Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Uşaq həkimi süni qida firmalarına qarşı mübarizəyə başlayıb - 1 - Cİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Uşaq həkimi süni qida firmalarına qarşı mübarizəyə başlayıb - 1 - Cİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Süni qida məhsullarının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində reklamı qadağan edilsə də, bu qadağaya məhəl qoyulmur. Vicdanlı pediatrlar həyacan təbili çalırlar.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, tanınmış pediatr (uşaq həkimi) Aytən İsmayılzadə cürətli addım ataraq əksər yeni doğulan körpələrə doğulduğu ilk gündən süni qida verilməsinə qarşı mübarizəyə başlayıb.

 

Pediatr iddia edir ki, doğum evlərində, süni qidalar satan şirkətlərin sponsorluğu ilə yeni doğulan körpələrə “smes” verilir. Müxtəlif bəhanələr ilə gənc analar inandırılır, körpələrinə ana südü dadızdırılmır, onlara ilk gündən süni qidalar (südlü qarışıqlar) yedizdirilir. Çünki ilk gündən süni qida ilə tanış olan körpələrin çoxu sonradan ana südünü istəmirlər.

 

Valideynlər körpə müəyyən yaşa çatanadək süni qidalar almağa məcbur olur. Beləliklə, ailələrin xərclədiyi milyonlarla manat bir neçə şirkətin kassasına daxil olur.

 

Soaial şəbəkələrdə paylaşdığı məlumatlar ilə qadınları məlumatlandıran pediatr Aytən İsmayılzadə doğum evlərində süni qida qanunsuzluğu ilə bağlı Azərbaycanın 1-ci Vitse-prezidenti Mehriban Əliyevaya müraciət hazırlayıb, eyni zamanda imza toplama kampaniyasını başladıb.

 

“MADİYYAT QARŞILIĞINDA VALİDEYNLƏRƏ SÜNİ QİDALAR ALDIRIRLAR”

 

Pediatrın 1-ci Vitse Prezidentə müraciəti “Doğum evlərində baş verən dəhşətli faktlarla bağlı Sizə bir pediatr olaraq müraciət edirəm”, - ifadələri ilə başlayır.

 

“Dəhşətli faktlar ondan ibarətdir ki, istər dövlət, istər özəl  doğum evlərində demək olar ki, əksər yeni doğulan körpələrə doğulduğu ilk gündən süni qida verilir. Analar doğru əmizdirmə barədə kifayət qədər məlumatlandırılmırlar. Əmizdirmə üzrə məsləhətçilər şöbəyə buraxılmır, onların analarla görüşü təmin edilmir. Neonotoloqlar başda şöbə müdirləri olmaqla maddiyyat qarşılığında uşağın həyatının ilk günündən valideynlərə süni yemək aldırırlar”.

 

“AZI 3 GÜN SÜNİ QİDA VERİLİR, SONRA UŞAQLAR ANA SÜDÜNDƏN İMTİNA EDİRLƏR”

 

Müraciətdə qeyd edilib ki, yeni doğulmuş körpənin ilk olaraq ana südü alması çox vacibdir?

 

“Hər kəsə məlumdur ki, əsasən də həkimlər çox gözəl bilir ki,yeni doğulmuş körpənin ilk olaraq ana südü alması, ilk saatlarda əmizdirilməsi onun sağlamlığı üçün nə dərəcədə vacibdir. Bu, danılmaz faktdır. İstər özəl, istər dövlət xəstəxanalarının doğum şöbələrində isə bunun tam əksi baş verir. Ana südü olduğu halda körpəyə ən azı 3 gün süni qida verilir. Bunun sonrakı fəsadlarını isə biz pediatrlar görürük. Uşaqlar ana südündən imtina edir, həzm problemləri yaşayır, allergik vəziyyətlərlə tez-tez rastlaşırlar. Ana tərəfdən də bir sıra həm psixoloji, həm fiziki narahatlıqlar baş verir”.

 

“Uşaqlar bizim gələcəyimizdir” qeyd edən pediatr müraciətinə belə davam edib:

 

“Onların sağlamlıqları ilə ilk gündən bu cür oynanılmasına icazə veməyəcəyinizə inanıram. Bu məsələ ilə şəxsən özünüzün maraqlanmanızı çox istərdik, əks halda bu vəziyyət hələ çox davam edəcək”.

 

“DOĞUM ŞÖBƏLƏRİNƏ SÜNİ QİDANIN GİRİŞİ QADAĞAN OLUNMALIDIR”


Aytən İsmayılzadə hesab edir ki, doğum şöbələrinə süni qida girişinin qadağan olunması, yersiz süni qida təyin edən həkimə cəza verilməsi, xəstəxanalarda əmizdirmə üzrə məsləhətçilər üçün yer ayrılması, süd banklarının yaradılması, donor südünün gündəmə gətirilməsi  daha məqsədə uyğun olardı.


“Doğum evində həkimlərin  səhvindən ana südündən məhrum qalmış körpələr, Azərbaycan  anaları və gələcəyimiz adından məktubumuza tezliklə müsbət cavab alacağımıza ümid edirəm”,- müraciət bu sözlər ilə yekunlaşır.

Pediatr Aytən İsmayılzadə

 

MİLYONLAR QAZANAN “QURDLAR”

 

Pediat Aytən İsmayılzadə “Facebook” sosial şəbəkəsində “Quzuları qurdlara yedirməyək!” balığlı məqalə də paylaşıb.

 

Məqalə “Mənim fikrimdə tutduğum “quzular” sizin övladlar, “qurdlar” isə onların süni qida yeməsi hesabına milyonlar qazananlardır...” cümləsi ilə başlayır.

 

Pediatr məqaləsində yazıb: Hər gün neçə-neçə uşaq dünyaya gəlir. Baxın, indi, bu dəqiqə... Bu cümlələri yazdığım andaca neçə -neçə ananın döşündə süd olduğu halda uşaq şöbəsində uşağının mədəsinə süni qida ötürülür, neçə ata yeməyi almaq üçün aptek-aptek gəzirmarket-market gəzir, növbəti ay üçün firmalar da həmin doğum evinin süni qida ilə bağlı ödəmə hesabatı aparılır. Və bu hal hər gün təkrarlanır...hər gün...”

 

BU CÜR SÖZLƏRƏ İNANMAYIN


Pediatr məqaləsində muxtəluf mövzuda ona verilən suallara aydınlıq da gətirib:

 

“Ana olmağa bir neçə namizəd yazır: "Doktor 1-2 həftəyə filan özəl klinikada uşağım dünyaya gələcək, mən necə edim, övladımı süni qidadan qoruyum?" Cavabım: “Siz həmin filan klinikada doğuş etməzdən öncə neanotologiya şöbəsinin müdiri, yaxud sizə seçilmiş neanotoloqunuzla (əgər öncədən məlumdursa) bir yazılı razılıq imzalayın ki, "mən övladımın ilk saatda, iki gündə süni qida ilə bəslənməsinin tam əleyhinəyəm, belə hal olarsa, sizdən şikayətçi olacam" yazaraq qeyd edin. 


Bir məsələ də var ki, doğuşdan sonra ginekoloqunuz yaxınlaşa bilər və deyər: “Heç kimə demə, kollektivik burda, ayıb olar, bir iki gün süni qida verməklə heç nə olmaz və s .”  Bu cür sözlərə inanmayın. Ayıb o insanlara olsun ki, ananın döşündə süd olduğu halda uşağa süni qida verirlər.


“Sən keysəriyyə olmusan döş verə bilməzsən, sən reanimasiyada yatırsan, uşağı gətirə bilmərik”. Bu cür əsassız ifadələrin hesabını verməlidirlər. Bu ifadələrlə anaları süd verməkdən uzaq tutan hər bir neanotoloq dediyinin hesabını verməli olacaq.

 

“BU SÖHBƏT MƏŞHUR BİR KLİNİKADA OLUB”
 

"Dedilər uşağın sarılığı var, ana südü olmaz". Bu söhbət lap yaxında məşhur bir özəl klinikada olub. Çox məşhur, illərin klinikasıdır. Fizioloji sarılıq zamanı uşaq tez-tez döşə qoyulmalıdır! Nə bilim, “həkim dedi,biz də smes aldıq" deməyin. Haqqınızı, uşağın haqqını yedirtməyin.

 

“BİR DAMCI İLK SÜD YETƏRLİDİR”


Uşaq bətndən çıxdıqda süd də çıxmağa hazır olur. “Südüm yoxdur” deməyin, “südün yoxdur” deməsinlər. Bir damcı belə ilk süd yetərlidir. Uşağın mədəsi ilk gün fındıq boydadır. Onu doldurmağa çətinlik çəkirsiz? Palata yoldaşınızdan xahiş edin öncədən. Siz süd verə bilmədiyiniz halda o körpəni süni qidadan xilas etsin.

 

“SÜD İLƏ MİKROB KEÇMİR”


“Yazırlar ki, başqasının südündə nə bilim nə var? Nə ola bilər ki? Kiminsə infeksiya daşıyıcısı olmağından söhbət gedirsə, süd ilə mikrob və ya virus keçmir. Lap deyək ki, şübhə sizi birtəhər edəcək, o zaman məlumunuz olsun ki, doğum şöbəsinə girən hər kəs paket müayinələrdən keçir, orda isə infeksiyalar ilk yerdədi. Bunu bilmək elə də çətin deyil. Yaxınlaşırsınız şöbədəki baş tibb bacısına və kimin infeksiyası yoxdur, amma südü varsa, bunu araşdırırsınız. Hər şey xəstəlik tarixçəsində qeyd olunur”. 

 

SÜNİ QİDA BİZNESİNƏ OD VURA BİLƏCƏK TƏKLİF

 

Qan bankı, orqan bankı, sperma bankı olduğu halda insan südü bankı niyə olmasın? Heç olmasa ilk doğum üçün hər doğum evini tərk edən ana ondan sonra doğum edəcək ana üçün hədiyyə kimi bir konteyner süd qoya bilər. Bu isə doğum evində süni qida bazarına od vurmuş olacaq. 

 

SÜD İLƏ BACI-QARDAŞ OLMAQ ƏFSANƏSİ


Bəziləri dindən çıxış edərək “süd versən uşaqlar bacı-qardaş olur” deyir. Belə bir mənbəni açıb göstərin mən də görüm. Süd ilə bacı-qardaş olmaq əfsanəsini bir tərəfə qoyaq. Ümid edirəm ki , Səhiyyə Nazirliyi də işə baxanda dini hədislər tərəfdən deyil, uşaqlarımızın sağlamlığı tərəfdən baxacaq. 

 

Bas pediatrimiz Nəsib doktorla görüş planlaşdırıram. Çünki o bu problemi onsuz da bilir. İllərdir verdiyi müsahibələrində də bildirir.

 

“KOMİSSİYADAN SONRA KÖHNƏ HAMAM, KÖHNƏ TAS”

 

Səhiyyə Nazirliyi komissiyalar təşkil edir, müvəqqəti olaraq süni qida bankalarını şkaflarda gizlədirlər, arada 3-5 uşağın bəxti gətirir ki, bu monitorinq vaxtına düşür və doğulan kimi anasını əmir. Sonra isə yenə köhnə hamam,köhnə tas...


Təklif edirəm ki hər şöbədə bir nümayəndə olsun və bu halları qeydə alsın. Əlbəttə bu adamlar da orda qaldıqca yerli kollektivlə dil tapıb doğmalaşmasınlar deyə müəyyən zamanla dəyisdirilməlidirlər. 


“Ananın südü keyfiyyətsizdir” deyənlər də var. Unutmayın, keyfiyyətsiz süd olmur, keyfiyyətsiz insan olur. Bu cür işləri icra edənlər kimi..

 

Ana südü ifadəsini də insan südü ilə əvəz etmək lazımdır. Zatən ata südü olmur. Bəlkə o zaman uşağa nə verdiklərinin fərqinə vararlar”. 

 

ANALAR PEDİATRIN DEDİKLƏRİNİ TƏSDİQLƏYİRLƏR

 

“Facebook” istifadəçiləri də Aytən İsmayılzadənin iddialarını təsdiqləyiblər:

 

Arzu Vəliyeva adlı istifadəçi yazıb: “7 nömrəli xəstəxanada ana oldum, südüm ola-ola imkan vermədilər əmizdirim. Qızlar vardı orada, süddən qızdırmadan yanırdılar. Onlara imkan vermədilər ki, uşağına süd versinlər”.

 

Gülnar Əliyeva adlı istifadəçi gəlinlərinin 7 nömrəli xəstəxanada ana olduğunu və ona 1 qutu süni qida hədiyyə verildiyini yazıb.

 

Vefa Kamalli yazıb: Mənim 2 övladım dövlət xəstəxanasında dünyaya gəldilər. Biri 4,2 kq, digəri 4 kq idi. Mənə “Nə canın var ki, nə də südün ola, böyük uşaqlardır acından ölərlər” dedilər. Sübut olsun deyə mənə imza çəkdirdilər və palataya çıxan kimi smes verməyə başladılar. O vaxtlar yaşım az olduğundan başa düşmürdüm. İndi anlayıram ki, ana südü can-başa baxmır”.

 

Taleh Kerimov yazıb ki, valideynlər əziyyət çəkirlər, süni qidaları satan firmalar isə qazanır. 

 

Fenix Felix  adlı istifadəçi məqaləyə münasibət bildirərək yazıb: “German Hospital”da keysəriyyə ilə uşaq dunyaya gətirdim. 4 gün yalvardım, uşağı mənə vermədilər, suni qidalar verirdilər. Mənim yanıma uşaq tox gətirilirdi. Başa salmırdılar necə süd vermək lazımdır. Uşaq artıq ana südü istəmədi, döşu əmmədi və smesi (südlü qarışıq) seçdi. Gənc bir ailə olaraq smesə pulu güclə catdırırıq”.

 

BAZAR 10-DƏK BREND ARASINDA BÖLÜŞDÜRÜLÜB

 

Azərbaycanda marketlərin rəflərində ən çox “Nutrilak”, “Nutrilon”, “Frisolac”, “Friso”, “Malyutka”, “Nestogen”, “Humana” və “Aptamil” brendlərinin süni qidaları (südlü qarışıqlar) yer alır. Bir sıra satış mərkəzlərində “HİPP”, “Similac”, “Bellakt” məhsulları da  gözə dəyir. Əsasən, 350 qramlıq süni qidanın qiymətləri 8 manat – 14 manat, 750-800 qramlıq süni qidaların qiymətləri isə 17 manat - 20 manat civarındadır. Ölkəmizə süni qidalar əsasən Rusiya, Belarus, İsveçrə və Almaniyadan idxal olunur. Rusiya və Belarusdakı pərakəndə qiymətlər ilə müqayisədə Azərbaycanda südülü qarışıqların qiymətləri 40-300% yüksəkdir.  Bazarı araşdıran mütəxəssislər ehtimal edirlər ki, bu yüksək gəlirlilik doğum evlərinin şöbə müdirlərinə, neonotoloqlarına “komisyon” ödəməyə imkan verir.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

Doğum evləri tərəfindən bir sıra süni qidaların “komisyon”qarşılığında analara məsləhət görülməsi bazarda haqsız rəqabət də yaradır. Doğum evlərinin məsləhət gördükləri süd qarşıqları məsləhət görülməyənlər ilə müqayisədə daha çox satılır.

 

Hər il Azərbaycanda 130 min civarında körpə dünyaya gəlir. Artıq körpəli ailələrin çoxunun süni qida aldığını nəzərə alsaq, bu bazarın aylıq həcminin 4-5 milyon manat civarında olduğunu qeyd edə bilərik.

28.08.2019 06:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ