Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

2017-ci il üçün 10 şok proqnoz

iç səhifə xəbər başlığı altı (mobil)_31
2017-ci il üçün 10 şok proqnoz

Onlayn multiaktivlərin ticarəti və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" gələn il üçün “Şok proqnozlar”ını dərc edib.

 

“Bu il reallıq ən cəsur proqnozlardan belə daha təəcüblü olub – Böyük Britaniya “Brexit”ə səs verdi, amerikalılar isə Donald Trampı prezident seçdi. Bu səbəbdən “Gözlənilməz proqnoz”larımızın əsas mövzusu cəsur tədbirləri tələb edən ümidsiz dövrdür”, - deyə "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen bilridib.

 

Çində ÜDM-in artım tempi 8%-ə çatacaq, SHCOMP indeksi 5 000-dək artacaq

 

Çin anlayır ki, istehsalı və infrastrukturu inkişaf etdirmək daha mümkün deyil və genişmiqyaslı maliyyə və monetar stimullaşdırma vasitəsi ilə o, kapital bazarlarını açacaq ki, bu da istehlaka əsaslanan artım modelinə keçidi təmin edəcək. Bu, 2017-ci ildə iqtisadi artımı 8%-ə çatdırılmasına imkan yaradacaq ki, sözügedən nəticə xidmət sahəsinin güclənməsi sayəsində əldə olunacaq. Fərdi istehlakın iqtisadiyyatı stimullaşdırması haqda eyforiya sayəsində “Shanghai Composite” indeksi 2016-cı ilin göstəriciləri ilə müqayisədə iki dəfə artacaq və 5 000-i ötəcək.

 

FES ümidsiz halda Yaponiya Bankının təcrübəsini tətbiq edəcək və 10 illik istiqrazlar üzrə gəlirliyi 1,5% səviyyəsində müəyyənlişdirəcək

 

Dolların məzənnəsi və ABŞ-da faiz dərəcələri 2017-ci ildə sürətlə artacaq, ABŞ-ın yeni prezidentinin maliyyə siyasəti isə bazarda vəlvələ yaradaraq 10 illik istiqrazların gəlirliyini 3%-dək qaldıracaq. Faciənin sərhəddində Federal Ehtiyat Sistemi (FES) Yaponiya Bankının gəlirliyin dinamikasına nəzarət ideyasını özünəməxsus şəkildə həyata keçirəcək. Belə ki, 10 illik istiqrazlar üzrə gəlirlik 1,5% səviyyəsində müəyyənləşdiriləcək və nəticədə yeni QE4 proqramına start veriləcək. Səhm, istiqraz və inkişaf edən bazarlarda satışlar dayandırılacaq, dünya istiqraz bazarlarında isə 7 il ərzində ən yüksək həftəlik inkişaf müşahidə olunacaq. Tənqidçilərin harayı mərkəzi banklar tərəfindən süni şəkildə yaradılmış ötüşmədə batacaq.

 

Yüksək gəlirli aktivlər üzrə cərimə faizi 25%-i ötəcək

 

Yüksək gəlirli istiqrazlar üzrə uzunmüddətli orta cərimə faizi 3,77% təşkil edir və ABŞ-da 1990, 2000 və 2009-cu illərdə resessiya zamanı bu göstərici müvafiq olaraq 16%, 10% və 12%-dək yüksəlib. 2017-ci ildə bu göstərici 25%-ə çata bilər. Mərkəzi bankların intervensiyaları artıq qüvvəsini itirib, bütün dünyada ölkə hökumətləri fiskal stimullaşdırmaya keçir ki, bu, faiz dərəcələrinin artımına gətirib çıxarır (Yaponya istisna olmaqla) və gəlirliyin dinamikasına güclü şəkildə təsir edir. Trilyonlarla korporativ istiqrazlar zərbəyə tuş gələcək və bununla yanaşı, istiqraz fondlarından investisiyaların geri axını problemi gücləndirəcək. Bu, spredi genişləndirəcək və şirkətlər aşağı reytinqli borcları yenidən maliyyələşdirmək imkanını itirəcəklər. 25%-lik cərimə faizi qeyri-effektiv şirkətləri oyundan çıxmağa məcbur edəcək ki, bu da kapitalı daha effektiv şəkildə paylamağa imkan yaradacaq.

 

“Brexit” heç vaxt baş tutmayacaq – Böyük Britaniya geri dönəcək

 

Atlantik okeanın hər iki sahilində populizmin artması Avropa liderlərini yeni konstruktiv dialoqa keçməyə və öz aralarında razılığa gəlməyə imkan yaradacaq. Danışıqlar prosesində Avropa İttifaqı immiqrasiya və pasportizasiya məsələlərində maliyyə sektorunda fəaliyyət göstətərn Britaniya şirkətlərinə güzəştlərə gedəcək. 50-ci maddənin tətbiqi haqqında məsələ parlamentdə səsverməyə çıxarıldığı zaman əhval yeni razılaşmanın lehinə dəyişəcək.

 

Böyük Britaniya Aİ-də qalacaq, İngiltərə Bankı faiz dərəcəsini 0,5%-dək qaldıracaq, EUR/GBP nisbəti isə 1973-cü ildə ölkə Avropa İqtisadi Birliyinə daxil olduğu vaxta bənzər 0,7300 düşəcək.

 

Mis zəifləyəcək

 

ABŞ-da prezident seçkilərindən sonra mis başqa xammallardan fərqli olaraq daha çox qazanıb, lakin 2017-ci ildə bazar anlayacaq ki, yeni prezident söz verdiyi investisiya layihələrini həyata keçirməkdə çətinliklərlə qarşılaşıb, bunun da nəticəsində misə olan tələbat artmayacaq. Artan narazıçılıqla üzləşəcək Tramp proteksionizmi gücləndirəcək və ticarət baryerləri tətbiq edəcək, bu isə öz növbəsində inkişaf edən ölkələrin və Avropanın xoşuna gəlməyəcək. Dünya iqtisadiyyatının artım templəri azalacaq və istehlaka yönəlmiş iqtisadiyyata keçid nəticəsində bağlı Çində sənaye metallarına təlabat aşağı düşəcək.

 

Kriptovalyutaların getdikcə populyarlaşması fonunda bitkoin bahalaşacaq

 

Trampın prezidentlik dövrü ərzində ABŞ-da büdcə xərcləri kəskin artacaq, büdcə kəsiri isə 600 mlrd. dollardan 1,2-1,8 trln. dollaradək yüksələcək. Nəticədə ABŞ-da inflyasiyanın səviyyəsi artacaq, bu isə FES-i məcbur edəcək ki, faiz dərəcəsinin artırılma prosesi sürətləndirilsin; dollar yeni maksimumlara çatacaq. İnkişaf edən bazarlarda domino effekti baş tutacaq. Çin əsası dollar təşkil etdiyi kağız pullara alternativ axtarmağa başlayacaq və ABŞ-ın pul-kredit siyasətindən hədsiz asılılığını ləğv etməyə çalışacaq. Nəticədə, kriptovalyutaların, ilk növbədə isə bitkoinin populyarlığı artacaq. Rusiya və Çin hökumətləri və bank sistemləri bitkoini dollara qismən alternativ kimi qəbul etdiyi zaman onun qiyməti hazırkı qiymətdən üç dəfə çox olacaq – 700 dollardan 2 100 dollara.

 

ABŞ-da səhiyyə sahəsində islahat vahimə salacaq

 

Ölkədə səhiyyə sahəsinin xərcləri ÜDM-in 17%-ni təşkil edir, dünyada isə bu göstərici orta hesabla 10%-ə bərabərdir. Bundan başqa, tibbi xidmətin qiyməti sürətlə artan əhali üçün xeyli bahadır. Səhiyyə şirkətlərinin səhmlərinin artımı Trampın qələbəsindən sonra 2017-ci ildə azalacaq, invertorlar anlayacaq ki, administrasiya qeyri-effektiv və bahalı səhiyyə sistemini qəbul etməyəcək və miqyaslı islahatlara başlayacaq. “ETF Health Care Select Sector SPDR” indeksi 50% düşərək 35 dollar təşkil edəcək.

 

Trampa baxmayaraq Meksika pesosu bahalaşacaq

 

Bazarlar Trampın əsl niyyətini və Meksika ilə hesablaşmaq qabiliyyətini həddindən artıq dəyərləndirib. Bunu anladıqları zaman peso qiymətdə xeyli artacaq. Kanada isə zərər görəcək, çünki faiz dərəcələrinin artması mənzil sektorunda kredit böhranı yaradacaq və Kanada bankları borclara görə stimullaşdırma aparacaq və maliyyə sisteminə kapital yatıracaq.

 

İtaliya bankları fond bazarında artıma nail olan liderlər sırasında yer alacaq

 

Almaniyada bank sektoru mənfi faiz dərəcələri və gəlirliyin dinamikasına nəzarətin yastı olmasına görə tələyə düşüb və kapital bazarlarına çıxışını itirib. Aİ çərçivəsində Almaniya banklarının xilas olunması isə bütün Avropa banklarına kömək edə bilər. Bu isə iqtisadiyyatda durğunluq və ümidsiz kreditlərlə qarşılaşan İtaliya bankları üçün xeyli vacibdir. Yeni qarantiyalar bank sisteminə təkrar kapitallaşmaq imkanı yaradacaq, İtaliya banklarının aksiyaları 100%-dən çox artacaq.

 

Aİ qarşılıqlı istiqrazlar emissiyası hesablna artımı stimullaşdırır

 

Siyasi partiyaların Avropada uğuru, Niderlandda ultra-sağçı partiyasının nümayəndəsi Qriit Vayldersin gözlənilməz qələbəsi nəticəsində ənənəvi siyasi partiyalar fiskal məhdudiyyətlərindən 1929-cu ilin böhranından sonra Ruzvelt tərəfindən həyata keçirilən keynsian siyasətinin xeyrinə imtina edəcək. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkersin dəstəyi ilə Aİ ümumi dəyəri 630 mlrd. avro təşkil edən altı illik stimullaşdırma proqramına start verəcək. Lakin proqram idxal hesabına effektivliyini itirməməsi üçün Aİ liderləri infrastruktur layihələrin maliyyələşməsi üçün 1 trln. avro məbləğində istiqrazlar buraxacaqlar. Bu isə regionda inteqrasiyanı gücləndirəcək və Avropa bazarlarına kapital axınını artıracaq.

09.12.2016 08:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ