Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankın eks sədri dolları “qara bazar”a ötürürmüş?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın eks sədri dolları “qara bazar”a ötürürmüş?
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin eks sədri, vəzifəsindən sürpriz şəkildə azad edilən Elmar Məmmədov saxlanılıb.

 

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub. Məlumata görə Elmar Məmmədov heç kimin gözləmədiyi halda vəzifəsindən azad ediləndən dərhal sonra hüquq-mühafizə orqanları onu saxlayıb.

 

Elmar Məmmədov bu vəzifədə hazırda həbsdə olan Cahangir Hacıyevi əvəzləmişdi və onun Beynəlxalq Bankın rəhbərliyinə gətirilməsi faktiki olaraq batırılan dövlət bankını sağlamlaşdırmaq tədbirlərinin bir hissəsi idi. Lakin belə görünür ki, Elmar Məmmədov ona göstərilən etimadı doğrultmayıb. Hələlik onun nədə ittiham edildiyi məlum deyil. Bununla belə ehtimal edilir ki, Elmar Məmmədovun vəzifədən azad edilməsi və saxlanılması dollar “qara bazarı”nın geniş vüsət alması və son vaxtlar valyuta spekulyasiyasının narahatlıq doğuracaq dərəcədə artmasıdır. Hazırda hüquq-mühafizə orqanları Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə dollar “qara bazarı” ilə bağlı araşdırma aparır, banklardan dolların qara bazara necə ötürüldüyünü üzə çıxarmağa çalışır.

 

Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Dövlət Neft Fondunun Beynəlxalq Bankda aşağı faizlə rekord həcmdə-1 milyard dollar depozit yerləşdirmişdi və bu, valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün atılan addımlardan biri idi. Həmin depozitin yerləşdirilməsindən sonra doğrudan da bazarda bir müddət dollar bolluğu yarandı, manat yenidən dəyər qazanmağa başladı. Ancaq daha sonra dollar yenidən qıtlaşdı, məzənnə isə artmaqdadır...

 

***

Hazırda Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov öz evindədir. Bunu bankirə yaxın mənbə xəbər verib. E.Məmmədov “qara bazar”ın fəqliyyəti ilə bağlı dindirilib.

 

***

Xəbər verdiyimiz kimi, Dekabrın 8-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib. Toplantıda Bankın İdarə Heyəti rəhbərliyində dəyişiklik aparılıb. Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.

 

Xatırladaq ki, X.Əhədov bank sahəsində 1999-cu ildən çalışır. O, “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub. Son təyinata qədər “Azər-TürkBank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini icra edib.

 

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanına uyğun olaraqAzərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri davam etdirilir, Bankın bütün filial və şöbələri öz fəaliyyətini normal qaydada həyata keçirir. 

 

Mənbə: virtualaz.org

08.12.2016 17:02

Müştərilərin xəbərləri

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 1-ci_24
Mobil əsas səhifə 3-cü - 2_26
Neft daha da bahalaşdı
Neft daha da bahalaşdı
05.06.2020 15:04
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam_10

SON XƏBƏRLƏR