“Xaricdə təhsil almış gənclər yerli şirkətlərdə tamam başqa mənzərə ilə qarşılaşırlar”
Şirkətlər mövcud bazarda davamlı fəaliyyət göstərmək üçün rentabelli işləməli, aktivləri effektiv idarə olunmalı, likvidlik mövqeyi qanətbəxş saxlanılmalı və kapital strukturu daima optimal idarə olunmalıdır. Amma bütün bunları həyata keçirmək üçün müəssiələrdə biznes proseslər biznes analitiklər tərəfindən düzgün təhlil olunmalı, strukturlaşdırılmalı, optimallaşdırılmalı, düzgün və vaxtı-vaxtında idarəetmə məlumatlarının hazırlanması üçün şərait yaradılmalıdır.
Azərbaycanda aparıcı şirkətlərdən birinin maliyyə meneceri İsmayıl Hümbətov “Marja”ya bildirdi ki, ölkədə fəaliyyət göstərən şirkətlərdə ən böyük problemlərdən biri biznes proseslərin sistemləşdirilməməsi və idarəetmə məlumatlarının düzgün, keyfiyyətli və vaxtında əldə edilə bilməməsidir:
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
“Kapital bazarlarının inkişaf etdiyi ölkələrdə birləşmə və qoşulma (Merger & Acquisition) hadisələri tez-tez baş verir. Məsələn, elə olur ki, bir müəssisə 3-4 il ərzində 5-6 müəssisə ilə birləşir və ya alaraq öz tərkibinə qatır. Sonra həmin şirkətlərin biznes sistemini əsas idarənin (baş ofisin) sisteminə uyğunlaşdırmaq lazım gəlir. Belə olan halda biznes analitiklərə nə qədər tələb formalaşdığını təsəvvür etmək çətin deyil. Birləşmə və qoşulma olmadıqda da belə əgər müəssisələr orqanik yolla genişlənəndə də belə biznes proseslər daha da mürəkkəbləşir və yenə də strukturlaşdırma və qaydaya salınma tələb olunur”.
İsmayıl Hümbətov sözlərinə belə davam etdi:
“Müxtəlif vaxtlarda azərbaycanlı tələbələr xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində maliyyə, mühasibatlıq və s. sahələr üzrə təhsil almış, beynəlxalq praktikanı ölkəyə gətirilməsi üçün səylərini davam etdirməkdədirlər. Amma onların praktikada qarşısına çıxan ciddi problemlər beynəlxalq təcrübəni yerli şirkətlərdə tətbiqini əngəlləyir. Belə ki, maliyyə idarəetməsi və ya beynəlxalq mühasibat uçotu ilə bağlı nəzəri biliklərə malik olan gənclər yerli şirkətlərdə tamam başqa mənzərə ilə qarşılaşırlar və bu onları bir qədər həvəsdən salır. Həmin gənclər əsas etibarilə genişlənməkdə olan iri və orta müəssisələrdə işə alınırlar. Bu müəssisələrdə biznes proseselər tam ya tam qaydasında olmur ya da ümumiyyətlə xautik vəziyyətdə olur”.
BİZNES ANALİTİKLƏRƏ TƏLƏB VAR
İsmayıl Hümbətov əlavə etdi ki, biznes genişləndikcə biznes proseslər daha da mürəkkəbləşir və müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə elektron sistemin yaradılması zərurəti meydana çıxır:
“Müəssisələr resurlarının planlaşdırılmasını asanlaşdıran (ERP-Enterprise Resource Planning) sistemlərin tətbiqini əsas vəzifə kimi ortaya qoyurlar. Ən böyük problemlərdən biri həmin sistemlərin müəssisələrə tətbiqini bilən mütəxəssislərin çatışmamasıdır. Belə ki, müəssisələrdə ERP sistemlərin tətbiqinə birbaşa olaraq direktorlar, baş maliyyə müşavirləri, mühasiblər, maliyyə analitikləri, insan resurslarının idarə olunması şöbəsinin əməkdaşları, hüquqşünaslar, ustalar, sahə rəisləri, satış mütəxəssisləri və s. cəlb olunur. Həmin insanların bu işə birbaşa cəlb olunması onları gündəlik işlərindən ayırır və narazılıqlar meydana gəlir və qeyri- effektiv iş mühiti yaranır. Belə ki, həmin şəxslər birbaşa olaraq proqramistlərlə işləməyə başlayırlar, bu isə effektivliyi azaldır. Çünki proqramistlər müəssisənin bütün biznes proseslərini dərindən bilə bilməzlər və ya əksinə proqramlaşdırmadan anlayışı olmayan hər hansı müəssisə əməkdaşının həmin proqramistə iş prosesini izah etməsi çətin olur. İnkişaf etmiş ölkələrdə elektron biznes sistemlər tətbiq olunan müəssisələrdə çalışan əməkdaşlardan məlumatların yığılması, biznes proseslərin analizi, strukturlaşdırılması və proqramistlərə effektiv şəkildə çatdırılması işini biznes analitiklər həyata keçirir. Azərbaycan bazarına kifayət qədər müasir proqram təminatları, sistemlər təqdim olunur. Lakin həmin sistemlərin tətbiqi üçün kadr çatışmamazlığı hələ də qalmaqdadır. Ali təhsil müəssisələrində müasir tələblərə cavab verən biznes analitikası və ya biznes proseslərin idarə edilməsi fakultələri formalaşdırılmalı və gənc mütəxəssislər yetişdirilməlidir. Bu sahəyə tələb həm Azərbaycanda və həm də dünya ölkələrində olduqca böyükdür və getdikcə artmaqdadır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
2 saat əvvəl
Azərbaycanda ət idxalı sürətlə artır - 9 ayda 89,4 milyon dollarlıq alış
-
-
2 saat əvvəl
Azərbaycanda 16%-lik yeni istiqrazlar satışa çıxarılacaq – Hərrac tarixi açıqlandı
-
2 saat əvvəl
Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
-
2 saat əvvəl
PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib
-
6 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
6 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
6 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi



























