərində artacağı;

 

-maliyyə xidmətləri sektorunda 1600 iş yerinin yaradılacağı proqnozlaşdırılır.

 

Maliyyə xidmətlərinin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər üzrə 2020-ci il üçün aşağıdakı əsas hədəf indikatorları müəyyən edilmişdir:

 

-bank sektorunun gəlirliliyinin 2015-ci ilə nəzərən 7 faiz artması;

 

-2020-ci ilədək fond birjasında listinqə mühüm sektorlardan əlavə 5 şirkətin çıxması;

 

-maliyyə dərinliyinin (kreditlərin qeyri-neft ÜDM-ə nisbətinin) 60 faiz təşkil etməsi;

 

-qeyri-işlək kredit əmsalının 8 faizədək azaldılması;

 

-sığorta penetrasiyasının (sığorta haqlarının qeyri-neft ÜDM-ə nisbətinin) 1,4 faizə çatması.

 

STRATEJİ MƏQSƏDLƏR

 

-Maliyyə sisteminin daxili və xarici şoklara qarşı dayanıqlılığını artırmaq;

 

-risk idarəetməsi proseslərinin keyfiyyətini artırmaq və tənzimləmə çərçivəsini təkmilləşdirmək;

 

- maliyyə sisteminin infrastrukturunu gücləndirmək; -

 

-maliyyə sisteminin inkişaf potensialını artırmaq.

 

GÖRÜLƏCƏK TƏDBİRLƏR

 

Tədbir 1:

 

Bank sektorunun hərtərəfli diaqnostikasının aparılması MBNP bankların maliyyə dayanıqlılığını hərtərəfli qiymətləndirəcəkdir. Hər bir bankın likvidlik, kapital və valyuta mövqeyi, aktivlərinin keyfiyyətinin diaqnostikası aparılacaq, habelə ümumi bank sektorunun likvidlik mövqeyi və kreditləşmə imkanları müəyyənləşdiriləcəkdir. Qiymətləndirmə əsasında hər bir bankın klasteri (sistem əhəmiyyətli banklar, dayanıqlı banklar, qismən dayanıqlı banklar və dayanıqlı olmayan banklar) müəyyən ediləcəkdir (bu sahədə fəaliyyətin icrasına artıq başlanılmışdır və gələcəkdə dərinləşdirilmiş qiymətləndirmələr aparılacaqdır).

 

Tədbir 2:

 

Problemli bankların kapitallaşdırılması üzrə tədbirlər planının hazırlanması MBNP hər bir bank üzrə tədbirlər planı müəyyənləşdirəcəkdir. Plan müəyyən edilərkən potensial kapital mənbələri, qeyri-işlək aktivlərin sağlamlaşdırılması, bankların konsolidasiyası və s. imkanlar təhlil ediləcəkdir. Tədbirlər planında bank və onun səhmdarlarının, dövlət təşkilatlarının və digər əlaqəli tərəflərin vəzifələri müəyyən ediləcəkdir (tədbirin icrasına başlanılmışdır).

 

 Tədbir 3:

 

Planın icrası və monitorinqin aparılması MBNP hər bir bank üzrə tədbirlər planının icrasına və nəzərdə tutulan işlərin vaxtında yerinə yetirilməsinə nəzarət məqsədilə monitorinq sistemi müəyyən edəcəkdir.

 

Tədbir.4:

 

Problemli bankların restrukturizasiyası üzrə institusional və hüquqi mexanizmlərin yaradılması MBNP aidiyyəti qurumlarla birlikdə problemli bankların minimum itkilərlə sağlamlaşdırılması və yaxud sistemdən kənarlaşdırılması üzrə kompleks institusional və hüquqi mexanizmlərə dair təkliflər hazırlayacaqdır. Bu məqsədlə “Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli Qanununda ediləcək dəyişikliklərin layihəsi hazırlanacaq və aidiyyəti qaydada təqdim olunacaqdır.

 

Tədbir 5:

 

Kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası MBNP digər aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyasını (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s. vasitələrlə) həyata keçirəcəkdir.

 

Tədbir: 6

 

Əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi Əmanətlərin sığortalanması sisteminin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi üzrə işlər davam etdiriləcəkdir. Əmanətlərin Sığortalanması Fondunun kapitallaşdırılması üçün müxtəlif maliyyə mexanizmləri nəzərdən keçiriləcək, habelə diferensial təqvim haqlarının tətbiqi istiqamətində işlər görüləcəkdir.

 

Tədbir7:

 

 Likvidliyin verilməsi alətlərinin genişləndirilməsi MBNP, Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları banklara kapital və uzunmüddətli likvidlik dəstəyinin göstərilməsi məqsədilə yeni alətlərin yaradılması istiqamətində tədbirlər həyata keçirəcəklər.

 

Gözlənilən nəticə və nəticə indikatorları

 

Kapitallaşma və likvidliklə bağlı nəzərdə tutulan strateji hədəflərə nail olmaq üçün tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu prioritetin həyata keçirilməsi bank sektorunun xalis gəlirlərinin artmasını şərtləndirəcəkdir ki, bununla da 2020-ci ildə real ÜDM-in 115 milyon manat birbaşa, 15 milyon manat dolayı olmaqla, ümumilikdə 130 milyon manat artacağı proqnozlaşdırılır. Məşğulluğa ölçülə bilən birbaşa təsir müəyyən edilməmişdir. Bank sektorunun gəlirliliyinin 2015-ci ilə nəzərən 7 faiz artması əsas hədəf indikatoru kimi müəyyənləşdirilmişdir. Tələb olunan investisiya Bank sistemində kapitallaşma və likvidlik problemlərini həll etmək məqsədilə müəyyən həcmdə maliyyə resursları ayrılmalıdır. Lakin bu vəsaitlərin məbləği daha çox problemlərin həlli məqsədilə qəbul edilmiş metodologiyadan asılıdır və bu prioritet çərçivəsində müəyyənləşdirilmiş vəzifələrdən biridir. Belə ki, hazırkı mərhələdə bununla əlaqədar investisiya və maliyyələşmə həcmi müəyyən edilməmişdir və Yol Xəritəsində müəyyən edilmiş tədbirlərin bir hissəsi kimi təfsilatlı şəkildə araşdırılacaqdır. Gözlənilən risklər Prioritet çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olmaqda əsas risklərə problemli bankların restrukturizasiya tədbirlərinin tamamlanmaması, səhmdarların banklara əlavə kapital yerləşdirmək marağının, yaxud imkanlarının aşağı olması, bankların restrukturizasiyası üzrə institusional və hüquqi mexanizmlərin formalaşdırılmasında gecikmələrin, makroiqtisadi mühitdə neqativ meyillərin davam etməsi nəticəsində problemli bankların sayının artması kimi amillər aid oluna bilər.

14.12.2016 18:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ