Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

5 ildə 12 min yeni mağaza açacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
5 ildə 12 min yeni mağaza açacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Starbucks gələcək 5 il ərzində dünya üzrə 12 min yeni mağaza açmağı planlaşdırır.

 

Starbucks-ın Əməliyyat Direktoru Kevin Johnson, şirkətin Nyu-Yorkda keçirdiyi "İnvestor Günündə" gələcək planlarını açıqlayıb.

 

 Gələcək 5 il ərzində əksəriyyəti ABŞ və Çində olmaqla 12 min yeni Starbucks mağazası açmağı planlaşdırdıqlarını qeyd edən Johnson, investorlara bu dövrdə gəlirləri 10 faiz artırmağı hədəf seçdiklərini söyləyib.

 

Starbucks-ın dünya miqyasında mağaza sayını 37 minə çatdıracaq bu planın açıqlanmasının ardından şirkətin səhmləri   2%-ə yaxın bahalaşıb.

 

Gələn ilin aprel ayında İcraçı Direktor kreslosunu təhvil alacaq Kevin Johnson, həmçinin Starbucks-ın "Princi" adı altında İtalyan pitsa mağazaları açmağı planlaşdırdığını dilə gətirib.

 

 Şirkəti dünyanın ən böyük qəhvəxana zənciri halına gətirən  Starbucks-ın hazırkı  İcraçı direktoru Hovard Şults (Howard Schultz), ötən günlərdə vəzifəsini Johnsona təhvil verəcəyini açıqlamışdı. Şults, bu qərarı yeni şirkəti "Reserve Roastery and Tasting Room"a daha çox vaxt ayırmaq istəməsi səbəbindən verdiyini bildirmişdi.

09.12.2016 05:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ