Ən yuxarı (mobil)_30

"Neft hasilatının azaldılması sazişinin müddəti uzadılarsa Azərbaycan da buna qoşulacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft hasilatının azaldılması sazişinin müddəti uzadılarsa Azərbaycan da buna qoşulacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əgər Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi sazişin müddəti uzadılarsa Azərbaycan da buna qoşulacaq.

 

Bunu  müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

 

“2014-cü ildən başlayaraq neftin qiyməti kəskin surətdə aşağı düşürdü. Bu da neft hasil edən ölkələri, o cümlədən də Azərbaycanı narahat edirdi. Çünki bu proses, “qara qızıl”ı istehsal edən ölkələrə təsirsiz ötüşmürdü. İlk illərdə OPEC bu proseslərə, yəni neftin qiymətinin kəskin ucuzlaşmasına elə də reaksiya göstərmirdi. Belə ki, neftin qiyməti birdən-birə 147 dollar/barreldən 30 dollar/berrelə ucuzlaşmışdı. OPEC istəsə idi neftin qiymətinin bahalaşmasını nəzərdə tutan və indi atdığı bu addımları, gördüyü tədbirləri elə o vaxt edərdi. Belə olan halda neftin qiyməti bu qədər aşağı düşməzdi. Lakin bunun heç bir iqtisadi əsası yox idi. Hər kəs görürdü ki, ümumiyyətlə bu hansısa bir plan və proqram idi. Bununla da, bəzi ölkələr belə bir şərait yaradırdılar ki, neftin qiyməti aşağı düşsün. OPEC istəsə idi, bunun qarşısını vaxtında ala bilərdi. Ancaq bir neçə il keçdi və vəziyyət o yerə gəldi ki, bu proses OPEC-in özünün də xeyrinə olmadı. Neftin aşağı qiyməti kartelə üzv ölkələrin iqtisadiyyatına da böyük bir zərbə oldu. İlk addım olaraq Əlcəzair bizimlə görüşə neft hasilatını 5 faiz azaltmaqla bağlı təkliflə gəlmişdi. Biz o vaxt da bəyan etdik ki, əgər OPEC ölkələri razı olsalar bu təşəbbüsə Azərbaycan da qoşular. Venesuelanın Prezidenti də bir neçə təkliflər irəli sürmüşdü. Lakin son vaxtlar neftin qiymətinin tənzimləməsinə OPEC özü maraq göstərdi. Nəticədə isə belə bir qərara gəlindi ki, neft hasilatını müəyyən səviyyədə azaltmaq lazımdır. Azərbaycan da bu təşəbbüsə qoşuldu”, - deyə nazir bildirib.

 

Natiq Əliyev qeyd edib ki, bu gün Azərbaycanın neft hasilatı azaltmaqda öz səbəbləri və imkanları var. Bu, çox vacib səbəblərdir. Azərbaycanın bugünkü siyasəti OPEC-in siyasəti ilə üst-üstə düşür və ona uyğun gəlir: “Ona görə də, biz onların qərarlarını dəstəkləyirik. Lakin hər bir əməkdaşlıq ilk növbədə iqtisadi əsaslara söykənir. Əlbəttə ki, bu əməkdaşlıqda bizim də iqtisadi maraqlarımız var. Əgər bu qərarlar və əməkdaşlıq bizim maraqlara uyğun gəlirsə onları dəstəkləyirik. Hazırda Azərbaycan OPEC ilə yaxşı münasibətlər qurub. Azərbaycan OPEC-in işində, fəaliyyətində iştirak etməkdə və qarşılıqlı fikir mübadiləsi aparmaqda maraqlıdır”.

 

“Artıq OPEC üzrə Monitorinq Komitəsi yaradılıb və ilk iclası keçirilib. Çox müsbət rəylər verilib və bildirilib ki, bu razılaşmanın neftin qiymətinə təsiri var. Biz görürük ki, ilin əvvəlindən indiyədək neftin qiymətində əvvəllər olduğu kimi, kəskin dəyişmələr olmayıb. Neftin qiyməti yanvarın 1-dən bu günədək demək olar ki, təxminən 2-3 dollar/barrel arasında dəyişib. Qiymət 60 dollar/barreli ötməsə də, çox yaxşı haldır ki, 50 dollar/barreldən də aşağı düşməyib. Hesab edirəm ki, qiymətlərdəki stabillik daha gözəl faktordur, nəinki tez-tez bahalaşması və ya aşağı düşməsi. Bu gün OPEC və digər hasilatçı ölkələr neftin hazırki qiymətlərindən razıdırlar. Əgər işçi qrup belə bir qərara gəlsə ki, qiymətləri daha da artırmaq üçün əlavə tədbirlər görmək lazımdır, yaxud da ki, OPEC və qeyri-OPEC ölkələri neftin qiyməti üçün ən optimal variant kimi hər hansı bir qiyməti nəzərdə tutsalar, məsələn 65 dollar/barrel, o zaman müəyyən tədbirlər görülməli və təkliflər müzakirə olunmalıdır”, - deyə N.Əliyev qeyd edib.

 

Nazir bildirib ki, mayda neftin qiymətinin vəziyyəti ilə bağlı OPEC və qeyri-OPEC ölkələri arasında iclas keçiriləcək. İclasda həmin ölkələr tərəfindən yarım illiyin nəticələri, bazardakı vəziyyət, tələbat və təklif müzakirə ediləcək. Bundan sonra isə ya ötən ilin noyabrında qəbul olunan qərar davam etdiriləcək, yada ki, əlavə tədbirlər görüləcək: “Azərbaycan mütəmadi formada Monitorinq Komitəsi ilə razılaşdığı mexanizmə uyğun olaraq, hər ay öz hasilat göstəricilərini onlara göndərir. Əgər hasilatın azaldılması ilə bağlı sazişin müddəti uzadılarsa Azərbaycan da buna qoşulacaq.

 

“Yanvar ayı ərzində Azərbaycanda gündəlik neft hasilatı 793,9 min barrel olub. Bu həcmin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunub. Azərbaycan neft hasilatını yanvarda sutkada 35 min barrel azalmaq üzrə öhdəliyi yerinə yetirib. Bu öhdəlikdə çox cüzi hissəsini SOCAR-ın nefti təşkil edib. Əsas həcm isə konsorsium nefti olub”, - deyə nazir əlavə edib.

 

Xatırladaq ki, OPEC bu il yanvarın 1-dən gündəlik hasilatı 1,2 milyon barrel – 32,5 milyon barrelə qədər azaltmaq barədə razılıq əldə edib. OPEC üzvü olmayan ölkələr isə gündəlik hasilatı ümumən 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaltmaq barədə razılığa gəliblər. Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi yanvar ayında tam yerinə yetirib. Bu razılılar 2017-ci ilin birinci yarısını nəzərdə tutur.

 

© Azərtac

27.02.2017 10:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ